AXTAR

2016-cı il 1880-ci ildən bəri ən isti il olub

isti 2016

 

Ümumdünya meteoroloji təşkilatın (ÜMT) ekspertləri ötən ili son 150 illik dövrün ən isti ili kimi xarakterizə ediblər.
Yer planetinin orta qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,2˚C və 1961-1990-cı illərdə qlobal iqtisadiyyatın təntənəsi dövründən 0,88 °C yüksək olub.
Bundan əvvəl ÜMT təqvim ilinin sona çatması ilə əlaqədar BMT-nin iqlim dəyişiklikləri üzrə (COP-22) Mərakeşdə keçirilən konfransında ilkin bəyanatını vermişdi. Konfransda alimlər, diplomatlar və məmurlar iqlim üzrə 2015-ci ildə qəbul edilmiş Paris sazişinin yerinə yetirilməsi planını müzakirə ediblər. Son illər parniklərdən karbon qazının atmosferə buraxılmasının azalmasını mütəxəssilər məhz beynəlxalq və dövlət səviyyəsində görülən tədbirlərlə bağlayırlar. Lakin ABŞ seçilmiş prezidenti bu razılaşmanı bəyənmir.
Donald Trampın şübhələri və onun qəbul etməyə qabil olduğu qərarlar (ABŞ-ın Paris razılaşmasından çıxmasına qədər) alimlərdə əsəbilik yaradır.

Oxşar məqalələr