İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi – GİZLİ TƏYİNAT

28364f4ffaa424f9859839a665a794ce

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Günəşli Aynur Cavanşir qızını Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib.İksmedia az.Musavat.com-a istinadən xəbər verir ki, bu barədə nocomment.az-a verilən məlumatda iddia edilib.İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb.Qeyd edilib ki, Günəşli Aynur Cavanşir qızı isə Ramiz Mehdiyevin dövründə xüsusi məxfi sənədlərin hazırlanmasında, struktur islahatlarında və işçilərin kütləvi ixtisarında əsas rol oynamışdı.AMEA prezidentinin bu davranışı, ekspertlər və işçilər tərəfindən Ramiz Mehdiyevə sədaqət nümayişi kimi qiymətləndirilir.Həmin iclasda akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib.Nadir Məmmədli isə institutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib. Bu addım institut işçiləri və növbədə olanlar arasında ciddi narazılıq yaradıb, qalmaqala səbəb olub və dava-dalaşa gətirib çıxarıb.Qeyd olunur ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də Ramiz Mehdiyev tərəfindən təyin olunmuş direktorlar sırasındadır. Eyni zamanda, Ramiz Mehdiyev tərəfindən təyin olunan Abbas Seyidov (Arxeologiya İnstitutu) və Məmməd Əliyev (Elmi Kitabxana) vəzifəsindən azad edilsə də, Nadir Məmmədli hələ də direktorluq vəzifəsində qalır.Xatırladaq ki, Ramiz Mehdiyev tərəfindən AMEA-ya gətirilmiş və mühüm vəzifələrə təyin olunmuş şəxslər arasında Eldar Əmirov və Seyfəl Həsənov da vardı. Daha sonra Əmirov və Həsənov işdən çıxarılıb, AMEA-nın Aparatı Rəhbəri vəzifəsi ləğv edilib.Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub.Qeyd edək ki, adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

Kremldən Bakıya qarşı iyrənc TƏXRİBAT – Vurulmuş “Vardanyan kartı”, daha nələr...

92b38b754c3aca113eadc24902ab26bf

“Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları bilərəkdən Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. “Qərb-Avropa” mövqeləri sadəcə onların “əfsanəsi” üçün bir maskalanmadır”.
"İksmedia az " Musavat com-a istinadən qeyd edir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

CROSSMEDIA - Tofiq Zülfüqarov: "Rusiyada azərbaycanlılara qarşı təzyiqlər  sifarişdir, əlaqələr kəsilə bilər"- MÜSAHİBƏ

“Aydındır ki, bizim həbsxanada “yurd salmış”, Rusiya elitasının “maliyyə çamaşırxanası” olan Vardanyan haqqında film Kremlin kölələrin zəhməti ilə qazanılmış nailiyyətlərinə təhdid siqnalına çevrilib. Düşünürəm ki, hökmdən sonra artıq himayədarlarına etibar etməməli olduğuna əmin olan Vardanyan rəqəmlər və tarixlərlə daha çox sənədli şəkildə danışacaq. Üstəlik, bu “səmimilik” çox güman ki, Rusiyada siyasi mənzərədə dəyişiklik etməyə hazırlaşanlar üçün əsas təbliğat tətikləyicisinə çevriləcək. Epşteyn kimi Vardanyanın da sənədləri studiyaya gəlsin. Gözləyirik!” - Zülfüqarov qeyd edib.
Beləcə, “izlər” yenə Rusiyaya aparır.Bəs Kremli təlaşlandıran nədir?

