21 yaşlı gənc dəm qazından boğulub öldü

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

İksmedia Report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

 
 
 

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı - “Evlənəcəklər...”

İmişli rayonunda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə ötən ilin 1 oktyabr tarixində baş verib.

İmişli şəhər sakini Ş.Məmmədova (ad-soyadlar şərtidir) polisə müraciət edərək 15 yaşlı qızının evdən qaçdığını bildirib. Bir neçə saat sonra qızın rayon sakini 2001-ci il təvəllüdlü Zakir Bilalov tərəfindən qaçırıldığı bəlli olub və yeniyetmə ailəsinə qaytarılıb.

Məlum olub ki, həmin gecə saat 03 radələrində məktəbli qız ailə üzvlərinin yatmasından istifadə edərək evdən çıxıb və Zakirlə onun dayısının evinə qaçıb. Səhər saatlarında övladını məktəbə yola salmaq istəyən qızın anası onun otağında olmadığını görüb və telefonda övladının mesajını oxuyaraq qaçdığını öyrənib.

Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb və Z.Bilalov həbs edilib.

Daha sonra cinayət işi rayon məhkəməsinə göndərilib. Məhkəmədə qızın ailəsi Zakirdən şikayətçi olmadığını və onların bir neçə il sonra evlənəcəyini bildirib, barışıqla bağlı ərizəni hakimə təqdim edib.

Məhkəmə barışığı və digər halları nəzərə alaraq, Zakirə 1 il 6 ay şərti cəza verib. O, yanvarın 22-si məhkəmə zalından azadlığa buraxılıb.

 

 

Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü

Bakıda kirayə qalan 2 nəfər dəm qazından zəhərlənib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonundakı mənzillərin birində baş verib.

Orada kirayədə yaşayan İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev dəm qazının təsirindən zəhərlənib.

R.Məmiyev hadisə yerində ölüb, İ.Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Oxşar hadisə Qubada da baş verib. Dünən saat 17 radələrində Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

“Report”un məlumatına görə, R.Məmiyev Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

 

İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı - İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış

4ca2b8918e13a2a2559fa82184459af4.jpg

Son dövlər icra hakimiyyəti orqanlarında baş verən yerdəyişmə və vəzifədən azad etmə halları gündəmdədir. Bir neçə gündür ki, Nəsimi rayonuna yeni təyin olunan və etimadı doğrulmatdığına görə 45 gündən sonra qovulan icra başçısının etdiyi qanunsuzluqlar cəmiyyətdə narazılıqla qarşılanıb.

"iksmedia" Demokrat.az-a istinadən xəbər verir.Məsələ ilə bağlı Milli Məclisinin IV və V çağırış deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində müzakirə olunan əsas məsələlərdən biridir:

"Nəsimi rayonunun icra başçısı təyin olunduqdan 45 gündən sonra cənab Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Əldə olan məlumatlara görə, müəyyən neqativ hallar mövcud olub. Bu məsələlərin hüquqi tərəflərini hüquq-mühafizə orqanları və Prezident Administrasiyası daha yaxşı bilir".

 

Sabiq deputat deyib ki, müzakirə olunan məsələlərdən biri də həmin şəxsin 45 gün ərzində Nəsimi rayon icra hakimiyyətində uzun illər çalışan şəxslərin dərhal işdən kənarlaşdırılması ilə bağlı addımlar atmasıdır:

"Azərbaycanda belə bir tendensiya mövcuddur. Kim hansı vəzifəyə təyin olunursa, özünə yaxın şəxsləri gətirmək məqsədilə uzun illər çalışan əməkdaşları işdən azad edir. Hətta elə hallar olub ki, pensiyaya çıxmasına bir və ya iki il qalmış şəxslər də işdən azad olunub və nəticədə onlar pensiya hüquqlarının formalaşması ilə bağlı ciddi çətinliklər yaşayıblar".

Keçmiş deputat bildirib ki, yeni təyin olunan rəhbər 6 nəfər əməkdaşı vəzifəyə gəldiyi ilk günlərdə işdən çıxarıb:

"Bunlardan biri icra hakimiyyəti başçısının müavini olub. Həmin şəxs uzun illər bu sahədə çalışmış, mediada gedən məlumatlara görə əvvəllər Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərmiş, işi bilən bir mütəxəssis kimi tanınıb. Lakin naməlum səbəblərdən o, vəzifəsindən uzaqlaşdırılıb. İki şöbə müdiri vəzifəsindən azad edilib, daha üç nəfər əməkdaş isə müxtəlif əsaslarla işdən kənarlaşdırılıb".

Hüquq müdafiəşisi qeyd edib ki, vətəndaşların əmək və digər hüquqları pozulur.

"Mən belə hesab edirəm ki, Prezident Administrasiyası Nəsimi Rayon İcra Hakimiyyətində baş verən bu prosesləri diqqətdə saxlayır. Bu mövzu hüquq müdafiəçilərinin toplantısında da müzakirə olunub. Çox istərdik ki, müəyyən təzyiqlər və xoşagəlməz hallar nəticəsində vəzifəsindən uzaqlaşdırılmış, uzun illər dövlət qulluğunda çalışmış həmin 6 əməkdaş yenidən Nəsimi Rayon İcra Hakimiyyətində əvvəlki vəzifələrinə bərpa olunsun. Məhz bu halda ədalət öz yerini tapmış olacaq"- deyə deputat bildirib.

Onun sözlərinə görə, əks halda bir yarıtmaz kadrın fəaliyyəti nəticəsində 6 nəfər zərər çəkir, işindən kənarlaşdırılır:

"Hüquqları pozulmuş həmin 6 nəfərin də yenidən işə qaytarılmasını görmək istəyərdik. Bu zaman ədalətin tam bərpa olunduğunu demək mümkün olacaq. Prezident Administrasiyasında bu şəxslərin işlərinə bərpası ilə bağlı müzakirələr aparılır. İcra hakimiyyəti başçısının vəzifədən uzaqlaşdırılması ədalətin yalnız 50 faizinin bərpası deməkdir. Zorla və əsassız şəkildə işdən kənarlaşdırılmış şəxslərin yenidən işlərinə bərpa olunması baş vermiş qanunsuzluqlarla bağlı ədalətin 100 faiz bərpası olacaqdır".

 
 
 

 

Bu avtobusların hərəkət sxemi dəyişdirilir - Siyahı

avtobuss62

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

”Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

7 -dən səhifə 145

Oxşar məqalələr