Məhəmməd Əmin Rəsulzadə bütün türk dünyasının dəyərli oğlu, Azərbaycan xalqının
fəxri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, başçısı, siyasi və dövlət xadimi,
ədəbiyyatşünası, dahi mütəfəkkiridir. M.Ə.Rəsulzadənin yaradıcılığı onun dünyagörüşü,
ictimai-siyasi, fəlsəfi və milli ideoloji fikiri haqqında olduqca geniş ətraflı məlumat verir.
Onun Azərbaycan xalqının sosial-siyasi və fəlsəfi fikir tarixində özünəməxsus yeri və rolu
vardır. M.Ə.Rəsulzadənin həyatına baxış edərkən, onun dövlətçiliyə baxışlarını və bu
sahədəki fəaliyyətini yüksək qiymətləndirməmək mümkün deyildir. Azərbaycanın görkəmli
ictimai-siyasi xadiminin, istedadlı aliminin, mütəfəkkirinin, publisistinin, Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıcısının həyatı və sosial-siyasi ideyaları daim tədqiqatçıların diqqət
mərkəzində olmuşdur. Onun sosial-siyasi və mənəvi-mədəni problemlərə həsr olunmuş
əsərləri görkəmli dövlət xadiminin mənəvi irsini geniş şəkildə əks etdirir.
M.Ə.Rəsulzadənin həyatı, siyasi baxışları, dövlətçiliyə dair milli və siyasi fikirləri,
publisistikası, elmi-fəlsəfi, etik, estetik düşüncələri onun yaradıcılığının bilavasitə
zənginliyinin səbəbidir. Məhəmmədəmin Rəsulzadənin dövlətçilik baxışları və fəaliyyəti
araşdırılarkən, onun irsinin XX əsrin əvvəllərində baş verən bir çox mühüm sosial-siyasi
hadisələrin təhlilini verdiyi bir çox araşdırılmalar və tədqiqatlarla sübut olunmuşdur.
M.Ə.Rəsulzadənin yaşadığı dövr, sosial -siyasi və ideoloji hadisələrlə zəngin idi.
M.Ə.Rəsulzadənin şəxsiyyətinin lazımınca öyrənilməsində onun öz əsərlərinin rolu
əvəzedilməzdir. Dahi mütəfəkkirin həyata baxışını və dövlətçilik fəaliyyəti haqqındakı
fikirlərini onun «İran türkləri», «Səadəti -bəşər», «Tənqidi-firqeyi-etidaliyyun», «Milli
dirilik», «Cəmaət idarəsi», «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti», «İstiqlal
məfkurəsi və gənclik», «Millət və Bolşevizm», «Azərbaycan istiqlaliyyəti», «Çağdaş
Azərbaycan tarixi», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Qafqaz türkləri», «Qafqaz problemi
ilə əlaqədar olaraq panturanizm haqqında», «Azərbaycan problemi», «Bolşeviklərin Şərq
siyasəti», «Azərbaycanın kültür gələnəkləri», «Stalinlə ixtilal xatirələri», «Azərbaycan şairi
Nizami», «Milli təsanüd» əsərlərindən tədqiq etmək mümkündür. M.Ə.Rəsulzadənin
publisistik fəaliyyəti «Şərqi-Rus», «İrşad», «Təkamül», «Yoldaş», «Tərəqqi», «İqbal»,
«Bəsirət», «Şəlalə», «Dirilik», «Açıq söz», «Azərbaycan» (Bakı), «İrani-no» (Tehran),
«Yeni Qafqasiya», «Azəri Türk», «Odlu yurd», «Bildiriş», «Azərbaycan Yurd Bilgisi»
(İstanbul), «İstiqlal», «Qurtuluş» (Berlin), «Azərbaycan» (Ankara) və b. qəzet və
jurnallarla bağlı olmuşdur. Bu qəzet və jurnallarda nəşr olunan məqalələrdə daim
Azərbaycandakı milli-ideoloji və elmi-fəlsəfi, sosial-mədəni həyata dair mülahizələr öz
əksini tapmışdır. M.Ə.Rəsulzadə türk millətinin milli-ideoloji və elmi-fəlsəfi
dünyagörüşünə dair fikirlərini, eləcə də islamçılıq - şərqçilik, qərbçilik - avropaçılıq və
türkçülük - milliyyətçilik dünyagörüşlərini bu qəzet və jurnallarda nəşr etdirmişdir. Dahi
mütəfəkkirin publisistikasının əsasını dövlətin birliyi, Turan ideyası prinsipləri, şərqçilik –
islamçılıq, adət-ənənələrə bağlılıq, mühafizəkarlıq təşkil edirdi. Azərbaycan ictimai-siyasi
tarixinin görkəmli şəxsiyyəti M.Ə.Rəsulzadənin yaradıcılığının əsasını onun pedaqoji
fikirləri, milliliyə, varisliyə, xəlqiliyə, müasirliyə əsaslanan maarifçi ideyaları təşkil edirdi.
