Qadağa siyahısındakı ölkələrin vətəndaşlarının ABŞ-a girişinin qaydası açıqlanıb
ABŞ prezidenti Donald Trampın immiqrasiya fərmanının şamil edildiyi ölkələrin aktiv vizaya sahib olan vətəndaşlarının ölkəyə girişinə icazə veriləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.
“Vizalarla bağlı yenilənmiş sənəd hazırlanıb. Vizaları ləğv edilməmiş vətəndaşlar bundan sonra ABŞ-a daxil ola biləcəklər”, - deyə o bildirib.
Tramp bu dərmanları qəbul edir - Həkimdən şok siyahı
Donald Trampın şəxsi həkimi Harold Bornsteyn “New York Times” qəzetinə müsahibəsində 70 yaşlı ABŞ Prezidentinin sağlamlığını qorumaq üçün qəbul etdiyi dərmanlar barədə məlumat verib.
Donbassdakı müharibədə “Buk” raketi işə düşdü, təyyarəyə atəş açıldı
Ukraynanın şərqində yenidən qızışan hərbi əməliyyatlar paralel olaraq Moskva ilə Kiyev arasında da qarşıdurmanın qızışması ilə müşaiyət olunur.
virtualaz.org xəbər verir ki, bu gün Kiyev Qara dəniz üzərində təlim uçuşları keçirən An-26 hərbi-nəqliyyat təyyarəsinin Rusiyaya məxsus qazma qurğusundan atəşə tutulduğunu bildirib.
Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolkonun bildirdiyinə görə insident Odessa qaz-kondensat yatağı rayonunda baş verib. Odlu silahdan açılan atəş nəticəsində təyyarədə 3 sm diametrində deşik yaranıb, təyyarə aeroporta enə bilib.
Rusiyanın Qara dəniz donanmasının qərargahı isə bildirib ki, Ukraynaya aid An-26 hərbi-nəqliyyat təyyarəsi “Tavrida” və “Krım-1” qazma qurğularının üzərində hədsiz aşağı hündürlükdə uçaraq təxribatçı manevrlər edib. Bu zaman qazma qurğusunun işçilərindən biri təyyarənin buruqla toqquşmasını önləmək üçün siqnal tapançasından havaya dörd raket buraxıb. Təyyarəyə avtomat silahdan atəş açılması barədə deyilənlər isə təkzib olunur.
Digər məlumata görə Ukrayna ordusu Donetsk vilayətinin Makeyevka şəhəri üzərində atəşkəsin monitorinqini aparan ATƏT pilotsuz təyyarəsinə “Buk” zenit-raket kompleksindən atəş açıb. Təyyarənin vurulduğu, raketin qalıqlarının Makeyevka ətrafına düşdüyü bildirilir. Kiyev bu məlumatı şərh etmir. Donetsk vilayəti ətrafında yanvarın 29-dan başlayan şiddətli döyüşlər zamanı rusiyameylli separatçılar və Ukrayna ordusu ciddi itkilər verir.
İraqda İŞİD-in səhra komandiri məhv edilib
İraqda İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Əbu Səyyaf ləqəbli səhra komandiri terrorçuların törətdiyi kütləvi qırğınların təşkilatçısı kimi tanınıb, silahlıların yaydıqları videogörüntülərdə yer alıb.
Polşalı deputat Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Polşa Seyminin deputatı, hakim partiya Hüquq və Ədalət Partiyasının üzvü Alisiya Kaçorovska Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
Alisiya Kaçorovskanın bununla bağlı yaydığı bəyanatda deyilir:
“2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən toqquşma bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin donmuş münaqişə olmadığını sübüt etdi. Bu fakta dayanaraq Polşa və ümumilikdə Avropa İttifaqı bu münaqişənin həllinə öz dəstəyini əsirgəməməlidir. Bu səbəblə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanıyaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi kimi mövcud "status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən 7 rayonunun işğaldan azad edilməsinin uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu vurğulayaraq, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərəq, mən, Alisiya Kaczorovska bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm”. (APA)
Daha çox məqalə...
Altbölüm
20 -dən səhifə 30