Hüseyn Cavidin “Topal Teymur” dramında türk ədəbi mühiti

Topal Teymur 1983
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Topal Teymur” dramının tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Topal Teymur” dramında qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun tarix və şəxsiyyət konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 5 pərdəli “Topal Teymur” əsərini 1925-ci ildə tarixi dram janrında, nəsrlə qələmə almışdır. Əsərdə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymurdan bəhs edilir. Tarixi dram ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulmuşdur. Hüseyn Cavidin “Topal Teymur” əsəri müəllifin müharibəyə, zorakılığa və ədalətsizliyə həsr olunan əsərlərindəndir. Dramaturq əsərində əsas ideya kimi müharibəyə bəslənən nifrəti təbliğ edir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramında iki tarixi şəxsiyyətin Topal Teymur ve Bəyazidin arasındakı ədavət tənqid edilmişdir. Qardaş xalqların müharibə etməsinin ən utancverici bir hal olduğu vurğulanmışdır. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Topal Teymuru qüdrətli, həqiqətləri söyləməkdən boyun qaçırmayan, hikmətli və dəyərli fikirləri olan, mənəvi dəyərlərə və ənənələrə sadiq qalan biri kimi təsvir etmişdir. Dramaturqun “Topal Teymur” əsərinin Azərbaycan ədəbiyyatındakı tarixi əhəmiyyəti, ədəbi-bədii və ideya-fəlsəfi qayəsi, tərbiyəvi mahiyyəti, elmi-nəzəri mövqeyi olduqca vacibdir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının əsas qəhrəmanı olan Teymur obrazı XX yüzilliyin türk hökmdarlarına bir örnəkdir. Əsərdə Topal Teymur və Bəyazidin simalarında qardaş çəkişmələri nəticəsində türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətinə dəyən zərər vurğulanmışdır.
Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Teymurun tarixi bir şəxsiyyət kimi orijinal, bənzərsiz obrazını maraqlı və yaddaqalan yaratmışdır. Əsərdə Topal Teymurun tarixi qələbələri və tarixi məğlubiyyətləri geniş bir şəkildə təsvir olunmuşdur. Əsərin baş qəhrəmanı olan Topal Teymurun duyğu və düşüncələri, narahatlıq və təəssüfləri, həyəcan və heyrətləri əsərdə dolğun təsvir olunmuşdur. Hüseyn Cavid “Topal Teymur” tarixi dramını orta əsr türk cəngavərləri olan Topal Teymur və Yıldırım Bəyazidə həsr etmişdir.
Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının Azərbaycan ədəbiyyatındakı əhəmiyyəti onun tədqiq olunmasının vacibliyindəndir. Ədibin dramaturgiyasının zirvə əsərlərindən olan “Topal Teymur” əsəri özünün spesifikliyi, özünəməxsusluğu ilə həmişə seçilən ədəbi əsərdir. Əsərin baş qəhrəmanı olan Topal Teymurun xarakteri, düşüncəsi, özünüdərki, mənəvi saflığı, ucalığa dair fikirləri, mənəvi azadlığı və arzuları olduqca əhəmiyyətli bir dərəcədə təsvir olunmuşdur. Ədib əsərdə Topal Teymuru ideologiyasına, şüuruna, özünü dərk etməsinə görə görkəmli dövlət xadimi, məşhur sərkərdə, tarixi şəxsiyyət kimi təsvir etmişdir. Hüseyn Cavidin “Topal Teymur” pyesi Şərq tarixinin ictimai-siyasi həyatını, Topal Teymurun şəxsiyyətini, həyat və fəaliyyətini təbliğ və tanıtmaq baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hüseyn Cavid Əmir Teymuru qüdrətli şəxsiyyət və türk zəfər tarixinə şanlı səhifələr yazan görkəmli dövlət xadimi, məşhur sərkərdə, türk mədəniyyətinə töhfələr verən kimi təsvir etmişdir. Əsərdə iki Türk tarixi şəxsiyyət müqayisəli təhlil olunmuşdur. Hüseyn Cavidin “Topal Teymur” pyesində tarixi şəxsiyyətlər olan şair Kirmaninin və Şeyx Buxarinin fəlsəfi görüşləri təqdim edilmişdir. Əsərdə Topal Teymurun bədii portreti yaradılmışdır. Əsərdə Türk cəngavərinin türk ədəbi mühitinə, mədəniyyətinə verdiyi töhfələr, türk tarixinə göstərdiyi münasibət ümumiləşdirilərək, göstərilmişdir. Teymur zəngin mədəniyyətə və tarixə sahib olması ilə fəxr edirdi. Əsərdə Topal Teymurun mürəkkəb və eyni zamanda ziddiyyətli həyat və yaradıcılıq yolu təsvir olunmuşdur. O, ömrü boyunca həqiqət, ədalət, səadət axtarışında olmuşdur. İztirablı, mürəkkəb bir həyat yolu keçmişdir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Türk dünyasında özünün dərin fəlsəfi məzmununa, ümumbəşəri ideyalarına və milli xüsusiyyətlərinə görə seçilir. Belə ki, əsərdə Türk aləmində mövcud olmuş ideyalar, cəmiyyəti narahat edən problemlər ailə və bəşəri məsələlər, realist gerçəkliklər, mənəvi mədəniyyətinə münasibət, xalqının mədəniyyətini yüksəklərə qaldırmaq, millətinə sadiq qalmaq məsələlərinin həll yolları göstərilmiş və bədii həlli təqdim olunmuşdur. Əsərdə Topal Teymur millətinə həddindən artıq xidmət edən, özünün və ailəsinin həyatı və sağlamlığını qoruyan, türkçülük ideyalarının alovlu tərənnümçüsü, bütün türk dünyası üçün mühüm işlər görmüş biri kimi təqdim olunur. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Azərbaycan ədəbiyyatında türkçülük ideyalarının inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Hüseyn Cavid əsərdə Topal Teymurun müharibəyə, əsir etdiyi dinc əhaliyə, düşmənə, sənətə, mədəniyyətə, qadına, türklüyə münasibətləri fonunda özünün ideal hökmdar obrazını yaratmışdır. Dramaturq real tarixi şəxsiyyət olan Topal Teymuru türk və cahan tarixinin görkəmli şəxsiyyəti kimi təqdim edir. Əsərdə Əmir Teymurun türk xalqının böyük sərkərdəsi kimi göstərdiyi xidmətlər özünün bütün əzəmət və ziddiyyətləri ilə təqdim olunmuşdur. Ədib tarixə sadiq qalaraq, Əmir Teymurun şəxsiyyətini məğrur hökmdar və şücaətli qəhrəman kimi təsvir etmişdir. Cahan tarixinin görkəmli şəxsiyyəti olan Topal Teymur cəsarəti, hünəri, yenilməz şəxsiyyəti ilə seçilir. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Əmir Teymurun Səmərqənddəki sarayını belə təsvir etmişdir. “Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar”.
Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Əmir Teymurun sərkərdəsi olan Orxanın sözləri ilə Türk aləminin qayəsini izah edir. “Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. Bəncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa o da müharibə, o da qalibiyyətdir”. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Türk dünyasını dahi şəxsiyyətinin sözlə portretini yaratmışdır. Bu təsviri oxuyan oxucu Teymurun görkəmi haqqında dolğun məlumat alır. “O, ortaboylu, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı aqsaqlıq bir o qadar gözə çarpmıyor. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücevhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur”. Dramaturq əsərdə Topal Teymurun yaşıl ovalar içində qurdurduğu çadırlardan, Ərəbistan və İrana məxsus sırapərdələrdən, Hindistandan gəlmə canbaz və oyunçulardan, mizahçı və lətifəçilərdən, rəqqas və rəqqasələrdən, pəhləvanların güləşməsindən, yaşıl-qırmızı rənglərlə boyanmış fillərin oynadılmasından, xanəndə və sazəndələrdən, yarış və əyləncələrdən, dəbdəbə və ehtişamanlı mənzərələrdən, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələrdən, böyük məbədlər və abidələrdən, fəth və zəfər tarixindən bəhs edir. Hüseyn Cavid “Topal Teymur” əsərində Topal Teymur ilə şair Kirmaninin nəcib və mehriban münasibəti ilə dahi şəxsiyyətin ədibə, ədəbiyyata verdiyi dəyəri göstərirdi. “Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin kibi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, bənim kibi topallar soldakı sıfır qadar mənasız qalırdı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey... İştə şu qaba və miskin həşəratı uslandırmaq için, onların pas tutmuş kirli vicdanlarını yıqamaq için yalnız Teymur qılıcı lazım... Əvət sevgili şair! İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar”. Əsərdə “Teymurnamə” müəllifi olan şairlə Teymurun xoş, nəzakətli, nəcib və mehriban münasibəti onun xarakterinin bitkinliyindən məlumat verirdi. Əsərdə Teymur öz amalını belə izah edir. “Bən məğrurları əzmək için yaradılmış bir allah bəlasıyım. Tökdüyüm qanlar da yalnız haq və ədalət namınadır”. Əsərdə Divanbəyinin sözləri ilə Teymurun incəsənətə, ədəbiyyata, şairə, alimə qarşı olan fikir və düşüncələri təsvir olunmuşdur. “Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. İştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmuyorlar”. Hüseyn Cavidin “Topal Teymur” əsərində Topal Teymurun tacir və ticarətçilərə qarşı olan fikirləri olduqca önəmlidir və onun fikir və düşüncələrinin qayəsini izah edir. “Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir”. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramında Yıldırım Bəyazid Topal Teymura olan nifrət və hiddətini belə ifadə edir. “Bən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və İtaliya əskərlərini bir hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana meydan oquyor”. Əsərdə Yıldırım Bəyazid qələbələr qazanmasının səbəbini belə izah edir. “Bursadakı işlər məlum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr vəd etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çabuq şaşırırlar”. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının sonu olduqca ibrətamiz sonluqla bitir. Belə ki, əsərin sonunda Osmanlı sultanı Yıldırım Bayazidlə Topal Teymurun görüşü təsvir olunur. Topal Teymura əsir düşən Osmanlı sultanı Yıldırım Bayazid keçmişdə ona yazdığı təhqirli məktubun cavabında Teymurun onu cəzalandıracağını düşünür, lakin Teymur hümanizm göstərərək, onun günahından keçir. Osmanlı sultanı Yıldırım Bayazidi şair Kirmaninin səmimi və coşqun ahəngli şeiri ilə qarşılayır. “Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun”. Topal Teymur Osmanlı sultanı Yıldırım Bayazidin məğlub olduğu üçün məyus olduğunu görüb, ona təsəlli olacaq fikirlər söyləyir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Türk dünyasının dahi şəxsiyyəti Əmir Teymurun ibrətli sözləri ilə bitir. “Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı”. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı təsvir etdiyi dövrün bədii həllinə və təhlilinə geniş yer verdiyi və xüsusi diqqət yetirdiyi üçün olduqca böyük əhəmiyyətə sahibdir. Əsərdə Türkçülük milli ideal kimi təbliğ edilir və onun tarixi mövqeyi analiz olunur. Ədib “Topal Teymur” əsərində mənəvi-əxlaqi və ictimai-siyasi problemlərə yüksək həssaslıqla yanaşmışdır.
Həcər Atakişiyeva

