Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi paytaxt Ər Riyadın şimalında keçirilmiş xüsusi əməliyyat zamanı iki terrorçunun məhv edilməsi barədə məlumat yayıb.
"Arab News" xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi əməliyyat ölkədə yeni terror aktı hazırlığının qarşısını alıb.
Şübhəli şəxslər patrul avtomobilindən gizlənmək istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələniblər.
Öldürülənlərdən birinini şəxsiyyəti müəyyən edilib. Belə ki, o, 2015-ci ildə xüsusi təyinatlı dəstənin məscidə hücumunda iştirakla əlaqədar axtarışda idi. Bu hücumda doqquz nəfər şübhəli bilinir.