AXTAR

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

portret ela

AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik dayandırılmasını dünyaya şikayət edir.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında Azad Vətən Partiyasının Siyasi Şurasının sədri Novruz Novruzov bunları deyib: "Bəxtiyar İmanovun məsələyə bu cür səthi yanaşması heç də təəccüblü deyil, çünki o AXCP üzvüdür. Bu qurumun nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər. Belə ki, Azərbaycan heç kimə şikayət etmir, birbaşa olaraq AŞPA üzərinə gedir, bu təşkilatın ikiüzlü siyasətini açıb ortaya qoyur. Bu gün Azərbaycanın bu cür beynəlxalq təşkilatlardan heç bir asılılığı yoxdur”.

N.Novruzov bildirib ki, Cənubi Qafqazda siyasi və iqtisadi maraqlar güdən Avropanın siyasi qurumlarının Azərbaycana ehtiyacı var: “Çünki, regionun lider ölkəsi məhz Azərbaycandır. Yaxşı olar ki, bu mövzuya toxunanlar Azərbaycana görə AŞPA-nı qınayan Avropa ölkələrinin mövqeyinə diqqət etsinlər. Ümumiyyətlə, siyasətlə məşğul olan hər bir kəs ilk növbədə öz ölkəsinin mənafeyinə xidmət edən həqiqəti müdafiə edər, daha başqalarının siyasətinə xidmət edən qarayaxmanı yox”.
Müəllif: Rəşid Qarayev

sia.az

Oxşar məqalələr