Hüseyn Cavidin “Afət” faciəsində realizmlə romantizmin heyrətamiz vəhdəti

cavis afet

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Afət” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Afət” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 4 pərdəli “Afət” faciəsini 1922-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə toxunulmuşdur. H.Cavidin “Afət” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Afət” faciəsində türk zadəgan mühitində, kübar ailələrində olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Afət” faciəsinin baş qəhrəmanı olan Afətin xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib bir qadın idi. Afət kübar və zadəgan bir xanımdır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Afət mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çılğınlığına, romantik duyğularına məğlub olmağına, məhəbbətində hüdud tanımamağına, qisas almağa meyilliliyinə görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Nifrət və intiqam Afət obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət 33 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitinin iç üzünü obrazların öz dili ilə ifşa edir. Doktor Qaratayın sözləri ilə maarif müdiri Xandəmirin əməllərini ifşa edib, cəmiyyətin bu cür simalarını ifşa edir. “Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur”. H.Cavid “Afət” faciəsində qadına olan hörmət və məhəbbətini doktor Qaratayın sözləri ilə bildirir. “Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir”. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət doktor Qaratayın eşqindən əbədiyyətən əmin olmaq və doktor Qaratayın onu bütün mənliyi, bütün həyatı və səadəti ilə sevməyini istəyirdi. Afət pyesdə xəyanəti heç bir vəclə qəbul edə bilməyən xarakteri ilə seçilir. H.Cavid Afət obrazının vasitəsilə dövrünün qadınlarından fərqli bir qadın xarakteri yaratmışdır. Afət qorxmazdır, intiqam almaq onun xarakterinə yad deyil. “Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar”. Əslində H.Cavid “Afət” faciəsinin əsas obrazı olan Afətin simasında həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadınların faciəsini yaratmışdır. Belə ki, gənc Afət həyat yoldaşı Özdəmiri əsla sevmir, ondan canını qurtarmaq üçün bir çarə, bir dərman, bir zəhər, bir atəş axtarırdı. Afət əsərdə həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadın kimi təsvir olunmasına baxmayaraq, o, Özdəmirin qızlarına ana qayğısı ilə yaxınlaşır. Onlarla lətif, məsum davranır. Əsərdə Özdəmiri səfil edən onun sərxoşluğu və sərsəriliyidir. Faciədə gənc Afətin və onun həyat yoldaşı Özdəmirin keçmişləri və indiləri Ərtoğrulun dilindən belə təsvir olunur. “O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq”... H.Cavid “Afət” faciəsində doktor Qaratay ilə Özdəmirin xarakterlərini müqayisəli şəkildə təhlil edir. Afət doktor Qaratay ilə Özdəmirin xarakterlərini, hərəkətlərini, həyatlarını, cəsarətliliklərini müqayisəli şəkildə təhlil edərək, doktor Qaratayı seçir. Afətin doktor Qaratayı seçməsində əsas səbəb o idi ki, onu dürüst, şən, insaflı, dəliqanlı, mərhəmətli, qürurlu və əzəmətli biri kimi tanıyır. Həyat yoldaşı Özdəmiri isə doktor Qarataydan fərqli olaraq, insafsız, mərhəmətsiz, nəzakətsiz, duyğusuz, məcəraçı, olduqca sərvət və şöhrət düşkünü bir kimi bilir. Afətin doktor Qarataydan istəyi sonsuz məhəbbət və səadət idi. Afət nə doktor Qaratayla olan sevgi münasibətində, nə də ki, həyat yoldaşı Özdəmirlə olan evliliyində xoşbəxt ola bilməyən zavallı bir qadın idi. Bütün mühit, qanunlar, din, adətlər ona qarşı idi. Afət doktor Qaratayın toruna düşməmişdən əvvəl dünyadakı otları, çiçəkləri, quşları, kəpənəkləri, insanları və heyvanları sevən, onlara məhəbbət göstərən biri idi. O, gələcəyini, səadətini düşünərkən, qaranlıq bir gələcək, aldadıcı bir həyat, qorqunc və gülünc iztirablar onu yaxaladı. Onun dərdi, düşüncəsi eşq, gözəllik, məhəbbət idi. Afəti doktor Qaratayın xəyanəti dinlərdən, mənəviyyatdan, məzhəblərdən uzaqlaşdırmışdı. Mənəviyyatdan uzaq düşmüş Afət kimsəsizlikdən göz yaşı tökür, qürubun məhzunluğunu, gecənin sükutunu, fəzanın dərinliyini, musiqinin ritmini, çayların, ırmaqların ninnisini, dənizlərin çağlayan səsini, ildırımların gurlamasını, xəfif küləyin zümzüməsini, yapraqların, çiçəklərin xışıltısını, bülbüllərin ötüşməsini, vurğun gönüllərin acı təranəsini, uşaqların qəhqəhəsini, körpə quzuların mələməsini duymurdu. Artıq onun sirdaşı qürubun ölgün nəfəsi və gecənin səssiz qaranlığı idi. Əslində isə H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afət necə lütfkar və nəzakətli idi. Onun gənclik, gözəllik və böyük səadət arzusu puç olmuşdu. Afətin mənəvi böhranlar keçirməsinin əsas səbəbi o idi ki, doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürmüşdü. Bundan sonra isə doktor Qaratayın ona sadiq qalacağına, onunla birgə uzun, xoşbəxt ömür keçirəcəyinə ümid edərkən, doktor Qaratayın qatili olduğu həyat yoldaşı Özdəmirin qızı Altunsaç ilə evlənəcəyini öyrənir. “Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq”... H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət xaraktercə özünəməftun bir qadın idi. O, füsunkar gözləri, gözəl dodaqları ilə daim fəxr edirdi. Özünün aynadakı rəsminə məftun idi. Afətin gözəlliyi ilə duyğusuz və mənasız həyatı bir-birinə təzad təşkil edirdi. Afətin həyatı doktor Qaratayla Altunsaçın evlənməsi xəbərini eşitdikdən sonra qaraldı. Onun dünyası dağıldı, ümidləri soldu. Doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürən Afətin aldadıldığını anlaması onun bütün xəyallarının puç olması ilə nəticələnir. Doktor Qaratayın ittihamlarına dözməyən Afət mənəvi sarsıntı keçirir. “Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun”. H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afətin faciəsi sevmədiyi Özdəmir ilə evlənib, sevgi, məhəbbət, qayğı görməyərək, boşluqdan doktor Qaratayın toruna düşməsi ilə başlayır. Afət doktor Qaratayı pərəstiş edərcəsinə sevirdi. Afət doktor Qarataya sevgi və məhəbbətini belə açıb, söyləyir. “And olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, məsum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum”. H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət doktor Qaratayın xəyanətinin nəticəsində və həyatda tək qaldığı üçün bir çiçək kimi solmuşdu. Elə bir vəziyyətə gəlmişdi ki, aynaya bağmağa belə cəsarət edə bilmirdi. O, sanki, solğun bir çiçək kimi ruhunu qara topraqlara təslim etmişdi. Doktor Qaratayın xəyanəti onun kimi gözəl bir qadının gözəlliyini soldurub, məhv etmişdi. Onun həm səadəti, həm də məhəbbəti intiqam hissinə çevrilmişdi. Afət artıq itirəcək bir şeyi olmadığı üçün özünü ən təhlükəli uçurumlar çirkabına atmışdı. H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan digər bir məsum obrazlardan biridə Alagözdür. Alagöz bu qədər riyakarlığa dözə bilməyib, zəhər içərək, intahar etmək istəyir. Lakin, Ərtoğrul onu ölümdən xilas edə bilir. Alagözün belə mənəvi böhranlar keçirməsinin ən əsas səbəblərindən başlıcası Afət idi. Bütün qızlar içində parlaq bir almaz, dilbər bir çiçək, məsum bir mələk olan Alagöz özünün doğma anası bildiyi Afətin əslində onun ögey anası olduğunu belə öyrənir. “Bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş. Baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, məsum bir mələk kibi böyütdüm”. H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan Afətin faciəsini qaçınılmaz edən doktor Qaratayın əxlaqsızlığı, sərxoşluğu, sayğısızlığı idi. Afət doktor Qarataya vurulduqdan sonra, qatil olub, həyat yoldaşı Özdəmiri zəhərləyərək, öldürür. Afət mənəvi sarsıntı keçirərək, özünü Alagözə belə təqdim edir. “Bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım. Artıq bəni unut!..” H.Cavidin “Afət” faciəsində öz məsumluluğu ilə seçilən Alagöz Afətin onun əsl anası olmadığı xəbəri məhzun bir təbəssümlə qarşılayır. O, ləkəli ana damğasından azad olmuşdu. Bütün dünyaya onun anasının ləkəli Afət olmadığını bağırıb, söyləmək istəyirdi. Afətin qarşısında bir yol qalırdı qəddar, xain, cəllad Qarataydan xilas almaq. O ancaq bu yolla özünü haqsızlıq etdiyi Alagözün qarşısında təmizə çıxara bilərdi. Afət doktor Qaratayı silah ilə öldürərək, ondan Özdəmirin intiqamını, öz intiqamımı, gözəlliyin intiqamını alır. Afət doktor Qaratayı öldürəndən sonra onun cənazəsini qucaqlayıb öpərək, dərin sarsıntılar keçirir. H.Cavidin “Afət” faciəsi zavallı qadın Afətin zəhər içərək, intihar etməsi səhnəsi ilə bitir. H.Cavidin yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüquqlarını tapdayanlara qarşı mübarizəyə həsr olunan “Afət” faciəsinin mövzusu bütün dövrlər üçün aktualdır. H.Cavidin “Afət” faciəsi Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurumu və əhatə olunduğu qaranlıq mühitin təsviri baxımından ən dəyərli bir əsərdir.

