Kerri: “Rusiyanın kiberhücumlarına lazımi an cavab veriləcək”

“Prezident Barak Obama Putin hakerlərinin Amerika siyasi institutlarına kiberhücumlarına müəyyən olunmuş vaxtda cavab verəcək”.
İKT.lent.az-ın xəbərinə görə, bunu “Wired” nəşrinə müsahibəsində ABŞ dövlət kartibi Con Kerri deyib. O bildirib ki, cavab tədbirləri barədə qərar çoxdan qəbul olunub, lakin lazımi anın seçilməsi hələ Vaşinqtondan müzakirə mövzusudur: “Cavab prezidentin müəyyən edəcəyi vaxtda və formada olacaq. Sizlər ola bilər ki, bu cavabı görməyəcəksiniz”.

Beynəlxalq İqtisadi Forum bəşəriyyət üçün 2016-cı ildə təhlükə törədəcək əsas problemlərin toplusundan ibarət “Qlobal risklər-2016” adlı hesabatı hazırlayıb.
Baş Polis İdarəsi və şəhər prokurorluğu qızıl alverçisini öldürənlərin adlarını açıqlayıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda qızıl alverçisi olan iş qadını Məryəm Nametzadənin qətlə yetirilməsi ilə bağlı birgə məlumat açıqlayıb. Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin əvvəlindən tətbiq etdiyi yenilik ölkəyə mal gətirən fiziki şəxslərin işini xeyli asanlaşdırıb. ANS PRESS-in məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti elektronlaşdırılaraq ”Elektron hökumət” portalına inteqrasiya edilib. DGK-nin yaydığı məlumatda bildirilir ki, bununla da komitənin "E-hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.