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır - Yeni Çağ

Rusiyanın hibrid hücumu.Bu arada Minval Politika sensasion sayılacaq məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyanın Azərbaycana qarşı informasiya kampaniyası yaxın günlərdə yeni, daha aqressiv və iyrənc mərhələyə keçə bilər. “Mənbələr bildirir ki, söhbət yalnızca ayrı-ayrı ekspertlərin şərhlərindən və ya media yazılarından yox, həm də Azərbaycana və şəxsən ölkə rəhbərliyinə qarşı hədəflənmiş yeni informasiya hücumları dalğasından gedir. Əsas diqqət rezonans doğuracaq informasiya sızmalarına və mənfi rəy yaratmaq cəhdlərinə yönələcək”, - deyə qeyd olunur.Həmçinin, bildirilir ki, bu kampaniyada Rusiyada yaşayan tanınmış bir Azərbaycan ailəsinin üzvü də iştirak edə bilər. Hansı ailə? Bu kim(lər) ola bilər?Yeri gəlmişkən, bu mövzuda Milli.az yazır ki, son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya təsadüfi emosional çıxışların toplamı deyil. Yazıda deyilir ki, bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır, izlər birbaşa Kremlə gedib çıxır: “Etibarlı mənbədən aldığım məlumata görə, bu proses Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni mərhələsidir. Əgər əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır. Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir”.“Azərbaycan diplomatiyasının manevrli tərpənişi kimlərinsə xoşuna gəlmir”AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri, politoloq Tofiq Abbasovun Musavat.com-a bildirdiyinə görə, Azərbaycan ilk dəfə deyil ki, bu vəziyyətlə rastlaşır. Onun fikrincə, rəsmi Bakının xarici siyasətdə addımları və uğurları bundan əvvəl də hədyanlarla qarşılanıb. “Sadəcə, dünya siyasi arenasında dəyişikliklər gedir və Azərbaycan kimi yığcam, əslində, orta gücü təcəssüm etdirən dövlətin müstəqil addımları bizi diqqət mərkəzinə gətirir. Donald Tramp da Sülh Şurasında Azərbaycanın mühüm rolunu vurğuladı və bu da bizə olan diqqəti artırır. Ona görə də dostlar uğurumuza sevinirlər, qeyri-dostlar isə qısqanclıqla yanaşırlar”, - deyə T.Abbasov vurğulayıb.

Tofiq Abbasov: Barışmaz düşmənlər yaxınlaşır - Bunu bazar prosesi də  adlandırmaq olar -SÖHBƏT

Ukrayna və İran ətrafında gərginliyin davam etdiyini xatırladan politoloqun sözlərinə görə, sülh prosesi işləmir, amma Azərbaycan Şərqdə və Qərbdə sülhə töhfə verməyə çalışır: “O ki qaldı Vaşinqtonla yaxınlaşma və uzaqlaşmağa, bu qabarma-çəkilmə həmişə olur. Elə Rusiyanın özü ilə də olub. Çünki geosiyasi iqlimlə bağlı məsələlərdir. Məsələn, görürsən ki, bir administrasiya əvvəlkinin addımlarını sıfırlayır və bu da münasibətlərə təsir edir. O baxımdan, Qərb dövlətləri, eləcə də ABŞ və Rusiya qeyri-adekvat addımlara üstünlük verir. Rusiya bəyəm bilmir ki, Azərbaycan Şərqdə və Qərbdə sülhə töhfə verir? Ona görə də ölkəmizə qarşı bu kampaniyalar təsadüfi xarakter daşımır. Əslində, Azərbaycanın suveren, müstəqil siyasətinə olan reaksiyalardır”.
T.Abbasov onu da yada salıb ki, “Avroviziya”, “COP29” tədbirləri vaxtı çirkin kampaniyalar aparılmışdı: “Bu gün Azərbaycan diplomatiyasının manevrli tərpənişi kimlərinsə xoşuna gəlmir. Ancaq biz buna öyrəncəliyik, belə kampaniyalara cavab verməyə həmişə hazırıq. Əsas odur ki, hədəflərimiz var və ona doğru irəliləməliyik”.

