İstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb.
APA-nın “Milliyət”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Bina daha əvvəl boşaldıldığından orada insan yaşamır. Ölən və yaralananların hadisə zamanı binanın yanından keçənlər olduğu ehtimal edilir.
Ölənlərdən birinin uşaq olduğu bildirilir.