“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

İksmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə rəqib olub.

Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.

 

"Fənərbağça"nın qolkiperi ölkəsinə qayıdacaq

"Fənərbağça"nın icarə əsasında "Jirona" klubunda çıxış edən qapıçısı Dominik Livakoviç klubunu tərk edib.

İksmedia Oxu.Az-a istinadən xəbər verir ki, xorvat qapıçı öz ölkəsində çıxış edəcək.

 

O, mövsümün sonuna qədər "Dinamo Zaqreb" klubuna icarəyə veriləcək.

Məlumata görə, Xorvatiya klubu bu keçidə görə "Fənərbağça"ya 300 min avro ödəyib.

Fənərbağçanın qolkiperi ölkəsinə qayıdacaq

27 il əvvəl onların oyunçusu idi, bu gün “Qarabağ”ı çalışdırır

Rusiyanın “Baltika” klubu sosial şəbəkə hesablarında keçmiş futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğuru münasibətilə təbrik edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kalininqrad təmsilçisi Ağdam klubunun pley-offa yüksəlməsini xüsusi paylaşımla qeyd edib.

“Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bunun bizim klubla nə əlaqəsi var? Çünki Ağdam komandasına keçmiş “Baltika” oyunçusu məşqçilik edir!”, – deyə klubun rəsmi paylaşımında bildirilib.

Qeyd edək ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Qarabağ”ın pley-off mərhələsindəki ilk oyunu fevralın 17-i və ya 18-də baş tutacaq.

 
 

 

“Neftçi” yenə “Qarabağ”ı təbrik etmədi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə adlaması münasibətilə təbrik edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, 11 klubdan üçü isə bu təbrikə qoşulmayıb.

Ağdam təmsilçisini təbrik etməyənlər “Neftçi”, “Kəpəz” və “Karvan-Yevlax”dır.

Xüsusilə “Neftçi”nin Azərbaycan təmsilçisinin uğuruna biganə yanaşması müzakirələrə səbəb olub.

“Qarabağ” da öz növbəsində həmin klublara təşəkkürünü bildirib.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə düşərkən də “Qarabağ”ı təbrik etməmişdi. Bu da müzakirə yaratmışdı.

“Papaya de, oyunçu alsın...”

Ötən gün “Liverpul”la qarşılaşmada “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə azərbaycanlı azarkeş arasında maraqlı dialoq yaşanıb. 

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, həmin görüntülər sosial şəbəkədə yayılıb. 

Futbolçu azarkeşlərdən birinin zarafatla dediyi “papaya de, oyunçu alsın”, “Musa, başqana de, oyunçu alsın, pul xərcləsin” sözlərinə gülərək reaksiya verib. 

Qeyd edək ki, Musa Qurbanlı komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur. 

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxan “Qarabağ” “Liverpul”a 0:6 hesabı ilə məğlub olub. 22-ci pillədə qərarlaşan təmsilçimiz hazırda pley-off-da mübarizəsini davam etdirir.

 

 

“Qarabağ” 0:6 uduzsa da, bu qədər qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu nəticəyə görə 1 milyon avro (təxminən 2 milyon 35 min AZN) əldə edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, ağdamlılar “Liverpul”a 0:6 hesabı ilə uduzmasına baxmayaraq büdcəsini zənginləşdirə bilib. 

Qeyd edək ki, bundan öncə “Qarabağ” nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61,4 milyon manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb.

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“Qalatasaray” klubu “Fənərbaxça”nın keçmiş prezidenti Ali Koçla bağlı kəskin bəyanat yayıb.

"İksmedia" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi rəsmi sosial media hesabında “Fənərbaxça”nın keçmiş prezidenti Ali Koçu hədəf alan “Bu ölkənin idmanı səndən bezdi, Ali Koç!” başlıqlı yazı paylaşıb.

Klubun sözügedən reaksiyasına səbəb Ali Koçun “Qalatasaray”ın baş məşqçisi Okan Buruka qarşı təhdid dolu ifadələr işlətməsi iddiası olub.

Bəyanatda qeyd olunur ki, A. Koçun Okan Buruku təhdid etməsi sadəcə hüquqi müstəvidə cinayət deyil, həm də futbol sahəsindəki rəqabəti qaranlıq məcralara çəkmək cəhdidir. “Sarı-qırmızılılar” A. Koçu ailəsinin və sahib olduğu holdinqin gücündən istifadə edərək təhdidkar davranmaqda ittiham ediblər.

