Ermənistana daha bir beynəlxalq siyasi qapaz vuruldu

Təəssüf ki, işğalçıda bu olayı anlayacaq səviyyədə ləyaqət olmur

 

avroparlament

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, beynəlxalq hüquq və normaları pozması zaman-zaman dəfələrlə bu dövlətin rəsmilərinin diqqətinə çatdırılıb, izah olunub və təvavüzdən əl çəkməsi tövsiyə edilib. İndi bu cür sənədlərin sayı o qədərdir ki, buna yalnız siyasi korazehinlər və ya psixoloji problemi olan siyasi hakimiyyətlər biganə qala bilərlər. Sonuncu belə bir hücum Avropa parlamentindən gəlib və hadislərin indiki durumu çərçivəsində buna yalnız “siyasi qapaz” adı vermək olar.
Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamenti (AP) Ermənistanın işğalçı siyasətinə qarşı dünən daha bir qərar qəbul edib. Belə ki, qurumun Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar.
Bəyanatın önəmli məziyyəti odur ki, onda Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.
“Keçən il yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Prinsip etibarı ilə biz ”Şərq Tərəfdaşlığı”ndakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub.
Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolizə edə bilər.
Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir” - sənəddə deyilir.
“Musavat” qəzetinin analitik qrupu bu faktı şərh edərək yazır: “Bu, ilk belə faktdır ki, Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, həmçinin Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri müştərək bəyanat qəbul edirlər - həm də Ermənistana, onun işğalçılıq siyasətinə qarşı. Hərçənd Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini zaman-zaman ortaya qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə edib”.
Təbii ki, bu işdə Azərbaycan diplomatıyasının səmərəli fəaliyyəti böyük rol oynayıb və Bakının diplomatik muğuru sayılır. Bundan əvvəl, bu ilin martında Azərbaycan ərazisində yaradılmış qondarma qurumun “prezident seçkilərinə” də Avroparlamentdən sərt təpki gəlmişdi. Bununla da Ermənistanın işğalçılıq siyasətinin tam iflasa uğraması real faktlarla təsbit olunub. İndi bunun praktikada özünü göstərməsi gözləniləndir. Lakin hələ də işğalçının əvəzinə meydanda olanların hesabına praktiki hərəkətlilik gecikir.
Ermənistanın özündə də Avropa Parlamentinin qərarı ciddi təşviş yaradıb. Erməni analitik Karen Bekaryan özünün sosial şəbəkə səhifəsində yazıb ki, Ermənistanın xarici siyasətinin Avropa istiqamətində və parlament diplomatiyasındakı uğursuzluğu Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçilərinin birgə bəyanatı ilə qeyd edilib: “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini və 2009-cu ildəki əsas prinsiplərini dəstəklədiyimizi bir daha təsdiqləyirik.
Bu vasitəçiliyin uğur qazanması üçün Ermənistan və Azərbaycan hakimiyyətini münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh yolu ilə həllinə dair danışıqlardakı öhdəliklərini vicdanla yerinə yetirməyə çağırırıq”.
Bekaryan yazır ki, bu sənəd çox ağır bir təəssüratdır və ortaya çoxlu suallar çıxarır, əksəriyyətimiz bunun cavabını kimdən soruşacağımızı belə bilmirik və bu səbəbdən iztirabla deyirik: “Ermənistanda xarici siyasətə cavabdeh insanlar yoxdur”.
Yeni sənəd özündə ən çox iki istiqaməti ehtiva edir. Birincisi, Dağlıq Qarabağdakı qondarma erməni qurumin mart ayında keçirdiyi “seçkilər” və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə daha sonra Şuşada təşkil edilmiş inauqurasiya şousunun saxta olması təsdiq edilir. İkincisi isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün silah əl atması variantının güclənməsinə rəsmi stimul verir. Çünki, bu kimi qərarlar beynəlxalq hüququn ayrılmaz tərkib hissəsi kimi çıxış edir və dövlətlərin fəaliyyəti üçün əsaslar yaradır. Sabah Azərbaycan Ordusu hücuma keçərsə, bu kimi sənədləri əsas səbəb kimi ortaya qoya bilər. Başqa sözlə, Avropa Parlamentinin qəbul etdiyi qərarın sətiraltı mənası Azərbaycanın güc variantından istifadəyə açıq ifadə olunmayan icazə sayılmalıdır.
Bununla da Azərbaycanın haqq işinin siyasi qanadı xeyli dərəcədə güclənib. Biz torpaqlarımızın azadlıq gününü bir qədər də yaxınlaşdırılmış hesab edə bilərik.
N.NOVRUZ

