Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

nbebsbsbss

Sumqayıt şəhərində fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi başlanılıb.

“İksmedia.az” Oxu.az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi narkotik asılılığından əziyyət çəkən jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun görüntülərini paylaşmış, lakin bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı. Mövzu ilə bağlı saytımızda da yazı dərc edilmişdi.

“Xameneiyə qarşı hücum İran millətinə qarşı tammiqyaslı müharibədir”

pezeshkian

İran Prezidenti Məsud Pezeşkian “X” hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında qeyd edib ki, ölkəsinin ali rəhbəri Əli Xameneiyə hər hansı hərbi zərbə endirilməsi İran millətinə qarşı tammiqyaslı müharibə elan etmək demək olar:

“Ölkəmizin böyük liderinə qarşı ediləcək hər hansı hücum İran millətinə qarşı tammiqyaslı müharibə deməkdir”.

O əlavə edib ki, iranlıların həyatındakı çətinliklərin və əzabların bir əsas səbəbi ABŞ hökuməti və onun müttəfiqlərinin uzun müddətli düşmənçiliyi və insanlığa zidd sanksiyalarıdır.

Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib

nevaz sherif

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk "ASAN xidmət" mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Baş nazir bunu bu gün mərkəzin açılış mərasimində deyib.

Hökumət başçısı "ASAN xidmət"i vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və biznes fəaliyyətinin sadələşdirilməsi istiqamətində mühüm addım adlandırıb.

Onun sözlərinə görə, mərkəz Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər qurumlar da daxil olmaqla bir sıra dövlət strukturlarını bir mərkəzdə birləşdirir ki, bu da xidmətləri effektiv, şəffaf və vətəndaşlar üçün rahat formada təqdim etməyə imkan verir.

Ş.Şərif qeyd edib ki, Pakistan mərkəzinin əməkdaşları Azərbaycanda təcrübəli təlimçilərin rəhbərliyi altında ixtisaslaşdırılmış təlim keçiblər. O əlavə edib ki, nəzakət, peşəkarlıq və xeyirxahlıq dövlət xidmətinin standartına çevrilməlidir.

O, həmçinin ölkənin daha iki regionunda belə mərkəzlərin yaradılması barədə göstəriş verdiyini bildirib və əlavə edib ki, gələcəkdə Azərbaycanın dəstəyi ilə bu sistem Pakistanın bütün ərazisini əhatə edəcək./Report.az/

Ədliyyə işçilərinin peşə bayramı

edliyye

 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 2000-ci ildən başlayaraq Ümumilli lider Heydər Əliyevin müvafiq sərəncamI ilə təsdiq olunmuş bu bayram artıq 25 ildir ki, qeyd edilir.
Ədliyyə Nazirliyində sistemində çalışan şəxslər qanunçuluğun keşiyində durmaqla bu gün çətin peşələrdən birini həyata keçirirlər. Ədliyyə sisteminin çətin və aparıcı sahələrindən birdə penitensiar xidməti sahəsədir. Bu sahədə çalışan şəxslər bir çox hallarda çətinliklərlə üzləşsələrdə amma hər zaman vətən qarşısında öz peşə borclarını layiqincə yernə yetirirlər.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, bu gün 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, vəzifəsində çalışan ədliyyə polkovniki Mehman Əliyev hər zaman dövlətə və dövlətçiliyə, sadiq olmaqla millətini sevən ziyalılardan sayılır O, ona göstərilən etimadı doğrultmuş və öz xidmətində layiqli nümunəvi işləri ilə fərqlənməkdədir. Eyni zamanda, Mehman Əliyevin gizli qalan bir sıra cinayətlərin açılması istiqamətində apardığı əməliyyat - axtarış tədbirləri nəticəsində bir çox uğurlara da imza atmışdır.
Bununla yanaşı, Mehman Əliyev rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində şəxsi heyyət arasında daxili nizam intizam qaydalarının yüksək səviyyədə təşkil olunmasında. Cəzaçəkmə müəssəsində məhbus həyatı yaşayan vətən uğrunda canını fəda etmiş şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi xüsusi qayğısı və diqqəti ilə seçilən rəhbər şəxslərdəndir.
Bizdə öz növbəmizdə bu gün ədliyyə sistemində yaratdığı davamlı və dayanıqlı nizam intizama görə Ədliyyə naziri Fərid Əhmədov, öz dərin təşəkkürmüzü bildiririk.
Fürsətdən istifadə edərək bizdə Ədliyyə İşçiləri üçün xüsusi bir gün olan Peşə Bayramı münasibətilə Bütün ədliyyə işçilərini başda Ədliyyə naziri Fərid Əhmədovu olmaqla Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovu və bunlarla yanaşı 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi olan Mehman Əliyevi redaksiyamiz adından səmimi qəlbdən təbrik edir, Bütün Ədliyyə işçilərinə bu məsuliyyətli və şərəfli peşə fəaliyyətlərində uğurlar arzu edirik.