Bundesliqa klubuna keçən azərbaycanlı - "Xoşbəxt və qürurluyam"

 

Almaniyanın "Hamburq" klubuna keçən qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

İksmedia QOL.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi hədəflərinin böyük olduğunu deyib:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Qeyd edək ki, Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

“Qarabağ” azarkeşləri ilə də dünyanı heyrətlənləndirir

 

La Gambeta əsasən YouTube və sosial media üzərindən fəaliyyət göstərən məşhur idman / futbol məzmunli onlayn media platformasıdır.

İksmedia QOL.az-a istinadən xəbər verir ki, Meksikada fəaliyyət göstərən səhifənin İnstaqramda 1,4 milyon üzvü var.

UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ayntraxt” matçı (3:2) meksikalıların da marağını çəkib. Xüsusən azərbaycanlı azarkeşlər. Səhifə yazır:

“Qarabağ”  azarkeşlərindən işıq şousu!

“Qarabağ” azarkeşləri tribunalarda telefon işıqlarını yandıraraq “Freed From Desire” mahnısının sədaları altında möhtəşəm atmosfer yaratdılar.

“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu zamanı azarkeşlər unikal işıq şousu ilə hər kəsi heyrətləndirdi. Tribunalardakı fanatlar telefonların işıqlarını yuxarı-aşağı hərəkət etdirərək sanki musiqi şousundan çıxmış vizual atmosfer yaratdılar”.

Səhifə bunu həmçinin “Coldplay” adlı ingilis rok/pop qrupunun konsertləri ilə müqayisə edib. Qrup konsertlərində işıq, telefon fənərləri, rəngli biləkliklər ilə möhtəşəm şoular göstərir.

Göründüyü kimi, artıq “Qarabağ” dünyada nəticələləri ilə deyil, həm də fanatlarının diqqətçəkən addımları ilə də təəccübləndirir.

“Qarabağ” “Liverpul”a uduzsa - Növbəti mərhələyə necə çıxa bilər?

 photo_5442980533915816392_y.jpg

“Qarabağ” ötən gecə Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”a qalib gəlməklə turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı.

"İksmedia" “Qafqazinfo” portalınaistinadən xəbər verir ki, xallarının sayını 10-a çatdıran Qurban Qurbanovun komandası növbəti mərhələ şanslarını artırdı. Lakin son turda Ağdam təmsilçisi çətin “Liverpul” səfər oyununa yollanacaq. Komandamız növbəti mərhələyə adlamaq üçün ən azı 1 xal qazanmalıdır.

Heç-heçə belə əldə olunsa, Qurban Qurbanovun yetirmələri tarix yazaraq digər oyunların nəticəsindən asılı olmayaraq pley-off-a vəsiqə qazanacaq. Əgər qələbə olmazsa,  turnirdə mübarizə aparan “Brügge”, “Kopenhagen”, “Napoli”, “Olimpiakos”, “Atletik”, PSV, “Monako”, “Bayer”, “Marsel” kimi komandalardan ən azı 3-nün xal itirməsi lazım olacaq.

Top fərqi -2 olan “Qarabağ”ı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. “Brügge” ilə Marsel “Olimpik”inin bir-birini üstələməli olduğunu nəzərə alsaq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması ağdamlılar üçün kifayətdir.

“Barselona” evində uduzacaqsa, “Bayern” xalsız qalacaqsa, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısı məğlubiyyət alacaqsa, “Qarabağ” üçün ÇL-də mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir. 

 

 
 

"Qarabağ"ın avrokuboklarda ilk dəfə üz-üzə gələcəyi rəqiblər

olimp

"Qarabağ" Avrokubokların qrup mərhələsində ilk dəfə "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) komandaları ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi bu rəqiblərlə UEFA Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək.

"Olimpiakos"

1925-ci ildə yaradılmış "Olimpiakos" Yunanıstanın liman şəhəri sayılan Pireyi təmsil edir. "Qarabağ" kimi, "Olimpiakos" da bu mövsüm mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin onlar ilk cəhdində – II təsnifat mərhələsində sonradan Çempionlar Liqasının qrup mərhələsinədək irəliləməyi bacaran İsrailin "Makkabi" (Hayfa) komandası ilə bacarmayıb - 1:1, 0:4. Daha sonra Yunanıstan təmsilçisi Slovakiya çempionu "Slovan" (Bratislava) klubunu UEFA Avropa Liqasının III təsnifat mərhələsində penaltilər hesabına məğlub edərək qrupa vəsiqə qazanıb.