 

Sahil Babayev xalqa müharibə elan edib və DTX-ya kələk gəlir

sahil

 

Sahil Babayev hər yerdə olkənin birinci xanımının adini hallandırmaqla (Əslində Sahil Babayevin kimin kadri olduğunu, Xaç atasınınn onu hansi yollarla hakimiyyətin içinə və hansı niyyətlə saldığı haqda ayrıca yazımız olacaq) xalqı hakimiyyətdən və kölgəsinə sığındığı ölkənin birinci ailəsindən incik salmaqla məşğuldur.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının ona verdiyi vəzifə və səlahiyyətlərdən sui-istifadə edərək birdən-birə varlanma yolunu seçdi. Onun qılıncdan iti tamahı və varlanma tələskənliyi xalqın hakimiyyətdən narazılığına səbəb olur. Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində formalaşdırmağa çalışdığı idarəetmə modeli rüşvətin və korrupsiyanın əhatəsini, həcmini və sxemini hakimiyyət dairələrindən gizlətməyə hesablanıb. O, xalqa xidmət etmək və əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə xalqa müharibə elan edib. Onun Nazirliyə topladığı jurnalist briqadası düşmən üzərinə hücum çəkən döyüşçü məntiqi ilə Azərbaycan xalqını hədəf seçib. Öz sosial problemlərini dilə gətirən və nazirliyin fəaliyyətindən narazı qalan vətəndaşlara həmin jurnalist dəstəsi tərəfindən hücüm edilir. Sahil Babayev və adamları tərəfindən xalq həmişə təhqir olunur. O ali təhsilli insanlara süpürgəçilik peşəsi üzrə iş təklif edir və bunu qəbul etməyən vətəndaşları kobud ifadələrlə təhqir və ittiham edir. Dünyanın heç bir ölkəsində Sahil Babayevin məntiqsizliyi ilə işləyən dövlət məmuru yoxdur. O, hər yerdə olkənin birinci xanımının adini hallandırmaqla xalqı hakimiyyətdən və kölgəsinə sığındığı ölkənin birinci ailəsindən incik salmaqla məşğuldur. O yalnız özünə qazanc gətirən sosial paketlərin icrasında maraqlıdır. Şəhid ailələrinə verilən 11000 manatlıq birdəfəlik siğorta ödənişi zamanı və koronavirus pandemiyası ilə bağlı karantin dövründə işsiz vətəndaşlara verilən 190 manatlıq müddətli müavinatla bağlı ortaya qoyduğu mövqe bunun bariz nümunəsidir. Sahil Babayevin bu qəbildən çox sayda uğursuzluqlarını və fəaliyyətsizliklərini misal göstərmək olar. Halbuki bu cür sosial layihələrdən düzgün istifadə edilsəydi, hakimiyyət lehinə təbliğat predmetinə çevrilərdi. Lakin, bu nazirin maraqlarını qarşılamadığı üçün həmin sosial paketlər dövlətin əleyhinə təbliğat vasitəsinə çevrildi.

