AXTAR

Dissident Cahid Hilaloğlu

cahid hilaloglu

“Gündә çağırıb-danışdırırdılar. Xәtkeşi elә vururdular ki, dişim qopurdu. Mәni camaatın içinә salmadılar. Dedilәr, sәni zülmlә öldürәcәyik. Qış vaxtı, çılpaq aparıb yekә bir hovuzun içinә saldılar. Neçә gün o suyun içindә qaldım. Şişib qarderobdan da yekә oldum... Axırda bir kişi dedi ki, onu çıxarın.
Mәni çıxaranda hamı qorxudan qaçdı. O qәdәr şişmişdim ki, enim2 metr olubmuş. Sonra mәni bir otağa saldılar. Yanıma da tibb bacısı qoydular. Müalicәyә başladılar. Yavaş-yavaş özümә gәldim.
10 ildә çox zülmlәr gördüm. 3 qәnd verirdilәr, birini yeyib, ikisini saxlayırdım. Sürgün elәyәndә, bir ovuc qәnd saxlamışdım. Gәlib әlimdәn alıb ayaqlarıyla әzdilәr. Elә itәlәdilәr ki, üzüm qapıya dәyib parçalandı, qanım tökülә-tökülә qatara mindirib sürgünә göndәrdilәr...”
1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə, 4 il azadlıqdan məhrum edilmiş rejissor. sovet dövründə milli hərəkatçı, dissident CAHİD HİLALOĞLU --Cahid Hilal oğlu Şirinov.
O,1928 -ci ildə Azərbaycanın Ağdam şəhərində anadan olmuşdur
1956-cı ilin mayın 28-də Cahid Hilaloğlu adlı biri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız Qalasının üzərinə sancmağı qərarlaşdırır. Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Bir müddət sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır. 10 il həbsdən sonra Bakıya dönən Cahid Hilaloğlu uzun müddət işsiz qalır. C. Hilaloğlu cəza müddətini Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərgəsi adlandırılsa da əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq, ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir. 1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir «Volqa» avtomobili Cahidi vurur. Qəzada həlak olan C.Hilaloğlunu Ağdamda ata-anasının yanında dəfn edirlər.

Ramin Bəhmən

"facebook" səhifəsindən

Oxşar məqalələr