PEŞƏ BAYRAMINIZ MÜBARƏK.
Tacəddin Əyyubov

Putinin Paşinyanı devirmək planı iflasa uğradı?

pasha putin

Son zamanlar Ermənistanda anti-Rusiya ab-havası geniş yayılıb. 2018-ci ildə Nikol Paşinyanın Baş nazir seçilməsindən, xüsusilə də 44 günlük müharibə və Azərbaycanın antiterror əməliyyatından sonra ölkənin siyasi kursu tamamilə dəyişib.
Paşinyan ölkəsini Rusiyanın orbitindən çıxararaq Qərbyönümlü siyasət aparmağa üstünlük verib. Onun dönəmində İrəvanla Moskva arasındakı gərginlik pik həddə çatıb. Hətta Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmaq istədiyinə dair bəyanatlar verilir. Əvəzində isə adıçəkilən ölkə NATO və Avropa İttifaqına qoşulmağa çalışır.
Əlbəttə ki, bütün bunlar Kremlin narazılığına səbəb olur. Hətta zaman-zaman Rusiyanın Ermənistanda çevriliş planı hazırladığı və Nikol Paşinyanı devirmək istədiyi iddia olunur. Lakin gəlinən son nöqtədə görürük ki, Kremlin bu planı baş tutmayıb.
Ümumiyyətlə, artıq Rusiyanın Ermənistanda çevriliş planının tamamilə iflas etdiyini söyləmək olarmı?

ehed memmedli

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə bildirib ki, Rusiyanın Ermənistanda çevriliş planının olduğu şübhəlidir:
"Yəni Paşinyanın Rusiya ilə düşmənçilik etdiyi, Kremlin də onu istəmədiyi iddia olunur. Lakin bütün bunlara rəğmən, məhz Paşinyanın hakimiyyəti dövründə Rusiya ilə Ermənistan arasındakı ticarətin 14 milyard dollara qədər çatacağı proqnozlaşdırılır. Kiçik ölkə olan Ermənistanın nəhəng Rusiya ilə bu qədər böyük hansı alış-verişi etdiyi də suallar doğurur. Əslində, Ermənistan Rusiya üçün sanksiyalardan yayınaraq öz mallarını satdığı bir ərazidir. Yəni rus malları adıçəkilən ölkədən başqa dövlətlərə satılır".
Politoloq qeyd edib ki, Paşinyan Rusiyaya sanksiyalardan yayınmaq üçün imkan yaradıb:
"Belə vəziyyətdə Kreml nə üçün onu devirsin ki? Düzdür, Paşinyan Qərbyönümlü addımlar atır. Lakin Rusiya Prezidenti Vladimir Putin üçün əsas puldur, yoxsa Ermənistanın hansısa simvolik addımları? Rusiyanın hərbi bazasının Ermənistanda olduğunu nəzərə almaq lazımdır. Üstəlik, bu ölkənin sərhədlərini də rus hərbçiləri qoruyur.
Eyni zamanda, Ermənistanın dəmiryolları da Rusiyanın nəzarətindədir. Bütün bunların fonunda Putinin Paşinyanı devirmək kimi bir planının olduğunu düşünmürəm. Düzdür, Kreml ona yaxın Ermənistan hakimiyyətinin olmasını istəyər. Ancaq Paşinyan da onlar üçün məqbuldur. Ümumiyyətlə, Putin və Paşinyan arasında xüsusi ziddiyyətlər görmürəm".