Hesab edin ki, nazir xəstə heyvanların əhaliyə verilməsinə müsbət, şəhid ailələrinə verilən nəğd vəsaitlərə isə mənfi münasibət bildirir. Lakin, hər iki sosial paketin qeyri-peşəkar icrası xalqda hakimiyyətə qarşı inamsızlıq yaratdı. Bütün hallarda Sahil Babayevin qeyri-peşəkar fəaliyyəti insanları yoxsullaşdırır və xalqın dövlətdən narazılığını artırır. Hansı kanalı açırsan, Talıblı, Omanqızı, Nəcməddinqızı və sairlər danışır… Ancaq yalan danışırlar! Nazirlik sosial şəbəkələrdə xalqla çəkişir. Nazir xalqa verəcəyi sosial ödənişlərdən danışmaq yerinə sevinclə bu ödənişi ala bilməyənlərin əhatəsini sadalayır. Dediyindən anlaşılır ki, dövlətin vermək istədiyi ödəniş heç kimə düşmür. Ancaq korrupsiya hallarının yüksək olduğu sosial layihələri isə sevinclə və həvəslə sadalayır. Məsələn özünəməşğulluq proqramını, mənzil təminatı məsələsini, inzibati binaların tikilməsini və avadanlıqların alınmasını buna misal göstərmək olar. Ona görə ki, bu layihələrdən milyonlar çırpışdırılır. Passiv sosial layihələrdən isə qazanc əldə edə bilmir. Ona görə də, Sahil Babayev xalqın sosial durumuna özünün biznes marağından baxır. O, həmişə yuxarıda sadalanan gəlirli proqramların genişləndirilməsinə çalışır.

Bu gün onun sərəncamında İşsizlikdən Siğorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun yüz milyonlarla ölçülən büdcəsi durur. O bu vəsaiti öz şəxsi maraqları üçün istifadə edir. Növbəti yazılarımızda satınalmalar üzrə nazirliyin korrupsiyalaşan fəaliyyətindən söz ediləcək. Ancaq bu yazıda nazirin uğursuz kadr siyasəti və yalanlarla qurulan kariyerası əhatə olunacaq.

Elchi.az-a daxil olan məlumata görə, İqtisadiyyat Naziri Mikayıl Cabbarov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu cür korrupsiyalaşan fəaliyyətinə qarşı çıxdığı haqda müxtəlif fikirlər səslənir. Hətta bildirilir ki, Sahil Babayevin özünəməşğulluq tenderinin qalibi olan şirkətinin hesabı nazir Mikayıl Cabbarov tərəfindən nəzarətdə saxlanılır. Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, Sahil Babayevin qaynatasının sağlamlığında ciddi problem yaranıb və o bu səbəbdən infakt keçirərək dünyasını dəyişib. Həmin şirkəti Sahil Babayevin qaynatası vəfat edənə qədər özü idarə edib və hazırda Eyyub adlı şəxs tərəfindən idarə olunur. Onlar Qarabağ kanalı sahillərində icarəyə götürdükləri fermada ucuz qiymətə aldıqları iri buynuzlu 8-10 qarın doğan passiv və yararsız heyvanları bir neçə ay kökəldərək vətəndaşlara aktiv olaraq verirlər. Bərdə rayonunda əhali Sahil Babayev haqqında tük ürpərdən faktlar və iddialar irəli sürür. Onun həm özünün (Dusya Minasyan – bu adın və Azərbaycanda yaşayan və vəzifələrə çəkilən erməni kökənli digər məmurların erməni qohumlarının Sahil Babayevin atasi Rafiq Babayev tərəfindən milliləşdirildiyi haqda başqa yazıda söz açacağıq), həm də həyat yoldaşının anasının erməni əsilli olduğu bildirilir. Xalq erməni əsilli birinin erməni vandallarının şəhid etdiyi və yaraladığı şəxslərin ailələrinə xidmət edən bir quruma rəhbər təyin olunmasını yaxşı qarşılamır. Ona görə də, heç bir azərbaycanlı bu erməni balasının sürətlə inkişaf edən kariyerasını qəbul etmir. Ermənistanda bir nəfərdə olsun Azərbaycan əsilli şəxs yüksək vəzifə tutmur. Sahil Babayevin də, bu cür strateji quruma rəhbərlik etməsi müsbət hal deyil. Prezidentə bu təqdimatla bağlı yalan məlumat verənlər mütləq cəzalandırılmalıdır.

