“Qadın paltarında səfirlikdə gizlənən siz idiniz?..”

Screenshot 2026 02 15 165241

Münxen Təhlükəsizlik Konfransı zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan bloqer Emin Hüseynova verdiyi cavab gündəm olub.

“İksmedia az” xəbər verir ki, Emin Hüseynovun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualına Mehriban xanım ustalıqla cavab verib.

“Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz? Sizə cansağlığı arzulayıram”, - deyərək Mehriban Əliyeva yoluna davam edib.

16 yaşlı boksçu sınaq döyüşü zamanı öldü

ali rusanov

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb."İksmedia.az “Unikal”a istinadən xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada  ölüb.

2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib.

Azərbaycan Boks Federasiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında  şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

“6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - federasiyadan qeyd edilib.

İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi

fhn

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

“İksmedia az"  Qaynarinfo-ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Bundan başqa,Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.

Qeyd edək ki, nazirliyin saytında işdən çıxarılan müavinlərin adları hələ də rəhbərlik bölməsində qalıb və yeni müavinlər buraya əlavə edilməyib.

Xatırladaq ki, K.Heydərovun üç müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad edilərək təqaüdə göndəriliblər. 

İnternetin sürəti bu qədər artacaq - Nazirdən açıqlama

resad

“Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün biz dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçməkdəyik. Bu, ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə, məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara keçirilməsidir”.

İksmedia az.“Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.Nazir qeyd edib ki, ikinci mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır: “Artıq burada da bir çox proseslər həm dövlət şirkətləri və eyni zamanda, özəl şirkətlər tərəfindən kifayət qədər irəliləmişdir. Gedəcəyimiz son nöqtə, “ağıllı” və proyektiv xidmətlərin formalaşdırılmasıdır ki, bu da rəqəmsal transformasiyanı özündə ehtiva edir. Bütün bu istiqamətlər üzrə məhz Sizin diqqət və qayğınız nəticəsində son illərdə əsas diqqətimiz tənzimləmə çərçivəsinin qurulması və fəaliyyətimizin koordinasiyalı şəkildə aparılmasına yönəlmişdir. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası xüsusi önəm daşıyır.Bununla yanaşı, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər edilmişdir və yeniləri qəbul olunmuşdur. Bununla yanaşı, infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilmişdir. “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılmışdır. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin”.

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Adlar

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib.

İksmedia az “Qafqazinfo”-ya istinadla  məlumatına görə,Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

Vətən uğrunda medalı ilə

Qarayev Natiq Sahib oğlu – general-mayor;

Cəfərov Elməddin Qulu oğlu – polkovnik;

Quliyev İslam Ramiz oğlu – polkovnik.

“Hərbi xidmətlərə görə” medalı ilə

Hidayev Əziz Şahmurad oğlu – polkovnik;

Abbasov Hikmət Zahid oğlu – mayor;

Əliyeva Samirə Təşkilat qızı – mayor.

“Tərəqqi” medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.

3 -dən səhifə 145

Oxşar məqalələr