SON DƏQİQƏ: Pakistanda nüvə obyekti VURULDU - Yüzlərlə ölü və yaralı.

6c6c8a2d45641ee7724e8ad0cfafa650

Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirib.

İksmedia Musavat com-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı məlumat yayıb.Yerli mənbələr bildirir ki, Kokal rayonundakı hərbi mərkəzə və Pakistanın başqa bir nüvə mərkəzinə endirilən zərbələrdən sonra İslamabaddakı xəstəxanaya yüzlərlə ölü və yaralı aparılıb", - deyə məlumatda bildirilir.Qeyd olunur ki, Əfqanıstan-Pakistan sərhədində döyüşlər yenidən başlayıb və Nouşera yaxınlığındakı Pakistan hərbi bazasına zərbə endirilib. Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

13 yaşlı qızını vəzifəyə təyin etdi - Raketlərlə bağlı əmrlər verir

Kim Çen Inın 13 yaşlı qızı Cu E Şimali Koreyanın Raket Administrasiyasında rəhbər vəzifəyə təyin edilib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, Cənubi Koreya mediası yüksək vəzifəli hökumət məmuruna istinadla bildirib ki, Cu E artıq generallardan təlimat alır və bəzi hallarda əmrlər verir.

Bu vəzifəyə təyinat onu Koreya Xalq Ordusunun komandanlığını gələcəkdə öz üzərinə götürməyə hazırlamaq məqsədi daşıyır.

Uzun müddətdir Cu E Kim Çen Inı ictimai tədbirlərdə, o cümlədən, raket sınaq mərkəzlərində müşayiət edir. Analitiklər bu addımın sülalənin kişi varislərə üstünlük verən ənənəsindən tarixi bir uzaqlaşma olduğunu bildirir.

Qeyd edək ki, bazar günü Kim Çen In 15 ildir hakim olan Koreya İşçi Partiyasının baş katibi vəzifəsinə yenidən seçilib. Bu qurultay qarşıdakı beş illik dövr üçün gündəmi müəyyənləşdirəcək.

cu e

Putin “sanksiyalar kəfənini” yırtdı - Ukrayna təklənir, 2 ölkə isə...

 8bdc97d19428508db985a42c950861f8 

İksmedia Musavat com-a istinadən xəbər verir ki,Rusiyaya qarşı 2014-cü ildən etibarən - Krımın ilhaqı ilə əlaqədar tətbiq edilən sanksiyalar son zamanlar səngiyib. 2022-ci ildən daha da sərtləşdirilən sanksiyaların davamlı olub-olmaması ilə bağlı Avropa daxilində ciddi fikir ayrılığı yaranıb. Hər halda yaşanan son gəlişmə bunu bunu deməyə əsas verir.Belə ki, Avropa Birliyinin xarici işlər nazirlərinin 23 fevral tarixində Brüsseldə keçiriləcək iclası ərəfəsində qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən səsləndirilən açıqlama diqqət çəkib. O bildirib ki, görüşdə Rusiya əleyhinə nəzərdə tutulan 20-ci sanksiya paketi müzakirə olunacaq, lakin bu mərhələdə konkret razılığın əldə edilməsi gözlənilmir. Kallasın sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır, buna baxmayaraq, danışıqların davam etdirilməsi və ortaq mövqeyin formalaşdırılması istiqamətində səylər göstəriləcək.

Kreml "sanksiyalar kəfənini" yırtdı?

SONA SON.jpg (56 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Avropa Birliyində Rusiyaya qarşı fikir ayrılıqları kifayət qədər dərinləşib:"Slovakiya və Macarıstan kimi AB üzvləri Ukraynaya silah və maddi yardım göstərməkdən boyun qaçırırlar. Orban və onun slovakiyalı həmkarı Rusiya ilə üz-üzə gəlmək niyyətində olmadıqlarını dilə gətirirlər. Görünən odur ki, Ukrayna bundan sonra təklənəcək. Bu vaxta qədər tətbiq olunan sanksiyalar da Rusiyanı silkələyə bilməmişdi. Hətta 23 fevralda növbəti sanksiya paketləri qəbul edilsə belə, bu, Moskva üçün effektiv olmayacaq. Çünki Kremlin əlində "qaz silahı" var. Macarıstan və Slovakiya kimi ölkələr də məhz həmin silahla "vurulub". Rusiya Ukrayna cəbhəsində istədiyini alana qədər Avropanı və onun birliyini dalana dirəməyə çalışacaq. Artıq Kreml buna qismən nail olub.