Sahil Babayev öz çulunu sudan çıxarmaq üçün bir sıra hakimiyyət nümayəndəsinin fəaliyyətinə kölgə salır. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin peşəkar fəaliyyəti Azərbaycan xalqı tərəfindən təqdir olunur. O DTX-nin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Mübariz Mustafayevin həbsinə başqa don geyindirməsi və onu güya işində yol verdiyi nöqsanlara görə daha əvvəl işdən azad etməsi xəbəri əhali arasında gülünc doğurdu. O bu yolla DTX-nın peşəkarlığına kölgə salmağa çalışdı. Hər halda DTX həbs etdiyi şəxsin kimliyini və əməlindəki qanun pozuntularını yaxşı bilir. Bilməsəydi bu qədər peşəkar əməliyyatlar həyata keçirilə bilməzdi. Nazir Sahil Babayev Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Mübariz Mustafayev haqqında işdən çıxma əmrini geri tarixə 24 aprel 2020-ci tarixə verib. Dövlət qulluğu haqqında qanunun 33.1.1. maddəsi ilə öz arzusu ilə işinə xitam verilməsi hüquqi qüvvəyə minib. Lakin, Sahil Babayev DTX-ya kələk gəlməkdən çəkinmir. Narahat edici məqam odur ki, Sahil Babayev xalqı incidir və vətandaşları dövlət başçısından narazı salır. Eyni zamanda o yalanlarla hakimiyyət dairələrindən çaşqınlıq yaradır. Atalar demişkən yalan ayaq tutar ancaq yeriməz. İnanırıq ki, onun bu yalanları ayaq tutsada yeriməyəcək.

Elchi.az

Erməni faciəsi və ya baş nazir fiaskosu

“Nikol Paşinyan adi yalançı və gopçudan külli-hakimiyyətə malik yalançı və gopçuya çevrilib”

 