Həcər Atakişiyeva

Hüseyn Cavidin “Uçurum” pyesi

ucurum

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Uçurum” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin dörd pərdəli “Uçurum” pyesində öz şəhvət hislərinə görə ruhlarını şeytana satan insanların aqibəti təsvir olunmuşdur. Əsərdə hadisələr İstanbulda baş verir. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Uçurum” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Uçurum” faciəsi əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət və digər insani dəyərlərlə bağlıdır. Ədibin “Uçurum” mənzum pyesinin ana xəttini ailə-məişət məsələləri mövzusu təşkil edir. Romantik olan Hüseyn Cavid “Uçurum” pyesində romantizmlə realizmi qarşılıqlı şəkildə təsvir etmişdir. Hüseyn Cavidin “Uçurum”
pyesində bir gənc ailənin faciəsi təsvir olunmuşdur. Ədib əsərdə tipi ümumiləşdirərək yadda qalan obraz nümunələri yarada bilmişdir. Hüseyn Cavid “Uçurum” faciəsində Türk mədəniyyəti ilə Avropa mədəniyyətini qarşılıqlı müqayisəli şəkildə təqdim etmişdir. Əsərdə dəbdəbəli bir həyata yad olan birinin bu həyata anidən düşüb, dəyişən psixologiyasının nəticəsində faciə yaşayıb, məhv olmasının təsviri verilir. Əsərdə “mədəniləşmək” üçün mütləq Avropa ölkələrinə səyahətin zəruri olduğu fikri söylənilir. Hüseyn Cavid bu fikri əsərində təqdim etməklə tamamilə haqlı idi. Çünki o dövrdə belə düşünülürdü ki, mədəni olmaq, ziyalı olmaq üçün mütləq şəkildə Avropa ölkələrinə səyahət etmək lazımdır. Dramaturq isə “Uçurum” faciəsində oxucuya çatdırır ki, savadlı, təhsilli, mədəni, dünyagörüşlü olmaq üçün ölkənin bir fərqi yoxdur. “Uçurum” faciəsində ədib o fikri aşılayır ki, mədəniləşmək üçün mütləq Avropa ölkələrinə səyahət etmək yox, daxildən gələn insanlıq, sevgi, vicdan, mərhəmət, əxlaq hislərinə sahib olmalısan. “Uçurum” faciəsinin baş qəhrəmanı olan rəssam Cəlal bu insani hislərə sahib olmadığı üçün Parisə gedən kimi şəhvani hislərinə sahib çıxa bilməyib, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat sürməyə başlayır. Hüseyn Cavid “Uçurum” pyesində Cəlalın məhv olmuş həyatının nümunəsində gəncləri ədəbli, namuslu, ağıllı, dərrakəli, öz doğma yurduna, ölkəsinə, adət-ənənələrinə, ailə münasibətlərinə dəyər verən kimi görmək istədiyini açıq bir şəkildə göstərir. Əsərdə Türk ailə dəyərində mühüm yer tutan əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət anlayışları Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı ilə qarşılaşdırılır. Hüseyn Cavid Türk ailə münasibətlərinə, ər və arvadın bir-birinə olan saf eşqinə, sədaqətinə əsərdə çox yüksək qiymət vermişdir. Hüseyn Cavidin “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjel ilə ailəsinə hər nə olursa olsun sadiq qalan ismətli Göyərçin obrazı qarşılaşdırılmışdı. Bu iki obraz əsərdə ümumiləşdirilmiş obraz kimi təqdim olunmuşdır. Ədib ismətli Göyərçinin timsalında Türk ailə münasibətlərini ucaldıb, yüksək dəyər verir. Ərinin yolunu gözləyən vəfalı, saf, namuslu, ismətli Göyərçin onun xəyanəti ilə qarşılaşanda belə ailə dəyərlərinə sahib çıxmağı bacarır. Lakin əsərdə öz vəfası, namusu, isməti ilə seçilən Göyərçin daim göz yaşı içində olur. Həyatı qəm, qüssə, bəla içində keçir. Göyərçin Cəlal ilə yeni evlidir və onun körpə qız övladı var. Buna baxmayaraq, o ailəsini atıb, “mədəniləşmək” üçün Fransaya gedir. Hüseyn Cavid “Uçurum” pyesində Cəlal obrazının simasında çox qabiliyyətli rəssam tipajı yaratmağa nail ola bilmişdir.
Onun bir tablosiçin erkək, qadın,
Bütün İstanbul alqışlarla doldu,
Ondakı qüdrətə hər kəs vuruldu.
Bu bacarıqlı rəssam Cəlalın faciəsi Fransız qadın Anjel ilə tanışlıqdan sonra başlayır. Əsərdə Anjel “Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət pək zəhərli bir çiçək”! kimi xarakterizə olunur. Dramaturq əsərdəki Anjel obrazının xarakterini məhz onun öz sözləri ilə oxucuya çatdırır. “Halbuki Anjeldəki gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prenslər əlimdən güc qurtulmuş…”
Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelin timsalında Fransız qadınlarını xarakterizə etmişdir. Ədib Anjelin sevgilisi olan Edmon obrazı vasitəsilə Fransız kişilərinin xarakterini oxucuya çatdırmışdır. Edmon Anjelə daim üzüklər, boyunbağılar, almazlar, incilər, pırlantalar hədiyyə edirdi. Əsərdə bu qədər xəyanətə, haqsızlığa uğrayan Göyərçinin tək ümidi və dəyərlisi nur üzlü qızı Mənəkşə idi. Yalnız bu körpə Göyərçinə dərdlərini unutdururdu. Ümumilikdə isə Göyərçin həyatdan, bütün xilqətdən, bütün kainatdan, insanlardan gördüyü xəyanətə görə küskün idi. Göyərçin Cəlalın bu xəyanəti ilə bütün səadətli günlərini, bütün eşqini, bütün hissini, xəyalını, fərəhli günlərini, itirən bir qadın idi. O bütün alçaq niyyətlərdən uzaq idi. Cəlal isə əksinə olaraq, ailəsinə olan xəyanətinin nəticəsində fəlakətlərə düçar olub, bütün səadətini itirib, məhv oldu. Cəlal ailəsinə yaşatdığı kədərin, iztirabın, qara günlərin cəzasını çəkərək, məhv olub getdi. Əsərdə yaradılan Cəlalın əxlaqsız metresi Anjel yalnız onun xarakterindəki, ruhundakı eybəcərlikləri ifşa etmək üçün bir vasitə idi. Əsərdə Cəlalın ən böyük əxlaqsızlığı metresi Anjeli qonaq adı ilə öz evinə xanımı Göyərçinin yanına gətirməsi idi. Onun bütün fəlakətləridə məhz bu hadisədən sonra başlayır. Cəlal əxlaqsız metresi Anjeli öz məsum, sevimli uşağındanda üstün tutur, ona görə bu günahsız körpənin canını alır. Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelə Cəlalın, Edmonun, Yıldırımın qul-kölə olmasını, onun yolunda bütün fəlakətlərə düçar olsalar belə ondan əl çəkməməklərini, bu qadına görə məhv olmaqlarını əslində ümumiləşdirmişdir. Cəlal bu xarakterdə olan kişilərin ümumiləşmiş obrazı idi. Ədib demək istəyirdi ki, siz Cəlalların həyatının əxlaqsız Anjellər üçün bir mənası yoxdur. Siz olsanızda, olmasanızda onlar üçün bir mənası yoxdur, onlar özlərinə yeni Cəlallar, Edmonlar, Yıldırımlar tapacaqlar. Ancaq Cəlal nə edir, o, “Gözəl mələk! Cənnət pərisi!” adlandırdığı Anjelin yolunda öz körpəsini eyvandan ataraq, öldürür. Cəlalın cinayəti onun psixoloji vəziyyətini tamamilə pozur. Hər şeydən əvvəl o öz övladının qatili olmuşdu. Cəlalın xarakterindəki quduzluq, azğınlıq, sayğısızlıq, nifrət öz övladının qatili olması ilə üzə çıxmışdı.
Hüseyn Cavid “Uçurum” pyesindəki nəsihət xarakterli fikirlərini Göyərçinin atası Uluğ bəyin sözləri vasitəsilə oxucuya çatdırır.
O gün ki, İstanbulda gənclik fransızlaşdı,
Getdikcə türk evladı uçuruma yaqlaşdı.
Yurdumuzu sardıqca düşkün Paris modası,
Hər kəscə örnək oldu sərsəm firəng ədası.
Sərxoşluq, iffətsizlik sardı bütün gəncləri,
Zəhərləndi getdikcə məmləkətin hər yeri.
Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların
Sarsılmaz xələfləri şimdi həp sapqın, azğın...
Avropadan fəzilət, Himmət, ciddiyyət, vüqar
Dururkən yalnız çürük bir züppəlik aldılar.
Uluğ bəyin sözlərində çox böyük həqiqətlər vardır. O, Cəlalın həyatının məhv olma səbəbini bu sözləri ilə açıb göstərir. Həqiqəti söyləyir. Etdiyi səhvlərə görə köksü parçalanan, ruhu işgəncədən qurtula bilməyən, körpə Mənəkşəsinin soyuq məzarda yatmasına səbəbkar olan Cəlal nə qədər yalvarıb, yaxarsada Göyərçin onu bağışlamır. Cəlal öz əli ilə öz yurdunu, yuvasını, səfasını, xəyalını, müqəddəs saydığı hər şeyi məhv etmişdi. O özü özünü alçaldıb, məhv etmişdi. Ədibin “Uçurum” faciəsi Cəlalın aşağıdakı sözləri ilə bitir. Cəlal öz həyatını, ömür yolunu analiz edir. Bütün həyatının bir puç olduğunu dərk edib, özünü uçurumdan atıb, intihar edir.
Uçurum: qaranlıq, çıqılmaz yolum,
Uçurum: uçurum həp sağım, solum.
Uçurum: duyduğum həqiqət, xəyal.
Uçurum: uçurum yaldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fəzalar.
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: sürəkli, coşqun alqışlar,
Uçurum: uçurum süzgün baqışlar,
Uçurum: şu çirkin, şu alçaq həyat,
Uçurum: uçurum bütün kainat!..

Həcər Atakişiyeva

Hüseyn Cavidin “Şeyda” pyesi

cavid

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Şeyda” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin “Şeyda” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Şeyda” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Şeyda” faciəsi 5 pərdəlidir. Əsərdə mətbəə işçilərinin həyatından, mübarizəsindən, yaşamından, xarakterindən danışılır. Ədib əsərində mətbəə müdiri- Məcid əfəndi, onun oğlu- Əşrəf, mürəttiblər-Şeyda Rəmzi, Rəuf, Qara Musa, Məsud, Yusif, alman rəssamı- Maks Müller, Müllerin qızı- Roza, Rozanın anası- Mariya kimi yadda qalan obrazlar yaratmışdır. Əsər baş qəhrəman öldüyü üçün faciədir. Hüseyn Cavidin “Şeyda” faciəsinin süjet xəttini yardımçı obrazlar olan- məzarçı, qara geyimli mələk, digər mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları daha da zənginləşdirirlər. Əsərdə lirik şeirlərə geniş yer verilmişdir. Ümumilikdə faciə nəsrlə yazılmışdır. Əsər bir qapısı ilə iki pəncərəsi olan mətbəə otağının təsviri ilə başlayır. “Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə…”