Digər tərəfdən, ABŞ-də Trampın hakimiyyətə gəlməsindən sonra Putinin də əl-ayağı bir qədər "uzanıb". Avropa Birliyində Rusiya ilə bağlı fikir ayrılıqları qərbliləri böyük düyün və ya dilemma qarşısında qoyub. Bu gedişlə Avropa Birliyi Ukraynaya yardım və ya Rusiyaya qarşı sanksiyalarla bağlı daha məhdud ölçülü məşvərət şurası yaradacaq. Hətta gələcəkdə fikir ayrılıqlarının daha da dərinləşməməsi üçün Macarıstan və Slovakiyanın birlikdən atılması məsələsi də qaldırıla bilər".

İran ABŞ-yə, İsrail İrana qarşı şərtlər irəli sürdü

İran İsrael USA

“Vaşinqton sanksiyaların ləğvini müzakirə etməyə razılaşarsa, İran ABŞ ilə nüvə sazişi üzrə kompromisə gedə bilər”.

“İksmedia az” BBC-yə istinadən xəbər verir ki, bu bəyanatla İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi çıxış edib.

“Əgər onlar sanksiyalar barədə danışmağa hazırdırlarsa, biz də proqramımızla bağlı bu və digər məsələləri müzakirə etməyə hazırıq”, - diplomat deyib.

Taxt-Rəvançi qeyd edib ki, indi top Amerika tərəfindədir və onlar həqiqətən saziş bağlamaq istəklərini sübut etməlidirlər.

İsrailin Baş naziri Binyamin Netanyahu isə İranla istənilən potensial sazişin təkcə İsrail və ABŞ-nin deyil, eləcə də bütün dünyanın təhlükəsizliyini təmin edən sərt tələblərə cavab verməli olduğunu deyib.

“Əgər biz razılığa nail olmaq istəyiriksə, o, bir sıra əsas elementləri əhatə etməlidir. Fikrimizcə, bu elementlər təkcə İsrailin deyil, həm də ABŞ-nin, regionun və bütün dünyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”, - İsrailin Baş naziri bildirib.

Netanyahunun irəli sürdüyü şərtlərə görə, İran bütün uranı ölkədən çıxarmalı, uranın zənginləşdirilməsi üzrə bütün avadanlıq və infrastrukturu ləğv etməli, Raket Texnologiyalarına Nəzarət Rejiminin 300 km-lə məhdudlaşdırılmasına razılıq verməli və “terror oxunu”nu aradan qaldırmalıdır.

 

“Epşteyn faylları”ndakı 300-dən çox məşhurun adını açıqladı - Siyahıda özü də var

bondi

ABŞ-nin ədliyyə naziri - Baş prokuror Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə adı çəkilən 300-dən çox tanınmış şəxsin siyahısını dərc edib.

"İksmedia az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tam siyahı Baş prokurorun Konqres üzvlərinə ünvanladığı məktubunda əks olunub.

Məktubda ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” üzrə dərc etdiyi materiallarda adı ən azı bir dəfə çəkilən bütün keçmiş və hazırkı məmurlar, siyasi cəhətdən əhəmiyyətli şəxslər və məşhurlar qeyd olunub. Onların arasında ABŞ Prezidenti Donald Tramp, sabiq ABŞ liderləri - Bill Klinton, Barak Obama, Cozef Bayden, ABŞ-nin sabiq dövlət katibləri - Hillari Klinton, Entoni Blinken, “WikiLeaks”in qurucusu Culian Assanj, məşhur müğənnilər - Maykl Cekson, Beyonse, Bono, Böyük Britaniya kralı III Çarlzın qardaşı, titullardan məhrum edilmiş şahzadə Endryu, amerikalı aktyor Alek Bolduin, İsrailin keçmiş Baş naziri Ehud Barak, amerikalı rejissor Vudi Allen və digər məşhurlar var.