Mehdiyevin sevdiyi sənət adamları... - ADLAR

36faafa068615472d50552aeba9a53e6

Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda kölgəvi təsir imkanları ilə seçilən əsas fiqurlardan biri kimi formalaşıb. Onun siyasi sistem daxilində tutduğu mövqe klassik idarəçi modelindən fərqli olaraq, daha çox qeyri-formal əlaqələr, şəxsi sədaqət prinsipi və paralel təsir mexanizmləri üzərində qurulub. Məhz bu səbəbdən Mehdiyevin adı uzun müddət müxtəlif sahələrdə “təhlükəsiz yüksəliş” üçün açar fiqur kimi hallandırılıb.

Onun bir sıra sahələrdə rolunun olduğu açıq və ya dolayı şəkildə etiraf edilib. Lakin bu təsir dairəsi hər sahədə eyni dərinlikdə və eyni davamlılıqda olmayıb.

Xüsusilə mədəniyyət sahəsi Ramiz Mehdiyevin ən az nüfuz edə bildiyi istiqamətlərdən biri kimi diqqət çəkir. Digər sahələrdə geniş şəbəkə formalaşdıra bildiyi halda, mədəniyyət mühitində bu imkanlar məhdud qalıb. Bu səbəbdən də Mehdiyevin mədəniyyətin müxtəlif sahələrinə təsiri daha çox seçilmiş fərdlərlə qurulan münasibətlərdən ibarət olub. Ramiz Mehdiyev bu çevrədə özünü sistem qurucusu kimi deyil, daha çox “ağsaqqal” statusunda təqdim etməyə üstünlük verib və bu statusu qəbul edənlərin sayı məhdud olub.

Mədəniyyət sahəsində formalaşan bu dar çevrə ideoloji yaxınlıqdan çox, şəxsi münasibətlər, zövq uyğunluğu və himayə mexanizmi üzərində qurulub. Ramiz Mehdiyevin müəyyən musiqiçilərə xüsusi rəğbət bəsləməsi, onları dinləməsi və məclislərində görmək istəməsi bu münasibətlərin xarakterini aydın şəkildə göstərir.

Karantin rejimi dövründə nəvəsinə toy etməsi və bunun ictimai müzakirələrə səbəb olması Mehdiyevin öz mövqeyini necə qavradığını göstərən simvolik hadisə kimi yadda qaldı. Cəmiyyətin əksər hissəsinin sərt məhdudiyyətlər şəraitində yaşadığı bir dövrdə keçirilən bu məclis qanun və qaydaları heçə saymaqla yanaşı, siyasi-psixoloji müstəvidə də oxundu. Böyük məclislərə meyil, şəxsinə ünvanlanan tostlar, açıq şəkildə nümayiş etdirilən status ehtiyacı onun davranış modelinin ayrılmaz hissəsi kimi ortaya çıxırdı.

Həmin toyda iştirak edən şəxslərin seçimi də təsadüfi deyildi. Ramiz Mehdiyev toya özünə ən yaxın hesab etdiyi insanları dəvət etmişdi. Onlar arasında çox az sayda müğənni də var idi.

R.Mehdiyevin nəvəsinin toyunda iştirak edən mədəniyyət adamları təsadüfi seçilməmişdi. Məclisə dəvət olunanlar Mehdiyevlər ailəsinin uzun illərdir sevdiyi, dinlədiyi və yaxın münasibətdə olduğu sənətçilər idi.

Məlumata görə, Ramiz Mehdiyev toya kimlərin gələcəyinə və kimlərin kənarda qalacağına şəxsən nəzarət edib. Bu diqqət yalnız vəzifəli şəxslərə deyil, eyni zamanda musiqiçilərə də aid idi. Vaxtilə onu özlərinin “ağsaqqalı” hesab edən, onunla yaxınlıq nümayiş etdirən bəzi mədəniyyət nümayəndələrinin toya dəvət olunmaması isə müəyyən dairələrdə ciddi narazılıq doğurmuşdu. Bu narazılıqlar açıq şəkildə səsləndirilməsə də, mədəniyyət cameəsi daxilində kifayət qədər hiss olunurdu.

