Sumqayıtda zavodda partlayış - 3 yaralı var

zaaaaaaa1

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.“İksmedia az” “Report”a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.

Şeyxin oğlu vəzifəsindən azad edildi

seyx1

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.“İksmedia az” Manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub.Onunla bağlı qərar bir neçə gün əvvəl verilib.Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğludur.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “Trend”ə bildirilib ki, Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb: “Proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib”

Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama

akopyan pashinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanla vətəndaş nikahının başa çatmasına münasibət bildirib. 

“İksmedia az" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, özünün feysbuk səhifəsində paylaşım edən Baş nazir Akopyanın qərarına hörmətlə yanaşdığını qeyd edib.

“Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənim dayağım və dəstəyim olub. Mənim onun üçün eyni şeyi etdiyimə əmin deyiləm. Ola bilsin ki, mən ona daha çox kədər bəxş etmişəm, bunun üçün üzr istəyirəm”, - Paşinyanın paylaşımında deyilir. 

Daha əvvəl isə Anna Akopyan yenidən sosial şəbəkə hesabında paylaşım edərək Paşinyanla nikahlarının başa çatdığını və bu gün hökumət iqamətgahını tərk edəcəyini deyib. O əlavə edib ki, mövzu ilə bağlı daha əvvəlki postu anlaşılmazlıq yaradıb. Belə ki, Akopyan vətəndaş nikahının başa çatdığını bildirərkən çoxu bunu rəsmi nikaha daxil olma kimi qələmə verib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Nikol Paşinyanın Anna Akopyanla vətəndaş nikahı başa çatıb. Bu barədə paylaşım edən Akopyan hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş etmişdi. Yerli mətbuat 1990-cı illərin sonundan münasibətdə olan cütlüyün rəsmi nikaha girdiyini yazmışdı. 

AMEA-nın Rəyasət Heyəti ləğv edilir

amea

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.

“iksmedia az”  Sfera.az-a istinadən xəbər verir ki, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır.

Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir.

Hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır.

Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.

Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır.

Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

memurr

Mənimsəmə və vəzifə cinayətlərində ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib Aynaxanım Babayevanın cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi məlum olub."İksmedia az" Qafqazinfo”-ya istinadla  əldə etdiyi məlumata görə, onlar istintaq müddətində dövlət büdcəsindən taladıqları 244.152,95 manat pulu geri qaytarıblar.Bu səbəbdən hər iki şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəfin məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunması barədə verdiyi məlumat elan edilib.

Daha sonra hökm elan olunaraq Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.

Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına mükafat adı ilə əlavə pullar köçürüb, sonradan 175 365 manatını nağdlaşdıraraq mənimsəyiblər.

Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

1 -dən səhifə 29

Oxşar məqalələr