Ankarada Rusiya səfirinin qətli ilə əlaqədar daha bir polis əməkdaşı həbs edilib
Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, cinayət işinin istintaqı çərçivəsində saxlanılar 7 polis əməkdaşı – Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.