Lakin proseslərin sonrakı inkişafı bu narazı səsləri də arxa plana keçirdi. Qısa müddət sonra Daxili İşlər Nazirliyinin toyda iştirak edən şəxslərlə bağlı tədbirlər görməsi, eyni zamanda ictimai müstəvidə Ramiz Mehdiyev və onun yaxınlarına yönələn sərt tənqidlər mövzunun fokusunu dəyişdi. Artıq məsələ kimin dəvət olunub, kimin olunmaması yox, toyun özü və onun yaratdığı ictimai rezonans üzərində cəmləndi.

Məsuliyyətə cəlb olunanlar arasında Ramiz Mehdiyevin xüsusi rəğbət bəslədiyi sənət adamları da vardı. Siyahıda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu və Xalq artisti Murad Adıgözəlov, eləcə də onun keçmiş həyat yoldaşı, 2009-cu ildə "Avroviziya" mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadə yer alırdı. Bu da toyun sıradan ailə tədbiri olmadığını, seçimin simvolik məna daşıdığını göstərirdi.

Toyda iştirak edənlərin siyahısına baxdıqda Ramiz Mehdiyevin musiqi zövqü də açıq şəkildə sezilir. Seçimlər göstərir ki, o, xüsusilə caz və estrada janrlarına üstünlük verib. Məhz bu səbəbdən saksafon ifaçısı Teymur Süleymanbəylinin məclisə dəvət olunması təəccüb doğurmurdu. Uzun illər elit məclislərin daimi iştirakçısı olan Süleymanbəyli Mehdiyevin zövq dairəsinə uyğun ifaçılardan sayılırdı.

Ramiz Mehdiyevin məclislərində görməyi istədiyi sənət adamlarından biri də müğənni Azad Şabanov olub. Gənc müğənni toydan sonra Daxili İşlər Nazirliyi tərəfindən məsuliyyətə cəlb olunan şəxslər arasında yer almışdı.

Lakin adıçəkilən şəxslərdən əlavə, bu toyda iştirak etmək istəyən çox musiqiçi, mədəniyyət adamı olub. Bu məsələ daha sonra müxtəlif dairələrdə də səsləndirilib./modern.az

“McDonald’s” yeməklərində donuz tükü... – TƏHLÜKƏ?

00ed57dcdf7d5c8c5f74152077221a90

“İksmedia az" "Yeni Musavat.coma istnadən xəbər verir ki,"Donald’s” yenidən qlobal müzakirələrin mərkəzinə düşüb. Şirkətin İsrail ordusuna pulsuz yemək paylaması ilə bağlı yaranan mübahisələr səngiməmiş, sosial şəbəkələrdə yayılan bir video yeni qalmaqala səbəb olub.

Bu barədə bloqer Benyamin Akkaya məlumat yayıb.

Kadrlarda “McDonald’s”ın dondurulmuş məhsullarını daşıdığı iddia edilən TIR sürücüsü qutuların üzərindəki tərkib siyahısını nümayiş etdirir. Videoda məhsulların tərkibində insan saçı, heyvan və donuz tüklərindən əldə edilən maddələrin olduğu, həmçinin təmizlənmiş bitki yağları, yüksək fruktozalı sirop, müxtəlif rəngləndirici və stabilizatorlardan istifadə edildiyi bildirilir.

Müzakirələrə səbəb olan əsas məqamlardan biri isə çörək xəmirində istifadə edilən L-sistein (L-Cysteine) maddəsidir. İddialara görə, bu maddə insan, heyvan və hətta donuz tükündən əldə oluna bilər. Elmi mənbələrdə L-sisteinin xəmirin elastikliyini artırmaq və yumşaltmaq üçün istifadə edildiyi qeyd olunur. Mütəxəssislər bildirirlər ki, bu maddə qida sənayesində geniş tətbiq olunur və normadan artıq istehlakı müəyyən sağlamlıq riskləri yarada bilər.