men portret.jpg

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov isə açıqlamasında bildirib ki, bu gün Rusiya öz xarici siyasətində “kələfin ucunu” itirdiyi üçün sabah nə olacağını proqnozlaşdırmaq çətindir:
"Amma hər addımı fitnə-fəsadla dolu olan bu fövqəlşovinist dövlətin mövcud durumu belə deməyə əsas verir ki, onun hər hansı bir dövlətdə çevriliş etmək qüvvəsi qalmayıb. Təbii ki, Ermənistan da bu sırada qərarlaşıb. Bunun bir neçə səbəbi var".
Ekspert həmin səbəblərdən bəhs edib:
"Birincisi, Rusiyanın Qafqaz siyasəti saralmış yarpaqları tökülən ağaca dönüb. Çünki bu siyasətin su içdiyi mənbələr quruyub. Xüsusilə də Qafqazın cənub dövlətləri üzrə Rusiyanın sözü keçmir. İkincisi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsini səfehcəsinə davam etdirməklə iqtisadi cəhətdən gündən-günə zəifləyir. Hər hansı dövlətdə çevriliş etmək isə güclü maliyyə qaynağı tələb edir ki, hazırda bu amil Rusiya üçün böyük problemdir.
Üçüncüsü, konkret olaraq, Ermənistan Rusiyanın orbitindən faktiki olaraq xeyli uzaqlaşıb. İndi bu ölkədə gedən siyasi proseslərə ən azı 50/50 faiz nisbətində ABŞ nəzarət edir. Qalan 50 faizdə Türkiyənin, Azərbaycanın da payı var. Rusiyanın imkanı 10 faiz civarındadır ki, bu da Gümrüdəki hərbi bazasının hesabınadır".
Onun sözlərinə görə, əslində bu bazanın da fəaliyyət imkanı xeyli daralıb:
"Çünki Ukrayna ilə müharibə çərçivəsində Ermənistanda 5000 nəfərlik şəxsi heyətə malik bazanı saxlamaq çox xərc tələb edir. Üstəlik, Ukrayna cəbhəsində Rusiya əsgər çatışmazlığı ilə üz-üzədir. Düzdür, BMT iclaslarında, Rusiya XİN-in keçirdiyi brifinqlərdə Ermənistanın Rusiyanın nəzarətində qalması üçün rus diplomatlar müəyyən fikirlər söyləyir, siyasi atmacalar atırlar.
Lakin bunların təsiri çox azdır və əksər hallarda iş planına uyğun olaraq atılan addımlar təsiri bağışlayır. Bütün bu amilləri nəzərə alsaq, deyə bilərik ki, Rusiyanın çevriliş planı iflasa uğrayıb. Lakin ani çılğınlıq nəticəsində terror hadisəsinin törədilməsi imkanı qalır".
Həmsöhbətimiz hesab edir ki, bu, Rusiya siyasətinin son adəti kimi ortaya çıxa bilər:
"Məsələn, Rusiyaya xidmət edən ermənilərin revanşı, yaxud şəxsi motivləri qabardıb kimisə silahlı basqınla aradan götürmək versiyası qalır. Ancaq bu cəhdlər indilikdə çevrilişə səbəb ola bilməz. Çünki erməni cəmiyyəti artıq Rusiyaya və Kremlə xidmət edən ermənilərə nifrət edir. Təsadüfi deyil ki, bu günlərdə Kremlin danışan dili olan erməni Keosoyanın vəfatı ona qarşı ermənilərdə olan nifrəti azaltmayıb, əksinə, mətbuatda onu aşkar surətdə manqurt adlandıraraq lənətləyirlər".
Elmir Mustafa
“Cebheinfo.az”

8 -dən səhifə 145

Oxşar məqalələr