ABŞ-ın seçilmiş prezidenti Donald Tramp şəxsi “Twitter” mikrobloqunda bildirib ki, yalnız axmaq adam Rusiya ilə yaxşı münasibət istəməz. Onun sözlərinə görə, Rusiya ilə ABŞ münasibətlərini qaydasına qoysalar, yaxşı olar.
Virtualaz.org xəbər verir ki. Tramp mikrobloqunda yazır: “Rusiya ilə yaxşı münasibətlərdə olmaq yaxşıdır, pis deyil. Yalnız “axmaq” adamlar fikirləşə bilər ki. bu pisdir. Bizim bu problemsiz də başqa problemlərimiz kifayət qədərdir. Mən prezident olandan sonra Rusiya bizə indikindən daha yaxşı münasibət bəsləyəcək. Və iki ölkə bir yerdə çalışacaq ki, dünyanın problemlərini həll etsinlər”.
Prezident seçildikdən sonra bu, Donald Trampın Rusiyaya münasibətdə davranışı ilə bağlı ən dolğun mesajıdır.