sheyda

Hüseyn Cavid “Şeyda” pyesində Məcid əfəndi, Əşrəf, Şeyda, Rəuf, Qara Musa, Məsud, Yusif, Maks Müller, Roza, Mariya kimi obrazların nitqi və əməlləri vasitəsilə onların xarakterini oxucuya çatdırmışdır. Dramaturq pyesdə nakam sevgi xətti yaratmışdır. Bu sevgi rəssamın qızı, gözəl Rozanın uzun, qumral kirpiklərinə, cazibəli, mavi gözlərinə, məsumanə baxışlarına, mələkanə ədalarına vurulan Şeydanın timsalında özünü göstərir. Bu zavallı gənc Şeyda Rozanın eşqindən iztirab və sevinclə qarışıq bir duyğu yaşayaraq, bu nakam sevgisinin qurbanı olur. Bu xəyalpərvər gənc olduqca kasıb və kimsəsiz idi. Əsərdə onun rəqibi ondan var-dövlətcə qat-qat yüksək olan mətbəə müdiri Məcid əfəndinin oğlu Əşrəf idi. Əşrəf əsərdə Avropadan yeni gəlmiş atasının pulu ilə lüks həyat yaşayan bir gənc kimi təsvir olunur. Atasının var-dövlətinə güvənən Əşrəf rəssam almaniyalı Maks Müllerin qızı mademuazel Rozaya sevgi duymağa və göstərməyə başlayır. Şeyda mətbəə müdiri Məcid əfəndinin varlı oğlu Əşrəfi özünə rəqib biləndən sonra bu füsunkar gözələ duyduğu sevgini gizlətməyə başlayır.
Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehlərini qələmə almışdır. Bunların biri də Qara Musadır. O, əsərdə çox güclü xarakterli, mərd, qorxmaz, qisasçı ruhlu təsvir olunmuşdur. Belə ki, Musa, qara bənizli, ortayaşlı, ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki paltar olduqca əski və yamaqlıdır. Bu iki qardaşın həyatda heç cür bəxti gətirməmişdir. Belə ki, qardaşı Yusif vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gənc kimi saralıb, solmuşdur. Musanın əli mətbəədə iş zamanı kəsilmişdir və gündən-günə də daha da pisləşirdi. Musa əsər boyunca Məcid əfəndidən özünün və vərəmli qardaşının haqqını istəyir. Musanı əsərdə belə qəddar və qisasçı edən qardaşı Yusifin gözünün qarşısında iztirablar içində öskürüb, qan qusması idi. Musanı o bədbəxt qardaşının iztirab və zülmlər içində sönüb bitməsi məhv edirdi. Qardaşının bu cür şiddətli öskürəklər içində boğularaq qalması ona öz kəsilmiş əlinin dərdini unutdururdu. Yusif tam altı il həbsxanadan fərqi olmayan mətbəədə çalışmışdı. Bu tozlu, çətin mühit onun ciyərini məhv etmişdi. Yusif və qardaşı Qara Musa mətbəənin tozunu udaraq, burda alın təri tökmüşdülər. Əsərdə insaf və mərhəməti olmayan mətbəə müdiri- Məcid əfəndi Yusiflə Musaya zillət və səfalətdən başqa bir şey vermir. Yusiflə Musanın bu acınacaqlı aqibətini görən mətbəə işçilərinin hamısı susur. Onlar bu əsarət altında əzilməyə məhkum qalırlar. Halbuki onlar özlərindəki gücün fərqində belə deyillər. Bütün cahanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları – bütün sahibkarları sərsəmlətən hər kəsin aciz sandığı fəhlə əlləridir. Bu gün yer yüzünün bütün səadət və fəlakəti yalnız o əllərdən asılıdır. Bu fəhlə əlləri qarşısında bütün bəşəriyyət, bütün dünya hərəkətsiz qalacaqdır. Lakin bu qədər mürəttiblər özlərindəki gücdən xəbərsizcəsinə mətbəədə Yusiflə Musanın çarəsizliyinə tamaşa edirlər. Məcid əfəndini belə qəddar və zalım edən də məhz mətbəə işçilərinin susması idi. Məcid əfəndinin xarakterindəki qorxaqlıq Şeydanın Nikolayın haqqında yazdığı fikirlərə görə onu qovmasında bilinir. Məcid əfəndinin qorxusu o idi ki, mürəttiblər mətbəəni inqilab ocağına çevirərlər və bu onun həbsi ilə nəticələnər. Məcid əfəndi mətbəədə əlini itirərək, tək əli ilə qalan Musanın vərəmli qardaşına baxmaq üçün ondan iş istəməsini çox böyük hiddətlə qarşılayır. Musanı təhqir edərək qovur. Ona tək əldən səs çıxmaz deyir. Musa o əlini bu mətbəədə itirdiyini, ona görə də ona burada iş verilməsini tələb edir. Qarşılığında isə Məcid əfəndi onu mətbəədən qovur. Musanın Məcid əfəndidən istədiyi yalnız bir iş, bir vəzifə idi.
Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehləri yaşayan Yusif və qardaşı Qara Musanın birisinin xəstə, o biri birisinin də şikəst olmasının səbəbkarı kimi Məcid əfəndini və onun oğlu Əşrəfi görür. Maaşlar az, amma iş qucaq-qucaq...
Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının adını təsadüfən seçməmişdi. Əsərdə bu obrazın inqilabçı ruhu Peyğəmbər Hz. Musa ilə müqayisə olunur. “Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi”.
“Şeyda” faciəsində Əşrəfin var-dövlətinin qurbanı olan obrazlardan biri də Şeydadır. Belə ki, onun məcnun qəlbi pula dəyişdirildi. Roza tərəfindən sevgisi rəğbət görmədi. Bu sevgi hüsran ilə bitdi.
Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının bütün dəyişimini əsər boyunca olduqca dolğun bir şəkildə təsvir etmişdir. Belə ki, o özünü əsərin sonunda “səfillər kralı”, “sərsərilər sultanı” adlandırır. Qardaşını itirən Musanın tək məqsədi qisas almaq idi. O, həyatda yaşamaq səbəbini belə izah edir. “Gedəcək bir yerim yoq... Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum”.
Dramaturq pyesdə nakam sevgi qurbanı olan Şeydanın Roza ilə Əşrəfin qol-qola gəlib- getdiklərini görərkən məhv olmasını böyük yazıçı ustalığı ilə qələmə almışdır. Roza ilə Əşrəf bağçada eşq yaşayarkən, Musa əlindəki tapança ilə onların qarşısına çıxıb, Əşrəfdən hesab istəyir. Musa Əşrəfə atası Məcid əfəndinin ona qarşı etdiyi bütün insafsızlıqları sayır. Əşrəfə atasının onun tək əlinə lağ edərək, tək əldən səs çıxmaz deməsini ona xatırladaraq, bu tək əllə vərəmli qardaşını necə qara torpağa gömdüyünü anladır. Eyni zamanda bu tək əli ilə onu və atasını necə öldürəcəyini deyir. Əşrəf o mundar, zəngin, vicdansız, etibarsız, oğru siması ilə Musaya çoxlu pul təklif edir. İntiqam eşqi ilə alışıb yanan Musa Əşrəfi öldürür. Əşrəflə Musanın arasına girən Rozada köksünə dəyən güllədən yerindəcə ölür. Şeyda Rozanın ölümünə heç cür inanmaq istəmir və onun eşqindən dəli olur. Əşrəfi öldürəndən sonra Musanın tək amalı olur ki, Məcid əfəndini öldürsün. Musa çox yaxşı bilirdi ki, Məcid əfəndi oğlunu qəbiristanlıqda mütləq ziyarət etməyə gələcəkdir. Ona görə də onu məhz orda gözləyirdi. Musa düşmənini əsla bağışlamır. O, Məcid əfəndini köksündən vuraraq, öldürür. Bu işdə Musaya yardımçı olan məzarçını da onunla birlikdə tutub, həbs edirlər. Həbs olunan Musa və məzarçı həbsxanada Şeyda, Rəuf, Məsudu da görürlər. Onlarda inqilab etməkdə günahkar bilinərək, həbs olunmuşlar. Lakin bu inqilab zəfərlə bitir. “İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi. Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür”.
İnqilab nəticəsində həbs olunanlar azadlığa çıxır. Musada öz azadlığına qovuşur. Lakin Şeyda bu günü görmür. O artıq ölmüşdü.
Hüseyn Cavidin “Şeyda” pyesi “Rəmzi” və “Nakam” adları ilə də tanınır. “Şeyda” faciəsində həm cəmiyyətin sosial ziddiyyətlərinə, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərinə, mənəviyyatlarındakı təzadlara geniş yer verilmişdir. Əsər həm süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə olduqca əhəmiyyətlidir.
Həcər Atakişiyeva

Dostumuz Vasif Quliyevin daha iki kitabı çapdan çıxıb

vasif2
Tədqiqatçı jurnalist Vasif Quliyevin iki kitabı çapdan çıxıb. Şuşa qalasının şanlı tarixi keçmişinə, qədim şəhərin görkəmli elm və sənət adamlarına həsr olunmuş “Bu qala-daşlı qala...” adlı oçerklər toplusunda müəllifin otuzdan çox elmi-kütləvi, publisistik yazısı toplanmışdır.
“Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən” adlı ikinci kityabda isə qədim dövrlərdən başlayaraq indiyə qədər bədnam ermənilər haqda tarixçilərin, salnaməçilərin, səyyahların, yazıçıların, şairlərin, ictimai-siyasi xadimlərin fikirlər, mülahizələr, rəylər verilib. V.Quliyev əsasən rus dilindən tərcümə etdiyi bu fikirlər insanlığa sığmayan erməni xarakterinin ictimaiyyətə tanıdılmasında əhəmiyyətli mənbə rolunu oynayır.