M.Ə.Rəsulzadənin yaradıcılığının konsepsiyasının əsası millətinin öz tarixini bilməsindən,
xalqın maariflənməsindən və humanist və demokratik prinsiplərlə yaşamasından ibarət idi.
M.Ə. Rəsulzadə dünya tarixində Azərbaycan Cümhuriyyətinin qurucusu, lideri, böyük
dövlət xadimi kimi tanınır. O, şanlı Azərbaycanı, xalqımızı, millətimizi, müzəffər
ordumuzu sonsuz məhəbbətlə sevirdi. Dahi mütəfəkkirin ömrü, taleyi, həyatı şanlı, qürurlu
millətimizə və dövlətimizə həsr olunmuşdur. O, vətəni və milləti üçün gərəkli, vacib və
əhəmiyyətli olan bir çox işlər görmüşdür. M.Ə. Rəsulzadənin Cümhuriyyət və mühacirət
dövrü fəaliyyəti olduqca zəngindir. Onun bədii ədəbiyyatda bir tarixçi alim kimi, siyasət
adamı kimi surəti yaradılmışdır. M.Ə. Rəsulzadəyə həsr olunan bir çox uğurlu monoqrafiya
və kitablar nəşr olunmuşdur. Onun Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli rolu
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə. Rəsulzadənin rolu əvəzsizdir.
M.Ə.Rəsulzadə “İranda cümhuriyyət” məqaləsində İran mədəniyyətinin əslini belə izah
etmişdir. “Şərqin bütün böyük hökumət və mədəniyyətlərində əsil olduğu kibi, İran
mədəniyyətinin əslini də monarşi ümdəsi təşkil edər. İranın ən böyük abideyi-mədəniyyəti
“Şahnamədir”. Şahnaməyə hakim olan ruh, ismindən də bəlli olduğu kibi, şahpərəstlikdir.
Şahpərəstlik İran tarixinin ruhudur. Midiya sərdarı Artabanın yunanlı bir filosofa söylədiyi
söz, İran tarixinin hüdutu-əsliyyəsini təşkil eyləmişdir. Artaban demişdir ki: “Biz iranilər
padişahımızın əmirlərinə tabe olmağı sizin hürriyyət dediyiniz anarşiyə tərcih edəriz” [11,88].
Cümhuriyyət lideri olan M.Ə. Rəsulzadənin Azərbaycan ədəbiyyatında obrazı,
şəxsiyyəti, ictimai-siyasi, ədəbi-tarixi və çoxistiqamətli uğurlu fəaliyyətini təsvir edən sənət
nümunələri yaradılmışdır.
Məhəmmədəmin Rəsulzadənin həyata baxışı və dövlətçiliyə dair fikirləri onun
Azərbaycan milyonçusu H.Z.Tağıyevə həsr etdiyi “Hacı Zeynalabdin” məqaləsində öz əksini
tapmışdır. “Hacı cahanca məruf bir milyoner idi: Bakı milyonerləri meyanında ən məşhur bir
isim daşıyan bu adam ölürkən artıq milyoner deyildi. Azərbaycanı istila edən Rusiya
bolşevikləri hər kəs kibi onu da soymuş, soğana döndərmişlərdi. O, son günlərini Avropanın
hər hansı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən olan
“sarayında” deyil, pək ucuz bir fıyatla kiraladığı müvəqqər bir odada keçirmişdir. Əvət,
bolşeviklər onun bütün varını almışdılar, qazandıqlarından kəndisinə bir şey
buraxmamışdılar. Fəqət onun, bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt
olunamayacaq qazancları vardı. Bu qazanclardır ki, bizi onunla məşğul ediyor. Yoxsa onun
bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin təsis tarixindən bəri
ölən azərbaycanlı milyoner fəqət Tağıyev deyildir” [11,138].