Baş prokurorun məktubuna əsasən, Ədliyyə Departamenti öz sərəncamında olan və insan alveri məlumatları, sənədlərin gizlədilməsi faktları və s. daxil olmaqla 9 kateqoriya üzrə bütün qeydləri, sənədləri, ismarışları və istintaq materiallarını dərc edib.

“Materiallar narahatlıq hissi, reputasiyaya zərər və ya siyasi həssaslıq səbəbilə redaktə edilməyib”, - Baş prokurorun məktubunda deyilir.

Ən maraqlı məqam isə siyahıda Baş prokuror Pem Bondinin öz adının da yer almasıdır.

Tam siyahı ilə aşağıda tanış ola bilərsiniz:

 

 

ABŞ-İran danışıqlarının formatı dəyişməyəcək

“Tehran Vaşinqtonla İranın nüvə proqramı ilə bağlı danışıqlarının formatını dəyişməyi planlaşdırmır”. 

İksmedia xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib. 

Diplomat danışıqların bundan sonra da eyni formatda keçiriləcəyini qeyd edib. 

“Əlbəttə, növbəti raundların keçirilmə vaxtı və yeri barədə razılıq olarsa...”, - Bəqai əlavə edib.

İclas bir neçə dəqiqə çəkdi

ABŞ Konqresinin ən nüfuzlu nəzarət orqanlarından biri olan Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməsi gözlənilən milyarder Ceffri Epşteynin keçmiş sevgilisi və ortağı Gisleyn Maksvel susmaq hüququndan istifadə edib.

Bildirildiyinə görə o, bütün sualları cavabsız qoyub.

Texas ştatındakı federal həbsxanada saxlanılan 64 yaşlı Maksvel dinləmədə videobağlantı vasitəsilə iştirak edib. O, ABŞ Konstitusiyasının Beşinci Düzəlişinə əsaslanaraq ifadə verməkdən imtina etdiyi üçün iclas cəmi bir neçə dəqiqə davam edib.

Maksvelin vəkili dinləmədən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Donald Tramp onu əfv edəcəyi təqdirdə, müvəkkili Konqreslə əməkdaşlıq etməyə hazırdır.

Epşteynin sevgilisi və uşaqların istismar edilməsində onunla əlbir olan Maksvel,Trampın hər hansı qanunsuz fəaliyyətlə əlaqəsinin olmadığına dair ifadə verməyə də açıq olduğu qeyd edilib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer Maksvelin mövqeyini “gözlənilən, lakin son dərəcə məyusedici” adlandırıb.

Komer bildirib ki, komitənin məqsədi Epşteynişi ilə bağlı həqiqətləri üzə çıxarmaq və qurbanlar üçün ədaləti təmin etməkdir. O, Maksvelin nə toxunulmazlığa, nə də əfvə layiq olduğunu vurğulayıb.

Komitənin demokrat üzvləri də Maksvelin davranışını sərt tənqid ediblər. Konqres üzvü Melani Stansberi Maksvelin Konqres dinləməsini əfv danışıqlarına çevirməyə çalışdığını deyib.

Qeyd edək ki, Gisleyn Maksvel 2022-ci ildə yetkinlik yaşına çatmayan qızların cinsi istismarı məqsədilə insan alverinə kömək etməkdə təqsirli bilinərək, 20 il həbs cəzasına məhkum edilib.

ABŞ danışıqlardan əvvəl İranı hərbi hücumlarla hədələyib

“ABŞ Omandakı danışıqlardan əvvəl İrana dörd şərt təqdim edib və qəbul edilməyəcəyi təqdirdə hərbi hücumlarla hədələyib”.

“İksmedia " Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun Siyasi İşlər üzrə komandan müavini Əziz Qəzənfəri “Sobh-e Sadik” jurnalında Omandakı dolayı danışıqlara münasibət bildirərkən deyib.

