AXTAR

Tramp: “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub”

Tramp1

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya  münaqişəsinə müdaxilə etməsini mənfi  qiymətləndirib.

APA-nın məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.

D. Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.  

D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

Oxşar məqalələr