Dahi Azərbaycan mütəfəkkiri M.Ə.Rəsulzadə xeyriyyəçi milyonçu H.Z.Tağıyevin
vətəninə, millətinə olan sevgisini, xeyirxahlığını yüksək qiymətləndirərək, ona həsr etdiyi
“Hacı Zeynalabdin” məqaləsində yazır: “Azərbaycan ürəfasının hər hansı təsəddüt-pərəstanə
təşəbbüsünün ən cəsur bir hamisi rolunu ifa edən Hacı salifüzzikr Darülmüəllimatı təsis
etməklə hürriyyəti-nisvan məsələsinin təməl daşını qoymuş, mutəəssiblərin küfr və
şetmlərinə baxmayaraq müsəlman qızların tərbiyəsinə mühüm bir vəsilə olmuşdur. İlk sənəi-
təsisində mütəəssib xalqın küfrünə məruz qalaraq tələbə bulmayan bu Darülmüəllimat on
sənə sonra kəndisinə hücum edən tələbatı qəbul edəməyəcək dərəcədə hüsni -qəbula məzhər
olmuş və Hacı ölmədən erkək cocuqlarla qız cocuqlarının da ibtidai məktəbə, təliyə və aliyeyi
doldurduqlarını görmüşdür. Azərbaycan ədəbiyyat, mətbuat və teatrosu da bu mütəşəbbis
adamın pək böyük yardımlarını görmüşdür. Bir çox müəlliflərin əsərlərini nəşr etdirdiyi kibi
bu möhtərəm zat mütəəddid qəzetə və məcmuələrin də sahib və naşiri olmuşdur. Topçubaşov
139Əli Mərdan bəyin idarəsində rusca “Kaspi”, Ağaoğlu Əhməd ilə Hüseynzadə Əli bəylərin
idarəsi ilə çıxan türkcə “Həyat”, mərhum Haşım bəy tərəfindən təhrir olunan “Yeni Həyat”
qəzetələri ilə yenə Hüseynzadə Əli bəyin qələm əsəri olan “Füyuzat” məcmuəsi kibi Rusiya
və Qafqasiya türklərinin siyasi və ictimai mənafelərini müdafiə, mənəvi və ədəbi ehtiyaclarını
təmin edən qəzetə və məcmuələr həp bu adamın himməti ilə təəssüs etmişdir” [11,139-140].
Azərbaycan ədəbiyyatında Nəsiman Yaqublu “Məmməd Əmin Rəsulzadə”, Vaqif
Sultanlı “Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası”, Elçin “Məmməd Əmin
Rəsulzadə”, Vaqif Sultanlı “Ağır yolun yolçusu. Məhəmməd Əmin Rəsulzadənin həyatı və
ədəbi fəaliyyəti”, Xaləddin İbrahimli “Azərbaycan Siyasi Mühacirəti”, Teyyub Qurban
“Dönməzlik”, Nəsiman Yaqublu “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin
Rəsulzadə”, Axund Hacı Soltan Əlizadə “Məhəmməd Əmin Rəsulzadə və İslam: mülahizələr,
şərhlər” və s. kimi əsərlərdə M.Ə.Rəsulzadənin surəti yaradılmışdır.
Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında Fətəli xan Xoyski, Əlimərdan
bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məhəmməd Həsən Hacınski,
Məmməd Yusif Cəfərov, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Aslan bəy Səfikürdski,
Səməd bəy Mehmandarov, Mustafa bəy Vəkilov, Xudadat bəy Rəfibəyli, Xəlil bəy
Xasməmmədov və s. kimi Cümhuriyyət qurucularınin həyat və yaradıcılıqlarını tədqiq
etmişdir. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında dahi Azərbaycan
mütəfəkkiri M.Ə.Rəsulzadənin fəaliyyətini belə dəyərləndirmişdir. “M.Ə.Rəsulzadə milli-
azadlıq ideyasını dünya mədəniyyəti baxımından əsaslandırırdı. Göstərirdi ki, dünya
mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri
digərinə təzyiq etməməlidir. M. .Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində
“İqbal”, “Yeni İqbal” və “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdur. Bu qəzet
haqqında M. .Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya
müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və
bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı”6. 1917-ci ilin 27
fevralında Rusiyada Fevral-Burjua inqilabının baş verməsi Azərbaycandakı ictimai-siyasi
proseslərə ciddi təsir göstərdi. Fevral inqilabından sonrakı ilk günlərdə Azərbaycanda
fəaliyyət göstərən təşkilatların mərkəzləşməsinə ehtiyac duyulurdu və bu məqsədlə 1917-ci
ilin martın 29-da Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı.
Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə M. .Rəsulzadə seçildi.
Müvəqqəti Komitə “bütün şəxsi incikliyi unudub milli-siyasi şüarlar ətrafında” birləşməyi və
Ümummüsəlman Qurultayı çağırılmasını vacib saydı. Qurultayın açılışı ərəfəsində “Açıq
söz” qəzeti yazırdı ki, bu qurultay Qafqaz müsəlmanlarının siyasi və milli mədəni inkişafında
mühüm rol oynayacaq” [7,13].
Həcər Atakişiyeva
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-
2, B., 1998;
2. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
3. Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, Berlin, 1938, B., 1992;
4. Azərbaycanın Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920), B.,
1990;
5. İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1996;
6. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
7. Nəsiman Yaqublu. CÜMHURİYYƏT QURUCULARI Bakı, “NURLAR” Nəşriyyat-
Poliqrafiya Mərkəzi, 2018, 504 səh.
8. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə, B., 1991;
9. Yaqublu N. Azərbaycanın milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rosulzadə,
B., 2001;
10. Oruclu M.R., Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911-
1992), B., 2001;
11. Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar, B., 2005.
12. Məhəmməd Əmin Rəsulzadə. ƏSƏRLƏRİ (Mühacirət dövrü), 2-ci cild “Qanun”
nəşriyyatı, 2021, 680 səh.
13. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild, Bakı: Lider, 2005