O, ABŞ-nin ballistik raket proqramı, regional qruplara dəstək və nüvə məsələlərini danışıqlar mövzusu etmək istədiyini, lakin İranın müdafiə qabiliyyətlərinin danışıqlar mövzusu ola bilməyəcəyini vurğulayıb.

Qəzənfəri ölkəsinin təhdid və psixoloji təzyiqlər qarşısında təslim olmadığını və danışıqlara baxmayaraq, hərbi tədbirləri davam etdirəcəyini bildirib. Omandakı danışıqların çərçivəsinin ABŞ-nin irəli sürdüyü şərtlərdən yox, İranın mövqeyindən formalaşdığını qeyd edib.

TƏCİLİ: İran hazırlıqlara BAŞLADI: Nüvə tunelləri BAĞLANDI

İranın ən vacib və möhkəmləndirilmiş obyektlərindən biri olan və 12 günlük müharibə zamanı dəfələrlə atəşə tutulan İsfahandakı nüvə texnologiyaları mərkəzindəki yeraltı tunel kompleksinin bütün məlum girişləri tamamilə bağlanıb.

İksmedia Musavat.com-a istinadən  xəbər verir ki, bu barədə bazar ertəsi günü Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu (ISIS) tərəfindən yayımlanan yeni təhlildə məlumat verilir.

“8-9 fevral tarixlərində çəkilmiş yüksək dəqiqlikli kommersiya peyk görüntüləri göstərir ki, tunellərin mərkəzi və cənub girişləri tamamilə bağlanıb və artıq görünmür. Ən şimaldakı giriş isə eyni şəkildə basdırılıb ki, bu da kompleksə daxil olmağı qeyri-mümkün edir”, - məlumatda deyilir.

Bildirilir ki, görüntülər çəkilərkən girişlərdə heç bir nəqliyyat hərəkəti müşahidə edilməyib.

Tədqiqatçılar vurğulayırlar ki, bu işlər yeraltı kompleksin mümkün hava hücumlarına qarşı möhkəmləndirilməsi və yerüstü qüvvələr üçün girişin çətinləşdirilməsi məqsədi daşıyır. Oxşar işlər əvvəllər şimal girişində müşahidə olunub, indi isə bütün ərazi üzrə yayılıb. Hesabatda həmçinin qeyd olunur ki, girişlər bağlanmadan əvvəl avadanlıq və ya materialların tunellərə daşınmış olması mümkündür, lakin bu təsdiqlənməyib.

“Bu cür hazırlıqlar sonuncu dəfə “Gecə çəkici” əməliyyatından əvvəl müşahidə olunub. Həmin əməliyyat zamanı Fordo, Natanz və İsfahandakı obyektlərə zərbələr endirilmişdi”, - hesabatda deyilir.

Tədqiqatçılar bildirirlər ki, bu tədbirlər ABŞ və ya İsrail tərəfindən mümkün hava hücumuna qarşı İranda narahatlığın göstəricisidir. Tunel girişlərinin bağlanması hava hücumundan yaranacaq zərəri azaldacaq və xüsusi təyinatlı qüvvələrin obyektə daxil olub zənginləşdirilmiş uranı ələ keçirməsini və ya məhv etməsini çətinləşdirəcək.

ISIS xatırladır ki, İsfahanda uranın çevrilməsi, nüvə yanacağı istehsalı və digər nüvə fəaliyyəti ilə bağlı əsas obyektlər yerləşir.

Milli Məclisdə Xocalı qatillərinə XƏBƏRDARLIQ

İksmedia Musavat com-a istinadən bildirir ki, Milli Məclisin iclasında çıxış edən deputat Aydın Hüseynov separatçılara görə Azərbaycana edilən təzyiqlərlə bağlı danışıb.