Qeyd edək ki, müasir dövrdə L-sistein sənaye üsulu ilə sintetik və ya fermentasiya yolu ilə də istehsal olunur. Bir çox beynəlxalq şirkətlər isə xammalın heyvani mənşəli olmadığını açıqlayır.

Azərbaycanda buna görə narahat olmağa əsas varmı? “Fast-fud”, xüsusən də uşaqların sevimlisi “Mcdonalds” yeməkləri hansı narahatlıqlar yarada bilər?

Qida mühəndisi Yusif Həkim Musavat.com-a açıqlamasında bildirib ki, əvvəllər Azərbaycanda fəaliyyət göstərən “Mcdonalds”da yerli və halal ət istifadə edilmirdi. Onun sözlərinə görə, şəbəkə son 6 ayda yerli ət istifadəsinə keçib:

“Qırmızı əti artıq Azərbaycandan alırlar. Toyuq məhsulu isə hələ də xaricdən gətirilir. L-sistein ilə bağlı isə təkcə “Mcdonalds” məhsulları barədə deyil, həmçinin çörək və pizza istehsalı haqqında da iddialar eşidilir. Bu maddə ilə bağlı əlimizdə tutarlı fakt yoxdur. Biz onun ölkəyə idxal olunması ilə bağlı Dövlət Gömrük Komitəsindən məlumat ala bilmirik.

Məsələ burasındadır ki, o adla idxal olunmur, sadəcə, idxal olunan məhsulların içində var. L-sistein maddəsinin ən böyük ixracatçısı Çindir. Çin hidroliz yolu ilə insan saçından və donuz tükündən sistein istehsal edən ən böyük istehsalçıdır. Çünki orada ən ucuz maddə insan saçıdır. Ancaq biz hələ də “Mcdonalds” çörəklərində bu maddənin istifadə edilib, edilmədiyini bilmirik”.

Ekspert qeyd edib ki, insan və donuz mənşəli sistein qəti şəkildə haramdır:

“Yaponiya və Almaniya da əsas istehsalçı ölkələrdəndir və bu ölkələrdə heyvan və insan mənşəli olmayan alternativ xammallardan da istifadə edilir. Almaniyanın bəzi şirkətləri sisteini yalnız bitki mənşəli xammaldan - mikrobial fermentasiya yolu ilə istehsal edir. Eyni şəkildə bitki mənşəli sistein Yaponiyada və İndoneziyada istehsal olunur. Toyuq və ördək lələklərindən əldə edilən sisteinin halal sayılması üçün həmin heyvanların halal qaydalarla kəsilməsi vacibdir. Bitki mənşəli sistein isə əsasən halal sayılır. Yerli istehsalçılar arasında hansı müəssisələrin sisteinli un istifadə etdiyi və ya çörək zavodlarının sistein tətbiq edib-etmədiyi barədə dəqiq məlumat yoxdur. Bu barədə daha geniş məlumatı ancaq sahə üzrə mütəxəssislər verə bilərlər”.

Bu “qaçırılma” trend oldu

animasiya

ABŞ və İran arasında danışıqlar davam etsə də, bölgədə gərginlik artmaqdadır.

“İksmedia az" Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisələr fonunda İrana məxsus sosial media hesabları İsrail Baş naziri Benyamin Netanyahunun İran xüsusi təyinatlıları tərəfindən qaçırıldığını göstərən animasiya videosu yayımlayıb.

Video tezliklə sosial mediada trend olub, eləcə də, İsrail ilə İran arasında artan gərginliyə diqqət çəkib. Təbliğat məqsədilə hazırlanmış animasiyada Netanyahunun qandallanaraq aparıldığı göstərilir.

Qeyd edək ki, bölgədə vəziyyət gərgin olaraq qalır. ABŞ regiona ikinci təyyarədaşıyan gəmi göndərib, İsrail isə İrana qarşı təhdidlərini artırıb.

 

2 -dən səhifə 145

Oxşar məqalələr