 

 

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi

qara qenber
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi insan azadlığına, fərdin cəmiyyətdəki mövqeyinə, insan xarakterindəki ziddiyyətə toxunma baxımından müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının əsərindəki bu təzad özünü Qara Qənbər obrazının daxili düşüncələrində, fikirlərində və nəhayət əməlində özünü əks etdirir. Cəfər Cabbarlı Qara Qənbərin bütün xarakterini əsərdə tam şəkildə əks etdirir. Hekayə Qara Qənbərin keçmişinin təsviri ilə başlayır. Müəllif əsərdə obrazın həm keçmişini, həm indisini, həm də gələcəyini müqayisəli şəkildə təsvir edir. “Qara Qənbər böyük adam idi, özü də şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı” .
Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində mühitinə çox tez uyğunlaşan Qara Qənbərin öz qulluğundan çоx razı olmasını, geniş və işıqlı kabinetdə əyləşməsini, bir neçə cür telefоn işlətməsini, yanında qapıçının hazır durmasını, qapıda avtоmоbilinin, faytоnunun həmişə onu gözləməsini, qulluqçuların əmrinə hazır olmasını çox böyük yazıçı ustalığı ilə qələmə alır. Rahat həyata alışan Qara Qənbər gah telefоnu əlinə alıb оnunla-bununla çоx-çоx danışır, gah zəngi basıb qapıçıya əmr verir, gah da meşin pоrtfelini qоltuğuna alıb, avtоmоbilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Belə işləmək Qənbərə heç çətin gəlmirdi. Qəmbərin iş rejimi səhər bir neçə saat kabinetdə əyləşməkdən, həftədə də iki-üç dəfə idarə iclasında iştirak etməkdən ibarət idi. Ziddiyyətli obraz olan Qənbəri ilk vaxtlar hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbər ilk vaxtlar о qədər qulluqda işləyərdi ki, о axırda bu işlərdən sərxоş kimi оlurdu. Az qalırdı əqli uça. Lakin zaman keçdikcə onda bir çox dəyişikliklər baş verir. Qara Qənbər vəzifənin, pulun, ad-sanın, hörmətin əsirinə çevrilir. Qara Qənbər özündə ilk dəyişikliyə öz görkəmindən başlayır. O, bığlarını bəyənməyib, qırxdırmaq xəyalına düşür. Paltarını da dəyişdirib, fasоnlaşdırır. Müəyyən bir zamandan sonra Qara Qənbəri kim görsə, tanımırdı. Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində insan portretini olduqca olğun və canlı yaratmışdı. “Köhnə yоldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyоrdular. Bədəni dоlmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyоrdu və оnu çоx təşəxxüslü edirdi”.
Əsərin əvvəlində vəzifəsindən razılıq edən Qara Qənbər artıq tanışlarına rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çоx ağırdır. Yоldaş, yоrulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyоrlar”...
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər artıq ilk zamanlarından fərqli olaraq, fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışırdı. Bununla da işi xоd gedirdi. Güzəranı da xоş keçirdi. Qara Qənbər öz qоhumlarını da ətrafına yığmışdı. Qara Qənbərin qardaşlarını və başqa qоhumlarını yanında saxlamasının tək səbəbi o idi ki,onlar Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul idilər. Bütün arzularına çatan Qənbərin fikrində bir əməl var idi. Özünü böyük mərtəbə sahibi, qanacaqlı və inteligent bir adam kimi görən Qara Qənbər yalnız arvadından narazı idi. Cəfər Cabbarlı onun arvadını belə xarakterizə edir. “Qara Qənbərin arvadı çоx sadə idi. Türkəsayaydı: gələn qоnaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi”...
Bu haldan Qənbər çоx utanardı, çəkinərdi. Onun arvadı yadına düşəndə sir-sifəti turşuyardı. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum daha da artırdı. Pullanıb, vəzifə sahibi olan Qənbər arvadını bəyənməyib, ondan ayrılmaq qərarı verir. Cəfər Cabbarlı qonşuların sözü ilə Qara Qənbərin axır hərəkətləri analiz edir. “Qоnşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kоr eləmiş”...
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər obrazı ilk zamanlarından çox fərqlənirdi. O artıq evi də, arvadı da təzələmiş, keçmişini unudub təzə ömür sürürdü. Ədib Qara Qənbərin yeni arvadının təsviri ilə köhnəliklə yeniliyi müqayisəli təqdim və təhlil edir. Yeni qadının geyimi, yaşam tərzi, dili, xasiyyəti ilə Qara Qənbərin birinci xanımı müqayisə olunur. Üstünlük yeni qadına verilir. “Оnun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qоnaqlarla yaxşı rəftar edirdi. Geyimi Avrоpa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bоzbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi mоdiska parixmaxer qulluğunda hazır idilər”...
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin sonu olduqca müəmmalı və ibrətamiz bitir. Belə ki, başı avtоmоbillərə, faytоnlara, teatrlara, qоnaqlara, bağlara qarışan Qara Qənbərə həyat olduqca şirinləşmişdi. Əsərin sonu olduqca gizli bitir. “Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtоmоbili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına о halda dоlanmağa başladı. Sabahı günü hamı deyоrdu ki, daha qudurqanlıq bitdi”… Ədib əsərini bu cür tamamlayır. Daha başqa fikir yazmağa gərək duymur, çünki o dövrdə gecə yoxa çıxanları heç kim gündüz axtarmırdı. Cəfər Cabbarlı əsərində olduqca ibrətli sonluq yaratmağa nail ola bilmişdir. Əsər nəfsinə qul olanların acı sonunu özündə əks etdirir. İnsanları tamahkar olmamağa çağırır.


Həcər Atakişiyeva

İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki obrazlar toplusu

delikur

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan
olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv
qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay
oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin
zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”,
“Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir.
İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir.
İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn
olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman
janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır.
Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX
əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib
əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş
şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən
Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri
yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanının baş qəhrəmanı Göytəpə
kəndinin sayılıb-seçilən adamlarından olan Cahandar ağadır. Cahandar ağa əsərdə
ziddiyyətli obraz kimi təqdim olunur. Cahandar ağa xasiyyətcə qorxmaz, cəsarətli,
sözünü üzə deyə bilən adamdır. O, əsərdə özünün arvadı ola-ola başqasının arvadı
olan Mələyi götürüb qaçması ilə böyük bir səhv edir. Cahandar ağa bütün əsər
boyu bu etdiyi səhvin cəzasını ödəyir. Bu hadisədən sonra hər şey Cahandar ağanın
əleyhinə işləyir. Cahandar ağanın ağsaqqal yaşında evli olduğu halda evli bir qadın
olan Mələyi qaçırması onun bütün etibarını ailəsi və cəmiyyət arasında yox etdi.
Cahandar ağa bu hərəkəti ilə qaçırdığı Mələyin əri olan Allahyarın və özünün
arvadı Zərnigar xanımın qürurunu ayaqlar altına atmışdı. Cahandar ağanı
ziddiyyətli edən bir səbəbdə o idi ki, o, cahillik göstərib, başqasının arvadı olan
Mələyi götürüb qaçması ilə yanaşı kiçik oğlu Əşrəfin oxuyub, təhsilli olması üçün
əlindən gələni edir. Belə ki, Cahandar ağa yeganə Göytəpə kəndinin sakini idi ki,
oğlu Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Cahandar ağa belə bir
xarakterdə insan idi ki, özü başqasının namusuna sataşır, lakin özü hər kəsdən