Deputat deyib ki, Bakı Hərbi Məhkəməsinin həmin canilərə çıxardığı hökm tamamilə ədalətli, Azərbaycan qanunlarına və beynəlxalq qanunlara uyğundur:

“Məhkəmənin hökmü hüquqi qərar olmaqla yanaşı, həm də tarixi, siyasi və mənəvi baxımdan ədalətin növbəti təntənəsidir. Separatçı rejimin liderləri onilliklər boyu beynəlxalq hüququn bütün norma və prinsiplərini tapdalayıb, Azərbaycan Respublikasının suverenliyinə qarşı silahlı qiyam həyata keçirib, mülki əhaliyə qarşı ağır cinayətlər törədiblər. Minlərlə insanın həyatına son qoyan, yüz minlərlə vətəndaşı doğma yurd-yuvasından didərgin salan bu şəxslər illərdir özlərini “siyasi fiqur” kimi təqdim etməyə çalışsalar da, əslində beynəlxalq hüquq baxımından cinayətkar olaraq qalırdılar. Onlar nəhayət, yol verdikləri insanlıq əleyhinə cinayətlərin hüquqi cəzasını aldılar".

A.Hüseynovun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlayan hüquqi proseslər göstərdi ki, dövlət yalnız hərbi sahədə deyil, hüquq müstəvisində də prinsipial və qətiyyətlidir:

“Məhkəmə prosesi açıq, şəffaf və hüquqi prosedurlara uyğun aparıldı. Bu da separatçı liderlərin və onların havadarlarının “qisas”, “siyasi sifariş” kimi iddialarını tam şəkildə puça çıxardı. Ömürlük həbs hökmü bir daha sübut etdi ki, ağır hərbi cinayətlər, insanlığa qarşı əməllər və dövlətə qarşı silahlı üsyan cəzasız qalmır. Bu qərar eyni zamanda gələcək üçün ciddi mesajdır. Azərbaycan Respublikasına qarşı istənilən separatçı cəhd hüquqi müstəvidə qaçılmaz şəkildə cavablandırılacaq”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın qətiyyəti və qatillərə törətdikləri əməllərə görə hökmün çıxarılması hazırda Ermənistanda azadlıqda gəzən Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi əli Azərbaycan xalqının qanına bulaşmış müharibə cinayətkarlarına, eləcə də bütün revanşizm hissi ilə yaşayanlara, daşnaklara dərs olmalıdır:

"Onlar bilsinlər ki, Azərbaycan onlara gec-tez törətdikləri cinayətlərin cəzasını kəsəcək. 5 fevralda Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm bunun bariz sübutudur".

 

Epşteynin ölümü ilə bağlı daha bir - İddia

Yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin vəfat etdiyi gecə ilə bağlı daha bir maraqlı məqam ortaya çıxıb.

“İksmedia” “The Daily Mail” qəzetinə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” ilə bağlı açıqladığı genişmiqyaslı arxiv materiallarında maliyyəçinin 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılmasından bir gün əvvəl hazırlanmış və prokurorun onun ölümü barədə bəyanatının qaralamasından ibarət olan sənəd aşkar edilib.

“Səhər Manhetten İslah Mərkəzi təsdiq edib ki, Ceffri Epşteyn kamerasında huşsuz vəziyyətdə tapılıb və bundan qısa müddət sonra ölmüş elan edilib”, - Nyu-Yorkun Manhetten dairəsi üzrə prokuror Ceffri Bermanın 9 avqust 2019-cu il tarixli bəyanatında deyilir. 

Sənəddə bu hadisənin narahatlıq doğurduğunu və Epşteynin çoxsaylı qurbanlarının məhkəmə qarşısına çıxa bilməsi yolunda daha bir maneəyə çevrilə biləcəyi qeyd edilib.

Qeyd edək ki, daha əvvəl C.Epşteynin öldüyü gecə həbsxananın nəzarət kamerası ilə çəkilən videogörüntüləryayılmışdı. Lakin açıqlanan videoda 1 dəqiqəlik materialın çatışmazlığı çoxlu mübahisələrə və fərziyyələrə səbəb olub. ABŞ-nin baş prokuroru Pem Bondi isə bunu videokameranın lent dəyişdirmə prosesi ilə əlaqəli olduğunu deyib.

Altbölüm

1 -dən səhifə 33

Oxşar məqalələr