Məhz "Makkabi"yə 0:4 hesabı ilə uduzduqdan sonra komandanın portuqaliyalı baş məşqçisi Pedru Martins istefaya göndərilib. İngiltərədə "Lids" və "Hadersfild" kimi komandalarda işləmiş 39 yaşlı ispaniyalı Karlos Korberan avqustun 1-dən bu klubun baş məşqçisidir. 47 qat Yunanıstan çempionu, 28 qat ölkə kuboku və 4 qat Superkubok qalibinin (Bu, hər 3 göstərici həmin ölkədə rekord nəticədir – S.M.) hazırkı kapitanı Andreas Buxalakisdir. Komandada çexiyalı Tomaş Vatslik, xorvatiyalı Şime Vrsalko, fransalı Yann MVila və Matyö Valbuena, kamerunlu Pyer Kunde, misirli Ahmed Hassan, mərakeşli Yussef Əl-Arabi kimi məşhur legionerlər oynayır.

Həmçinin, "Arsenal"la 2 dəfə Bakıya gəlmiş, 2 dəfə "Qarabağ"a qarşı oynamış Sokratis Papastatopulos və "Roma"nın sabiq üzvü Kostas Manolas kimi yunanıstanlı veteran oyunçular da buradadır. "Neftçi"nin sabiq oyunçusu Mamadu Kane bu kluba məxsusdur. Qvineyalı mərkəz yarımmüdafiəçisi cari mövsümün sonunadək "Pafos" klubuna icarəyə verilib.

"Olimpiakos" Yunanıstan Super Liqasının ilk turunda "Yannina"nı 2:0 məğlub edib. Hazırda "qırmızı-ağlar" 3 xalla 4-cü sıradadır. Komanda 29 avqustda "Asteras"la qarşılaşacaq. Tripoli şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yunanıstanın ən titullu klubu ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb - 1:0, 1:0.

"Frayburq"

1904-cü ildə yaradılmış 118 yaşlı "Frayburq" ötən mövsüm Almaniya Bundesliqasını 6-cı pillədə başa vurub. Komandanın baş məşqçisi futbolçu karyerasını başa vurduqdan sonra – 1995-ci ildən "Frayburq"da işləyən Kristian Ştrayxdır. 57 yaşlı mütəxəssis "Frayburq"un U-19 komandasında baş məşqçi (1995 - 2011) və əsas komandasında köməkçi (2007 - 2011) işləyib. 2011-ci ildən bu komandaya baş məşqçilik edir. "Frayburq"un Almaniya daxilində elə bir uğuru olmasa da, bu il ölkə kubokunu qazanmağa çox yaxın olub. Komanda 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatan final matçında "Leyptsiq"ə penaltilərdə 2:4 hesabı ilə uduzub. "Frayburq"da Belçika, Avstriya, Fransa, Qana, Macarıstan, Niderland, Cənubi Koreya, İtaliya, Yaponiya və İsveçrədən legionerlər oynayır. Komandanın kapitanı sol cinah müdafiəçisi Kristian Günterdir.

"Frayburq" 2013/2014 mövsümündən sonra ikinci dəfə bu turnirin qrup mərhələsində mübarizə aparacaq. "Frayburq" bu gün Bakı vaxtı ilə saat 22:30-da Bundesliqanın IV turunun açılış matçında "Boxum"u qəbul edəcək. "Ağ-qaralar" ilk 3 tura əsasən 6 xal toplayıb və turnir cədvəlinin 5-ci komandasıdır.

"Nant"

1943-cü ildə yaradılmış "Nant" gələn il aprelin 21-də 80 yaşını qeyd edəcək. Bu səbəbdən, Fransanın köklü klublarından olan "Nant" ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Bu komanda da "Frayburq" kimi, cari mövsüm avrokubok mübarizəsinə qrup mərhələsindən başlayacaq. 8 qat Fransa çempionu və 4 qat Fransa Kubokunun qalibi olmuş komanda mövsümü 9-cu yerdə başa vurub. Bununla belə, "Nitsa"nı Fransa Kubokunun finalında penalti qolu hesabına 1:0 hesabı ilə məğlub etməsi "Nant"ın Avropa Liqasının qrupunda təmsil olunmasını şərtləndirib.

"Nant"da Braziliya, İspaniya, Konqo, Kamerun, Nigeriya, Sloveniya, Misir və Malidən legionerlər oynayır. Komandanın kapitanı Burkina Fasoda doğulmuş qapıçı Alban Lafondur.

"Nant" cari mövsümə pis başlayıb. Komanda ilk 3 turda qələbə qazana bilməyib. 2 xalı olan "Nant" 15-ci yerdədir. "Qarabağ"ın rəqibi avqustun 28-də Bakı vaxtı ilə saat 15:00-da "Tuluz"u qəbul edəcək. /Report/

1 -dən səhifə 5

Oxşar məqalələr