paşagopşu

Ermənistanın baş naziri “aşağı tüpürür saqqala düşür, yuxarı tüpürür bığa dəyir, düz tüpürməyə də qabiliyyəti çatmır”. Nikol Paşinyanın öz fikri yoxdur, ağalarından aldığı fikirlər də iş yaramır. Belə ki, özünün inqilabçılığını sübuta yetirmək üçün keçmiş prezident Robert Köçəryanı həbsə atdırması ona baha başa gəlir. Belə ki, bu günlər baş nazirə zərbə zərbənin dalınca dəyir. Avropa İnsan haqları məhkəməsi Köçəryanın şikayətinə əsasən onun həbsini hüquqi cəhətdən dəyərləndirib və cavab verib ki, onun haqqında ittiham hadisədən sonra dəyişdirilmiş Cinayət Məcəlləsi üzrə daha sərt maddə ilə əlaqəlidir, bu isə yolverilməzdir. Koçaryan özü isə günahsız olduöğunu bildirir və siyasi təqibə məruz qaldığını hesab edir. Mahiyyət etibarı ilə məhkəmə onun tərəfini saxlayıb. Bu isə işdə maraqlı dönüşə gətirib çıxarıb.
Belə çıxır ki, Ermənistanda yeni doğulmuş hesab edilən yeni hakimiyyətdə əvvəlki Serj Sarkisyan hökumətindən qalıma kifayət qədər düşüncə var. Başqa sözlə, Nikol ətrafındakıları gic yerinə qoyaraq hamını aldadıb. Ramella Mnasakyan adlı erməni yazar qələmə aldığı məqaləsində bəyan edir ki, yox, onun yalanları haqda hələ jurnalislik fəaliyyəti göstərdiyi dövrdən tanışıdırlar, lakin düşünürmüşlər ki, yəqin, o dəyişilib: “Bəli, yeri gəlmişkən, dəyişilib. Ancaq başqa tərəfə. O adi yalançı və gopçudan külli hakimiyyətə mnalik yalançı və gopçuya çevrilib. Bunlar tam fəqrqli məsələlərdir. İkincisi, bu vəziyyət təkcə Nikolun yaxın ətrafı üçün deyil, bütün Ermənistan, onun hər bir vətəndaşı üçün təhlükəlidir. Xırda yalanlara adətgərdə olanlar böyük yalanları da asanlıqla danışır. Cəmiyyət indi buna şahidlik edir. Axı, Nikol Köçəryanın işinin siyasi olmadığını yalandan demişdı. Onun yalanını artıq yerli siyasətçilər və ekspertlər deyil, AİHM özü sübut etdi”.
Müəllif qeyd edir ki, bu, demokratik Qərb üçün açıq bir siqnaldır. Paşinyanın Serj Sarkisyandan daha avtoritar şəkildə ölkəni əli altında idarə etmək istədiyini artıq hamı görür. Məhkəmələrin qarşısını almaq üçün etdiyi çağırışları dünya eşidir, bütün məhkəmə sisteminə təcavüz etmək üçün atdığı addımları görür və indi ölkəmizdə hakimiyyətin siyasi əleyhdarlarına təzyiq göstərmək üçün qanunların qəbul edildiyini anlayırlar. Bütün bunlar Qərbin Paşinyanı əlisıxılmaz adam hesab etməsi üçün kifayətdir. Bu da inqilabın əsas uğurlarından birinin məhv etməkdir”.
Məsələ burasındadır ki, ermənilər çox “inqilab, inqilab” deyirdilər. Amma indi görünür ki, “oxları daşa dəyib”. “İnqilab” demək nə qədər asandırsa, həqiqətən cəmiyyətdə inqilabi dəyişikliklər etmək bir o qədər çətindir. Nikol Paşinyan erməni cəmiyyətini dəyişməyə nail olub, amma bu inqilab yox, avantüra olub. İndi əhali bunun altını çəkir. Axı, köhnə cinayətkar rejimdən bu rejimi fərqləndirən nədir? Cavab birmənalıdır: heç nə! Buna görə “itini də, ipini də itirən” ermənilər indi “başsız atlı” kimi o yana bu yana çapırlar. R.Mnasakyan yana-yana deyir ki, bizə xəbərdarlıq edildi, deyildi ki, Nikolun keçmişini unutmayın (bizim rolu dildə, “bu işləyən zibil deyil” deyərlər), amma qulaq asmadıq. Düşündük ki, vətəndaş nəzarəti yeni hakimiyyəti cızığından çıxmağa qoymaz. Təəssüf ki, biz hamımız yanıldıq, səhv etdik, buna görə də çıxılmaz vəziyyətə düşmüşük.
“Bu səhv bizim hamımıza baha başa gəlir. Ermənistanı real inkişaf edən dövlətə çevirmək əvəzinə, Nikol mənasızlıqların, axmaqlıqların, yalanların tirajlanması ilə məşğuldur. Üstəlik, o, onu tənqid edən hər kəsi dövlətin düşməni elıan etməyə hazırdır. Ondan əla neobolşevik alınıb. Kim Paşinyanla deyilsə, o, Ermənistanın əleyhinədir! Nikol etiraf etmək istəməsə də indi bütün Ermənistan onun əleyhinədir. Yenə o, özünün qüsursuzluğuna inanır”.
İş burasındadır ki, Nikol Paşinyan özünü bilməməzliyə vursa da həqiqətdə nələrin baş verdiyini anlayır. Ekspertlərin fikrincə, hakimiyyətdən gözlənilmədən gedəcəyi fikri onun düşüncəsinə hakim olduğundan, nə qədər ki, əlində imkan var, oğurlamağa, sərvət yığmağa çalışır. Acınacaqlı fakt odur ki, indi onunla birgə küçələrdə mitinq edənlər də ölkədə korrupsiyanın gündən-günə çiçəkləndiyini bəyan edirlər. Bütün bunların başında isə Nikol durur. Ona görə ki, kütlə ona mütləq hakimiyyət bəxş etmişdi. O da bu hakimiyyətdən ölkənin rifahı naminə istifadə etmək əvəzinə şəxsi mənafeyini güdməyə başalyıb. Nəticədə Ermənistan başı üzərində duran şeytana çevrilib.
Diqqəti cəlb edən odur ki, bu gün Ermənistanda siyasətdən və hökumətdən başı çıxan da, çıxmayan da hakimiyyəti tənqid edir. Amma irəli durub ağıllı bir yol göstərən yoxdur. Hamı ikinci və üçüncü prezidentləri, inqilabçı baş naziri kəskin tənqid edir, amma bir ağıllı tapılmır desin ki, ay ermənilər, bizim bəlamız təfəkürümüzün işğalçılıq virusuna yoluxmasındadır. Bir baxın, Azərbaycan və Gürcüstan necə əl-ələ verib necə inkişaf edir. Amma biz bayquş kimi kənarda qalmışıq. Səbəb budur və bunu görməyincə ermənilərin günü beləcə ah-vayla keçəcək.
N.NOVRUZ

