Aygün Attar Gergerlioğluna meydan oxudu: “Azərbaycan və Əliyev barədə danışmağa haqqın yoxdur!”

dunden bugune prof dr aygun attar 1738435229

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar Türkiyə Böyük Millət Məclisinin deputatı Ömər Faruk Gergerlioğlunun Azərbaycan və Prezident İlham Əliyev barədə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

"İksmedia az" "Musavat"com=a istinadən xəbər verir ki, Attar sosial şəbəkədə paylaşdığı açıqlamada Gergerlioğlunun Azərbaycan və onun dövlət başçısı barədə səsləndirdiyi ittihamları kəskin şəkildə tənqid edib.

Aygün Attar bildirib ki, Türkiyə parlamentində təmsil olunan bir şəxsin Azərbaycan haqqında bu cür ifadələr işlətməsi qəbuledilməzdir və belə açıqlamalar həm Azərbaycan xalqına, həm də Türkiyə-Azərbaycan qardaşlığına hörmətsizlikdir.

Professor açıqlamasında xüsusilə vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Qarabağ zəfərinə imza atmış bir dövlətin və onun prezidentinin ünvanına səsləndirilən böhtanlar qəbul edilə bilməz.

Attarın sözlərinə görə, Azərbaycan erməni işğalçı qüvvələrini məğlub edərək tarixə keçən bir qələbə qazanıb və bu zəfər böyük qurbanlar hesabına əldə olunub. O, Prezident İlham Əliyevin Azərbaycan xalqının iradəsini və Qarabağ zəfərini təmsil edən lider olduğunu qeyd edib.

Aygün Attar həmçinin Gergerlioğluna müraciətlə bildirib ki, Azərbaycan və onun dövlət başçısı haqqında bu cür ifadələr işlətməyə heç kimin haqqı yoxdur.

O əlavə edib ki, səsləndirilən ittiham və böhtanlarla bağlı hüquqi addımlar da atılacaq və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədə son günlər bəzi siyasi dairələrin Azərbaycan və onun rəhbərliyi barədə səsləndirdiyi iddialar ictimai müzakirələrə səbəb olub.

“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir”

nikol

“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir”.

“İksmedia” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub: “Bu məntiqə riayət etmək həqiqətən müstəqil dövlət olmağa imkan vermir”.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Burada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar mövcuddur.

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI

207aff821a8873ec6ac6f4808eee13d5

Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub.

"İksmedia.az" Manset.az"-a istinadən həmin müğənnilərin siyahısını təqdim edir:

Kəmalə Günəşli

Canana (Mətanət İsgəndərlinin keçmiş gəlini)

Nüşabə Musayeva

Nəfəs 

Ofelya Şabanova

Günəş 

Qumral (Musa Musayev və Təranə Qumralın qızı)

Səbinə Selcan

Ülviyyə Namazova 

Afət Fərmanqızı

Aşıq Namiq 

Mehriban Qəmbərova 

Şəbnəm Qəhrəmanova

Arzu Mirzəyeva 

Şəlalə Səsli 

Naza Veysəlova 

Ziba Osmanlı 

Aida Ziyadxanlı 

Pünhan Piriyev 

Talıb Tale 

Müğənni Canan 

Balaəli 

Aqşin Fateh

İfrat 

Dəniz Əsədova

İbrahim Borçalı 

Arzu Mələk 

Elxan Qaraxanoğlu

Parlamentdə Ramiz Mehdiyevin evindəki pullardan danışıldı

d0a9aa0a1fa5f87c5da6ebac221df2c5

Milli Məclisin iclasında “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul olunub.

"İksmedia az"  Musavat" com-a istinadən xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu layihə barədə danışıb.

Deputat Aqil Abbas söz alaraq film çəkilişləri ilə bağlı təkliflərini söyləyib.

“Çox təəssüf ki, Azərbaycanda kinonun çəkilməyi Mədəniyyət Nazirliyinin üzərinə düşüb. Kino ölkənin milli ənənələrini göstərən önəmli faktordur. Türkiyə filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilib. Ölkədə bu qədər təşkilat var, amma heç biri filmlərin çəkilməsinə sponsorluq etmir. Rusiyada filmlərin əksəriyyətini nazirliklər çəkirlər. Müdafiə, Daxili İşlər nazirlikləri…Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkməlidir? Necə olur ki, təşkilatlar futbola pul qoyur, amma filmə yox?”

A.Abbas bildirib ki, bizim də tarixi şəxsiyyətlərimiz var: “İndiyədək Şah İsmayıl haqqında niyə film çəkilməyib? Yaxud Qacar haqqında…Mən kiminsə haqqında danışmaq istəmirəm, Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı. 17 milyon yüksək səviyyəli 10 tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın. Türkiyədə Sultan Mehmede aid film bütün dünyanı bürüyüb.

Sovet dövründə yaxşı filmlərimiz çəkilib, müstəqillik dövründə də bir neçə yaxşı filmimiz olub. Qanun layihəsini dəstəkləyirəm. Kim hazırlayıbsa, Allah dədəsinə rəhmət eləsin”.

Spiker Sahibə Qafarova deputatın çıxışına reaksiya verib: 

“Rusiya Azərbaycan deyil, Azərbaycan Respublikasının öz qanunları var”.

ABŞ səfirliyinin əməkdaşları İsraili tərk edir

usa embassy israel

ABŞ Dövlət Departamenti ölkənin İsraildəki missiyasından fövqəladə vəzifələrdə çalışmayan hökumət personalının və onların ailə üzvlərinin İsraildən çıxarılması haqqında qərar qəbul edib.

"İksmedia az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyinin bəyanatında deyilir. 

Addımın təhlükəsizlik riskləri ilə əlaqədar atıldığı bildirilir. 

İsraildə olan digər ABŞ vətəndaşlarına kommersiya reysləri mövcud ikən ölkədən çıxış imkanını nəzərdən keçirmək tövsiyə olunur.

1 -dən səhifə 145

Oxşar məqalələr