AXTAR

7/24 Güvən Klinika

ilkin.jpg

İlkin Cəlilov - travmatoloq-cərrah


Həftənin hər günündə, həyatınızın güvənli keşiyində

Güvən Klinikanın Təcili Tibbi Yardım Şöbəsi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə həftənin hər günü 24 saat boyunca hər növ təcili və ilkin tibbi yardım göstərir. Şöbənin tibbi personalı təcili yardım və reanimasiyada illər boyu çalışmış və zəngin iş təcrübəsi əldə etmiş peşəkar həkim-mütəxəssislərdən ibarətdir. Təcili Tibbi Yardım Şöbəsində çalışan həkimlərin əksəriyyəti ilk və təxirəsalınmaz yardım üzrə beynəlxalq sertifikatlara sahibdirlər.
Bakı şəhəri və ətraf regionun istənilən ünvanında operativ və fasiləsiz olaraq təcili tibbi yardım göstərmək məqsədi ilə bizim briqada qısa müddət ərzində özünü çağırış yerinə çatdırır. Artıq altı ildən çoxdur ki, uğurla fəaliyyət göstərən “ALLO 959” Ambulans xidməti fövqəladə çağırışların operativ qəbulu, xəstələrə evdə ilkin müayinə və müdaxilə olunması, ehtiyac olduğu zaman isə xəstənin klinikaya vaxtında çatdırılması ilə özünü doğruldub. Müasir standartlara uyğun olaraq lazımı tibbi cihazlar və ləvazimatlarla təchiz olunmuş ambulans maşını ilə hər an pasiyentlərə təcili tələb olunan hər cür tibbi xidmət göstərmək imkanımız var. Hətta tələb olunduğu zaman ev şəraitində bütün növ Laborator analizlər, EKQ, USM, Rentgen müayinələrini həyata keçiririk.
Güvən Klinikanın TTY şöbəsinin işi operativ xidmət istiqamətində təşkil olunub. Gecə növbəsində həkimlərimiz baş vermiş hər hansı fövqəladə hadisə zamanı pasiyentin sağlamlığı uğrunda mübarizədə bütün kollektivin köməyindən faydalanır. Təcili Tibbi Yardım Şöbəsinə gətirilən xəstələr ixtisaslı həkimlər tərəfindən müayinə olunur,  ehtiyac olduqda tibbi müdaxilə edilir, lazım gəldikdə isə klinikanın digər şöbələrinə yönəldilir.
TTYŞ-də həyata keçirilən bütün tibbi xidmət növləri haqqında xəstənin yaxınlarının məlumatlandırılması bizim əsas iş prinsiplərimizdəndir. Pasiyentimiz və onun  yaxınları ümumi vəziyyət, bununla əlaqədar tətbiq olunacaq prosedurlar haqda ətraflı məlumatlandırılır.  Göstərilən bütün tibbi xidmətlərin təyinatı və mahiyyəti barədə məlumatlar ətraflı şəkildə xəstəyə və onun yaxınlarına izah edilir. Hər iki tərəfin razılığı əsasında tibbi xidmət həyata keçirilir.
Sizin müraciət, bizim xidmət, qulluğunuzdadır təbabət!