namus tələb edir. Cahandar ağa üçün başqasının namusunun bir önəmi yox idi.
Onun üçün özünün kişilik qeyrəti hər şeydən üstün idi. Belə ki, Allahyar tərəfindən
atı Qəmərin quyruğu kəsiləndə acımadan bir göz qırpımından atı öldürür. İsmayıl
Şıxlı “Dəli Kür” romanında Cahandar ağanı qüdrətli insan, çətin zamanda ayaqda
durmağı bacaran, çar kazaklarının qabağında duruş gətirə bilən, camaatın havadarı,
xilaskarı kimi təqdim edir. Cahandar ağa xaraktercə ailəsinə, namus, qeyrət
məsələsinə çox böyük həssaslıqla yanaşan adam idi. Cahandar ağa başqalarından
tələb etdiyi namus anlayışına özü qəti şəkildə əməl etmirdi. Belə ki, o, başqasının
arvadı olan Mələyi götürüb qaçması Cahandar ağaya baha başa gəldi. Cahandar
ağanın ən böyük səhvlərindən biri də bacısı Şahnigarı öldürməsi olur. Bu
hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır. Bu
hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandar ağanın həyat ahəngini
pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da
rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət
hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik
gətirir. Cahandar ağa xaraktercə ziddiyyətli təqdim olunsa da, o, düşməni Allahyarı
gizli şəkildə, namərdcəsinə öldürmür. Onu qabaq-qabağa döyüşdə məhv edir.
İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı olan Şamxal bu
hadisəyə görə atasından üz çevirmişdi. Ata-oğul bir-birinə düşmən kəsilmişdi. Bu
hadisədən sonra qüruru sınan Şamxal evi tərk edir. Daha sonra o, özünə ev tikir və
dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun sosial statusuna
layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Şamxal
əsərdə çox ləyaqətli, dürüst, əməksevər, mərd, namuslu biri kimi təsvir olunur.
Belə ki, o, atasının başqasının arvadı olan Mələyi götürüb qaçmasından sonra o
evdə qalmır və eyni zamanda atasından heç bir mülk tələb etmir. Şamxal Cahandar
ağadan qorxmayıb, cavan olmasına baxmayaraq, atasının üzünə ağ olub, onun
səhvini kişi kimi üzünə deyir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi
qəhrəmanı isə Cahandar ağanın digər oğlu Əşrəfdir. Əşrəf İsmayıl Şıxlının “Dəli
Kür” romanında ədibin gələcək nəsilləri oxumuş görməyinin göstəricisi idi. Belə
ki, Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Əşrəf Qori Müəllimlər
Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini idi. İsmayıl Şıxlının
“Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə romanda rus Əhməd, poçt
Əhməd kimi tanınan ədibin maarifçi fikirlərini yayan obraz idi. Əhməd kənddə öz
yaşadığı evdə müəllimlik edib, kənd uşaqlarının oxuması, hərif tanıması üçün
əlindən gələni edir. O, Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə
Göytəpə kəndinin sakini olan Əşrəfin ilk müəllimi olmuşdu. Bu obraz sadəliyi,
savadlılığı, mehribanlığı ilə kənd uşaqlarının sevimlisi olmuşdu. İsmayıl Şıxlının

“Dəli Kür” romanının digər bir kişi obrazıda Allahyar idi. Allahyar əsərdə namusu
ləkələnmiş şəxsdir. Onunla Cahandar Ağa arasında əvvəlcədən heç bir düşmənçilik
olmayıb. Onlar arasındakı bu düşmənçiliyin əsas səbəbi Cahandar Ağanın
Allahyarın arvadı olan Mələyi götürüb qaçması idi. Cahandar Ağa ilə Allahyarın
düşmənçiliyində Allahyarın heç bir günahı yox idi. Əgər Cahandar Ağa onun
arvadını götürüb qaçmasaydı, heç Allahyarda onu tanımazdı. Allahyar Cahandar
Ağanın atı Qəmərin quyruğu kəsdirməklə, qızı Salatını qaçırtmaqla, onun evinə
gecə hücüm etməklə oda bacardığı qədər onun namusuna sataşır. Yazıçı əsərində
Allahyara haqq qazandırır, çünki Cahandar Ağanın elədiyi böyük qəbahət idi.
Onun etdiyi bu hərəkət heç bir əxlaqa sığmırdı. Cahandar ağa qolunun gücünə
güvənib, cəmiyyətin nizamını pozub, başqasının arvadını evinə gətirmişdi.
Allahyarın Cahandar Ağa ilə tək problemi arvadı Mələyi qaçırması idi. İsmayıl
Şıxlı “Dəli Kür” romanında Çernyayevski ilə Kipiani xətti ilə maarifçilik fikirlərini
əsərində yaymışdır. Onlar Göytəpə kəndinə gəlib, oradakı sakinlərlə danışıb, təhsil
vermək üçün Qori Müəllimlər Seminariyasına uşaq aparmaq istəyirdilər. Lakin
onların qarşısına ilk çıxan maneə Molla Sadıq olur. Molla Sadıq elmə, maarifə
qarşı çıxan bir adam idi. O, icazə vermir ki, Göytəpə kəndinin sakinləri öz
övladlarını Qori Müəllimlər Seminariyasına göndərsinlər. Çünki elmli adamlar
Molla Sadığın gözünün düşməni idi. Cahandar ağa oğlu Əşrəfi Molla Sadıqla
məsləhət etmədən Qori Müəllimlər Seminariyasına göndərsinə görə onlar arasında
ədavət başlamışdı. Molla Sadıqla Cahandar ağa Çernyayevski ilə Kipianinin
xahişinə görə yenidən üz-üzə gəlməli olurlar. Belə ki, Molla Sadıq icazə vermirdi
ki, kənd camaatı uşaqlarını təhsil almağa göndərsin. Molla Sadıq Cahandar Ağadan
daim qisas almağa fürsət axtarırdı. İsmayıl Şıxlı “Dəli Kür” romanında Molla
Sadığı məkrli və xəyanətkar biri kimi oxucuya təqdim edir. Beləliklə, Molla Sadıq
Cahandar Ağadan qisas almaq üçün onun düşməni olan Allahyarla birləşib,
Cahandar Ağanın qızını qaçırdır. Həmçinin, o, kazaklarla əlbir olub Cahandar
Ağaya arxadan zərbə vurur. Molla Sadıq Cahandar Ağaya oğlunu Qori Müəllimlər
Seminariyasına oxumağa göndərməsinə, elmə-təhsilə verdiyi dəyərə, kəndə
uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevskiyə köməklik etdiyinə görə
düşmən olmuşdu. Beləliklə də, Molla Sadıqla Cahandar Ağa əzəli düşmən oldular.
Amma Molla Sadıq Cahandar Ağadan intiqamını mərd şəkildə almadı. O,
Cahandar Ağanın dul bacısı Şahnigarı meyxanaya aldadıb, gətirdib, rüsvay edir.
Buna dözməyən Cahandar Ağa bacısını öldürür. Əsərdə təsvir olunan qadın
obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç
dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli
Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın

obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən
fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin
xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli
Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar
xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı,
Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya
bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə
mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü
gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün
Cahandar ağanı heç cür bağışlaya bilmirdi. Zərnigar xanıma Cahandar ağanın bu
hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə
razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan
Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında
bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu
qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox
təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın
başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona
özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən
çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi
onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda
olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun
düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi
və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq
demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar
xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin
qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir
olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi.
Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından
olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək.
İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı
olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat
yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır.
Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı
Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin
Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki,
Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı
aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın

ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə
boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən
əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü psixologizm yarada
bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan
gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını
götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı
ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin
qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar
ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl
bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan
gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu
uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına
gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi,
qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə
düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma
təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını
qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və
düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını
qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar
qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq
istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını
qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın
Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev
sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub,
öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir.
Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə
birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının
digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir.
Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu
üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc
bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin
mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı
bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət
qazanmasında bu əsərin çox böyük rolu vardır. Ədibin yaratdığı obrazların
müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür”
əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

