“Rus agentlərinin ifşası davam etməlidir” - Deputatdan ÇAĞIRIŞ

f3961b7eb31f6cb28f0fbf99d0e4a4b1

İksmedia az.Musavat.com-a istinadla xəbər verir ki, “Üç sual, üç cavab” layihəsinin suallarını Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə cavablandıraraq, Azərbaycana olan hibrid hücumlardan danışıb.

- Asim müəllim, bu kampaniyanın arxasında Rusiyanın dayandığı deyilir. Sizcə başqa mərkəzlərin də işi ola bilərmi?

- Rusiyanın yaxın müttəfiqi İran da bu çirkin kampaniyada iştirak edə bilər. Amma “təbliğat maşını” həmişə Rusiyadan maliyyələşib. Rusiya iftira kampaniyasını həyata keçirməklə öz imkanlarını artırmaq və ölkələri özünün təsiri altına salmaq istəyir. Düzdür, Rusiya postsovet məkanında təsir gücünü artıra bilmir. Amma bu niyyətindən də əl çəkmir. Çünki imperiya təfəkkürü hamını əzib idarə etmək istəyindən qaynaqlanır.

- Bu hücumların tam zərərsizləşdirilməsi və ifşası üçün “KQB” arxivlərinin açılması təklif olunur. Siz bunun tərəfdarısınızmı?

- Azərbaycan hüquq-mühafizə orqanları öz işini yüksək səviyyədə görür. Sadəcə, Rusiyanın agentura şəbəkəsinin və digər ölkələrə xidmət edənlərin ifşası davam etdirilməlidir. Azərbaycana böhtan atanların hansı qüvvələrə nökərçilik etdiyi üzə çıxarılmalıdır. Yəni bu istiqamətdə addımların atılmasına zərurət var.

- Sizcə, Rusiya bu hücumlarla Azərbaycanı özünün siyasi orbitinə yaxınlaşdıra bilərmi?

- Söhbət heç siyasi orbitdən də getmir. Onlar hamıya hökmranlıq etmək istəyirlər. Azərbaycanı da özlərinin köləsi etmək arzusundadırlar. Yəni bunu bacarmırlar, amma istəkləri də qalır. Ümumiyyətlə, tək bizə qarşı deyil. Kiminə bomba atırlar, kiminə böhtan...
Ona görə də Rusiya agentura şəbəkəsindən istifadə edir. Onların Amerikada, Avropada agenturası var. Kreml öz pullarını vətəndaşlarına xərcləmir, agenturaya maliyyə ayırır. Bu da sovet təfəkkürdür.

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

gultekn

Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

“İksmedia az" Qafqazinfo”-ya istinadla  xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.

F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.

Qeyd edək ki, G.Hacıbəyli iki ay əvvəl Türkiyədə saxlanılmışdı.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.

Milli Məclisin Sədrinə ağır itki üz verdi

Milli Məclisin spikeri Sahibə Qafarovaya ağır itki üz verib.

İksmedia modern.az-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın qardaşı vəfat edib. Hadisə barədə detallı məlumat olmasa da, mərhumun Bakıda yaşadığı bildirilir.

Xatırladaq ki, Sahibə Qafarova 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.

Ceyhun Bayramov Əraqçi ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

İksmedia Metbuat az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Nazir bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.

Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

 

“Seçkiqabağı böyük müxalifət bloku formalaşdırmaq üçün imkan var”.

“İksmedia"  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan müxalifətinin nümayəndələri fundamental məsələlərdə oxşar yanaşmalardan istifadə edirlər.

“Bu o deməkdir ki, müxalifətin əməkdaşlığı, tezislərin sinxronlaşdırılması üçün ciddi imkan var. Bu, müstəsna bir vəziyyətdir. Bu vəziyyət optimizm yaradır - böyük seçkiqabağı blok formalaşdırmaq mümkündür”, - Koçaryan deyib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri bu il iyunun 7-si keçiriləcək.

 
 
 
 

 

 

1 -dən səhifə 5

Oxşar məqalələr