Birləşmiş Ştatlarda jurnalistlər ikiqat təzyiqə məruz qalırlar : onları polis də döyür, nümayişçilər də

Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində polis silahsız qaradərili vətəndaş Con Floydu həbs edərkən kobud davranaraq həmin şəxsi öldürüb. Bu səbəbdən əvvəl həmin şəhərdə, daha sonra isə bütün ölkədə etiraz mitinqləri başlayıb. Aksiyanı işıqlandıran media nümayəndələri baş verən hadisələr fonunda ciddi təzyiqlərə məruz qalıb, mənəvi və fiziki zədələr alıblar. Onların peşə fəaliyyətinə polislər və nümayişçilər tərəfindən əsassız müdaxilələr baş verib. Bu haqda “Sərhədsiz reportyorlar” təşkilatının yaydığı bəyanatda bildirilir.
Bir neçə gün ərzində etirazları işıqlandıran jurnalistlərə qarşı polis və nümayişçilər tərəfindən ən az 68 hücum hadisəsi qeydə alınıb. İnformasiya işçilərinə rezin güllələr və bibər qazı balonları atılıb, gözyaşardıcı qaz püskürdülüb. Jurnalistlər açıq şəkildə döyülüb, təhdid edilib, qorxudulub və sadəcə peşə vəzifələrini yerinə yetirdikləri zaman nəqliyyat vasitələri viran edilib.
Bəyanatda deyilir ki, Donald Trumpın illərdir media bəslədiyi demonizasiya (düşmən münasibət-red.) indi öz bəhrəsini verməkdədir: həm polis, həm də nümayişçilər jurnalistlərə hücum edir, birincisi həbslərlə, ikincisi şiddətlə. SR mediaya bu açıq düşmənçiliyi ABŞ-da jurnalistlərə qarşı misli görünməmiş zorakılıq hadisəsi adlandırır.
Jurnalistlərə qarşı törədilən zorakılığın əsas fəsadları :
Minneapolisdə polisin atdığı rezin güllədən müstəqil jurnalist Linda Tirado bir gözünü ömürlük itirib.
Pitsburqda jurnalist qadın İen Smit Twitter səhifəsində yazıb: “Şəhərin mərkəzində etirazçılar mənə hücum edib döydülər, kameramı sındırdılar. Etirazçıların başqa bir qrupu məni qəzəblənmiş kütlənin əlindən qurtardı. Sağ qalsam da, tamam qan içindəyəm”.
Finiksdə CBS-in reportyoru Brian Uitni birbaşa yayımda hücuma məruz qalıb, belə ki, etirazçılar ona hücum edərək mikrofonu əlindən almaq istəyiblər.
Vaşinqtonda Fox News-un reportyoru Leland Vittert və komandası Ağ Evin qarşısında polisin atdığı güllələr və etirazçıların hücumlarına tuş gəliblər
“Sərhədsiz reportyorlar” ABŞ hakimiyyətini mətbuat azadlığının təməl prinsiplərini qorumağa, jurnalistlərin həbsinə moratorium qoymağa, jurnalistlərin həm polislərdən, həm də hümayişçilərin hücumlarından qorumaq üçün pilislərin təlimatlandırılmasına çağırıb.

