Koronavirusa yoluxanların sayı 179 milyonu keçdi

korona artır

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 179 milyon 258 min 244 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı “Worldometers” saytı yayıb.

Pandemiya qurbanlarının sayı 3 milyon 882 min 91 nəfərdir. İndiyədək 163 milyon 826 min 590 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 406 001 nəfər virusa yoluxub, 617 166 xəstə dünyasını

“Koronavirusa o son qoyacaq” – Rusiyadan vacib açıqlama

peyvend meselesi

“Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd hazırlanmasının nəticələri ən az bir il sonra məlum ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Milli Tibb Palatasının prezidenti, həkim Leonid Roşal deyib.

“Peyvənd edilmənin əsl nəticələrini peyvənd hazırlandıqdan ən az bir il və ya iki il əvvəl görməyəcəyik. Ancaq bu dövürdə durub gözləməməliyik, sakitcə bıçağın kənarından keçməliyik”, - mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını alan xüsusi bir həb bu gün mövcud deyil:

“Peyvənd bu təcavüzkar varlığın həyatına son qoyacaq. Qrip, qızılca, suçiçəyi, çobanyastığı və digərlərində olduğu kimi peyvənd xəstələnmiş insanlara kömək edəcək”.

Koronavirusun 15 əsas simptomu– Bütün ölkələrin həkimləri təsdiq edib

koronavirus

Koronavirus simptomlarının hələ epidemiya başlayandan dəyişməsi və yeniləri əlavə olunması barədə müxtəlif ölkələrin həkimlərindən rəylər verirdi.

Alimlər qeyd edir ki, çox mürəkkəb mutasiyaya uğramış koronavirus yayıldıqca sanki davranışını da dəyişir və daha çox gizli simptomlara keçir ki, insan bunu gec aşkarlasın.

Medicina.az artıq Çin, ABŞ, Avropada xəstələri müalicə edən həkimlərinin verdiyi rəylərə əsasən təsdiqlənmiş 12 əsas simptomu təqdim edir.

Hazırda gənc insanlar arasında koronavirusun ilk simptomlarından biri qəribə də olsa burnun tutulub, qoxu bilmənin və dad bilmənin itməsidir. Yəni insan qoxuları hiss edir. dad reseptorları işləmir.

Diqqət, bunlara fikir verin:

1. Qoxu və dadbilmə hissiyatının azalması və tam itməsi
2. Burun selikli qişasının ya quruması ya da zökəmi, yəni su axması. qıcıqlanması
3. Böğaz quruması, qıcıqlanması

4. Öskürək –əvvəlcə yuxarı tənəffüs yollarından qıcıqlanma ilə başlayıb bronxlara doğru enir
5. Ağciyərlərdə sıxılma, döş qəfəsində basqı, ağırlıq
6. Bədəndə süstlük, qripdəki kimi döyülmüş kimi hiss, əzələlərin ağrıması
7. Halsızlıq, kefsizlik, iştahsızlıq

8. Qarında, mədə hissədə ağrı, sancı, diareya, ishal
9. Ürəkbulanma, qusma
10. Titrətmə, üşütmə

11. Quru öskürək, ciyərlərdə küy
12. Qızdırma, 38-dən yuxarı və dərmanla salmaq olmur
13. Baş ağrısı

14. Gözlərin qıcıqlanması, yanması
15. Boğulma, nəfəs ala bilməmək, halsızlıq



Bu əlamətlər birdən-birə yox, yoluxmadan təxminən 5-7 gün sonra tədricən başlayır.

Yaşından və immunitetindən asılı olaraq gənc və yaşlılarda dəyişə bilər. Ya əlamətlər yüngül və tədricən olur, ya da qəfildən ağırlaşır.

Uşaqlarda da koronavirus bu əlamətlərlə keçir

Əgər əlamətlərdən 3-5-ni eyni vaxtda hiss edib, xüsusən 1, 2,3,4-cü bənddəkilər başlayıbsa, o zaman özünüzü evdə bir otağa təcrid edərək, 103-ə “koronavirusdan şübhələnirəm” deyə çağırış edir, ailə üzvlərindən uzaq durub, adi isti su hər 15 dəqiqədən bir qəbul edirsiz. Sakitləşdirici də içə bilərsiz. Həkim gələnə kimi qızdırmanı salmayın, çünki bu əlamətləri gizlədə bilər.

koronavirus

Azərbaycanlı həkimin elmi məqaləsi Türkiyədə işıq üzü gördü

sevil

Həkim-hematoloq Sevil Cəlil


Azərbaycan Talassemiya Mərkəzinin gənc hematoloqu Sevil Cəlil Türkiyə Cümhuriyyəti, İstanbul Tibb Universitetinin Tibb Fakultəsində “Hematoloji-Onkoloji Tezli Yuksek Lisans” üzrə doktorontura təhsilini bitirib və hazırda elmi tezislərinin elmi şurada müdafiəsinə hazırlaşır. 2014-cü ildən başlayaraq “2nd International Conference “Actual Problems of Thalassemia” (Bakı), “Ulusal Aferez kursu”, “VIII International Eurasion Hematology Oncology Congress”, “Hematopoetik Kök Hücre Nakli Kursu”, “Klinikte Kan Bilesenleri Kullanimi Egitim Sempozyumlari”, “14th International Conference on Thalassemia and Other Haemoglobinopathies Ϩ 16th TIF Conference for Patients and Parents” Yunanıstan, “IV HEVES. Hemofili Vakalarla Egitim Sempozyumu” Antalya və bir çox digər elmi məclislərdə fəal iştirak edən gənc tədqiqatçı 2017-ci ildən Türkiyə Hemotoloji Dərnəyinin üzvüdür.
Bu günlərdə Sevil Cəlilin “Turkish Journal of Hematology” elmi jurnalinda “Sumuk iliyi transplantasiyası olan pediatrik xəstədə CMV infeksiyasının mualicəsində spesifik T huceyre istifadəsi” adlı məqaləsi dərc olunub. Talassemiyalı xəstənin mualicəsi zamanı bu istiqamət Turkiyədə ilk dəfə tədqiq və tədbiq olunur. İnşallah, çox keçməz gənc həkimlərimiz bu istiqamətdə müalicəni ölkəmizə də gətirərlər. Qazandığı uğurlara görə Sevil həkimi təbrik edir və ona elmi işində yni nailiyyələr arzulayırıq.
İKSmedia.az

1 -dən səhifə 6

Oxşar məqalələr