İKSmedia.az

 

 

Fransa parlamentindən mətbuat azadlığına hücum

france polis zorakılığı

İKSmedia.az saytı Sərhədsiz reportyorlar təşkilatının saytına istinadən xəbər verir ki, mayın 26-da Fransa Milli Məclisinin bir qrup respublikaçı deputatı Eric Ciottinin başçılığı ilə polislərin “müdafiəsi” üçün yeni qanun layihəsi hazırlayıb. Məqsəd polisləri “təhdidlərdən, hücumlardan və döyülməkdən” qorumaqdır. Layihənin mətni ondan ibarətdir ki, jurnalistlər birbaşa yayım zamanı küçədə kadrlara düşən polislərin görüntülərini görünməz etməlidirlər. “Sərhədsiz reportyorlar” (RSF) təşkilatının fikrincə, bu qanun qəbul edilərsə, ölkədə mətbuat azadlığına böyük zərbə vurulacaq, çünki polis haqda məlumatların ictimaiyyətə çatdırılmasının məhdudlaşdırılmasına birbaşa təsir edəcək. Bu səbəbdən təşkilat respublikaçıların təqdim etdikləri layihənin gündəliyə salınmamasını və müvafiq komissiyada müzakirəyə çıxarılmamasını parlamentdən xahiş edib.
Vətəndaşların məlumat almaq hüququ jurnalistlərdən polisin davranışları barədə məlumat toplamağı və yaymağı tələb edir. Təqdim edilən yeni prosedurda isə jurnalistlərin polis qüvvələrinin fəaliyyət göstərdiyi, cəmiyyət üçün birbaşa maraq doğuran hadisələrin canlı yayımlanamasına mane olacaq.
Bundan başqa, canlı yayımlanan görüntülərdə, xüsusən də çoxsaylı görüntü elementlərinin hərəkəti zamanı videoda onların görünməz edilməsi texniki cəhətdən çox mürəkkəbdir, əksər hallarda isə mümkün deyil. Buna görə medianın polisin üzünü açıq göstərən canlı reportajlar hazırlaması çox çətindir və cəmiyyəti polisin iştirakı ilə baş verən hadisələr barədə mümkün qədər birbaşa məlumatlandırmaq, qanun qəbul edilərsə, böyük problemə çevriləcək.
“Sarı gödəkçəlilər” hərəkatının və pensiya islahatlarına qarşı çıxanların nümayişlərindən sonra Fransada polisə inamsızlıq hissi artıb. “Sərhədsiz reportyorlar” 13 jurnalistlə birlikdə, 2019-cu ilin dekabrında “sarı gödəkçəlilər” nümayişlərində polis zorakılığını təhqiq etmək üçün şikayət edib. Həmin nümayişlərdə polis həddini aşaraq jurnalistlərə təzyiq göstərməkdən çəkinməmişdi.
“Mediapart”ın jurnalisti ötən ilin martında Niss şəhərində aktivist Leqay Çenevyevanın polis zorakılığına məruz qalması faktını işəqlandırdığına görə peşə sirrinin açılmasında günahlandırılaraq noyabrın 23-də Milli polisin baş təhqiqat idarəsinə çağırılmışdı.
“SR” təşkilatının hüquq meneceri Pol Koppin sözlərinə görə, layihə qəbul edilərsə, bu, Fransada mətbuat azadlığına böyük zərbə vuracaq. “Bu sui-istifadəyə son qoymaq üçün jurnalistlərin azadlığını məhdudlaşdırmaq yox, polisin davranış qaydalarını dəyişmək və onların hazırlıqlarını yüksəltmək gərəkdir”-deyə, Koppin bildirir.
Fransadakı hazırkı hüquqi baza polisə ictimai yerlərdə onun lentə alınmasına və ya fotoşəklinin çəkilməsinə mane olmağa imkan vermir. Onlar jurnalistlərdən və foroqraflardan şəkillərinin silinməsini, yaxud simalarının görüntüsüz verilməsini tələb edə bilməzlər. Əgər polislər xidməti araşdırmada, terrorla mübarizədə və əkskəşfiyyat fəaliyyətində deyillərsə, üzlərinin gizlədilməsini tələb edə bilməzlər.
SR bildirir ki, bu struktur dəyişilməz qalmalıdır. Buna görə də jurnalistlərin hüquqlarını məhdudlaşdıran yeni layihə, ümumiyyətlə, müzakirəyə təqdim edilməməlidir. Qeyd etmək yerinə düşçər ki, mətbuat azadlığına görə, insan hüquqlarının “vətəni” sayılan Fransa SR-ın 2020-ci il hesabatında dünyada 34-cü yerdədir
İKSmedia.az

38 -dən səhifə 135

Oxşar məqalələr