Həcət Atakişiyeva

Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı

qacar

Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı
Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və
məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı
olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’
(1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri
Azərbaycan ədəbiyyatında olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun
1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi
keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib
1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn
edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan
Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd
Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii
xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir.
S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə
və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədib Vaqiflə yanaşı
İran hökmdarı Ağa Məhəmməd şah Qacarında obrazını yaratmışdır. Əsərdə Səməd
Vurğun Ağa Məhəmməd şah Qacarı M.P.Vaqifə əks qütbdə yaratmışdır. Hər iki
tarixi şəxsiyyət bir-birinə qarşı qoyulmuşdur. Ədib Ağa Məhəmməd şah Qacarı
əsərdə əsas lakin, mənfi surət kimi təqdim edir. Ağa Məhəmməd şah Qacar Vaqiflə
mədəniyyət, torpaq, xalq, millət, dil, söz, ədəbiyyat, mədəni irs savaşına çıxır.
Vaqif dərin zəkası hesabına Ağa Məhəmməd şah Qacarın bütün sözlərinə cavab
verib, ona yerini göstərə bilir. Səməd Vurğunun Ağa Məhəmməd şah Qacarı
əsərində qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə kin bəsləyən biri kimi
təqdim etməsinin bir səbəbi də Vaqifə olan hədsiz sevgisi idi. Ağa Məhəmməd şah
Qacar əsərdə öz hirsinə qalib gələ bilməyib, dünyanın hər gözəlliyini qəbul
etməyən, yalnız qılınc gücünə güvənən biri kimi təsvir olunur. Onun tanrısı qılınc
və qan olur. Bu səbəblərdə Ağa Məhəmməd şah Qacara hamının qəzəb və nifrətini
qazandırır. O, çox günahsız qanların axmasına bais olmuşdu. Səməd Vurğun Ağa
Məhəmməd şah Qacarı əsərdə etiqadsız və etibarsız biri kimi göstərir. Səməd
Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacarın dilindən tez-tez təkrar
edilən bu sözlər onun insan qanına susadığının, bəşəriyyətə fəlakətlər gətirməyinin
başlıca göstəricisidir. Dramda Qacarın bu qədər çox qəddar təsvir olunmasının əsas

səbəbi kimi onun Şuşaya hücumunu, şəhəri əsarəti altına almasını göstərmək çox
düzgün olardı. Ədib Qacarın əsl niyyətinin soymaq, talamaq, qan tökmək, ona
qarşı çıxanları əsir götürmək, torpağı ələ keçirmək olduğunu böyük dramaturq
qələmi ilə yazıya almışdır.
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə birxanimandır!..
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!

Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar özünün
nəsil-nəcabəti ilə daim öyünür. Ədib isə Qacarı şərəfsiz, məsləksiz bir fateh kimi
təqdim edir. O, Şuşanı əsarəti altına ala bilsədə, oranı tabeliyində saxlaya bilmir.
Qarabağda at oynatmaq istəyən Ağa Məhəmməd şah Qacar burada öldürülür.
Səməd Vurğunun İran padşahına nifrətini onun hər misrasında görmək olur. Ədibin
bu nifrətinin səbəbidə odur ki, Ağa Məhəmməd şah Qacar Şuşada ədalətsizlik edir,
qan tökür, başqalarının torpağını işğal edir. Qacarın bu dedikləri onun əsl simasını
oxucuya çatdırır:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ,
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də yer üzünün bir Allahıyam.
Gərək biz qoymayaq daşı daş üstə,
Atın yığın-yığın leşi baş üstə!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır!..

Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı ədalətsiz,
qəddar, cani, insan qanına susayan, bəşəriyyətə fəlakətlər gətirən, etiqadsız və
etibarsız biri kimi təqdim olunub. Səməd Vurğun əsərindəki Qacarı öz təxəyyülünə
uyğun olaraq elə canlandırmışdı. Ədib bu yaratdığı Qacar obrazı ilə ədəbiyyatda
bir çox yeniliklər etdi. Səməd Vurğunun “Vaqif” dramındakı Ağa Məhəmməd şah
Qacar obrazını təhlil edərkən, onun yazıldığı zamanı və şəraiti nəzərə almaq
lazımdır. Əlbəttə ki, Səməd Vurğunun yaşadığı zamanda hər hansı şahı tərif etmək
qeyri- mümkün idi. Belə ki, əsər Sovet dönəmində Azərbaycan SSRİ-nin işğalı
altında olan zaman yazılmışdı. Səməd Vurğunun “Vaqif” dramında Ağa
Məhəmməd Şah Qacar Azərbaycana düşmən mövqeyində dayanan, hədsiz
dərəcədə zülmkar, vicdanını tamami ilə itirmiş, bütün bəşəriyyətə nifrət edən,
yalnız qan tökməkdən həzz alan bir hökmdar kimi təqdim olunub. Ədib qəddar
şahın simasını onun öz dili ilə ifşa edir. Səməd Vurğun əsərdə tipi öz dili ilə ifşa
edib, onun xarakterini oxucuya tipin öz dili ilə çatdırır.
Ana qarnındakı o qandanam mən...
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandıır.
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın
Azərbaycanlı olduğunu dönə-dönə bildirir. Lakin Qacar vətəninin Azərbaycan və
soyunun isə türk olmasını heç cür qəbul etmir. Qacar İran torpağının yetişdirdiyi
Firdovsilər ilə bütün əsər boyunca fəxr edir. Ümumilikdə, Qacar türk dilini,
millətini sevməyən, farspərəst bir hökmdar kimi təsvir olunub. Əsərdə Ağa
Məhəmməd Şah Qacarın niyyətinin Qarabağ xanlığını tabe edib, buranın millətini
farslaşdırmaq olmağı fikri təsdiqini tapır. Səməd Vurğun “Vaqif” dramında Ağa
Məhəmməd Şah Qacarın öldürülməsini tarixi reallıqlardan tam fərqli olaraq
qələmə almışdır. Ədib Qacarın ölümünə öz təxəyyülünə uyğun yanaşmışdır. Səməd
Vurğun Ağa Məhəmməd Şah Qacarın M.P.Vaqifi və oğlu Əli bəyi edam etdirdiyi
zaman üsyançı Eldarın dəstəsinin onları xilas etməsinin təsviri ilə əsərinin baş
qəhrəmanının faciəli ölümünü qələmə almır. Qacarla qılınc davası edən Eldar şahı
yaralayır və qapıçı Qacarı arxadan vurub öldürür. Səməd Vurğunun “Vaqif”
dramının sonluğunu belə yazmasının bir səbəbi də sovet idealogiyası idi. Əsərdə
xeyiri təmsil edən Vaqif şərə, yəni Qacara qalib gəlməli idi. Əsər Şah Qacarın
obrazını mənfi şəkildə təqdim etməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında
xüsusi mövqeyə sahibdir.

Həcər Atakişiyeva

 

Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyəti

vaqif

Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı
kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca
zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca
zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937),
“Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan
ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı
ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona
Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may
ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd
Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair,
həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif»
dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə
olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif»
dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin
həyat və yaradıcılığına həsr olunmuşdur. Ədibin əsərinin əsas qəhrəmanı Vaqifdir,
hadisələr onun ətrafında cərəyan edir. Səməd Vurğun “Vaqif” dramında onu vəzir,
şair, əyilməz bir şəxsiyyət kimi təqdim edir. Əsərdə Vaqifin xalq arasında
hörmətindən, şöhrətindən, saraydan şikayətindən, nüfuzundan, diplomatik
hünərindən, cəsarətindən, kəskin zəkasından geniş bəhs olunur. Səməd Vurğun
Vaqifin qəzəl və qoşmalarının məclislərdə ifa etməsini, xalqın ona olan böyük
məhəbbətini çox yüksək qiymətləndirmişdir. Səməd Vurğun “Vaqif” dramında
oxucuya göstərir ki, Vaqifin şeirləri Azərbaycan xalqının mənəvi sərvətidir. Vaqif
xarakter olaraq, təbiəti və gözəllikləri vəsf edən, gözəlliyə vurğun, xeyir işə,
şadlığa can atan, insanları azad və xoşbəxt görmək istəyən, şairlik əzəmətini uca
tutan, insanlıq ləyaqətini hər şeydən önəmli sayan, mənən sadə və zəngin olan,
düşmən qarşısında xalqı tək qoymayan, xalq hikmətini dəyərləndirən, məğrur və
əyilməz insanları qiymətləndirən, təcrübəli, əyilməz, məğrur durmağı bacaran biri
kimi təsvir olunmuşdur. Vaqif əsərdə vətənpərvər, humanist keyfiyyətlərə sahib
insan kimi dəyərləndirilir. Səməd Vurğun Vaqifi əsərində əyilməz vicdanın böyük
heykəli kimi təqdim edir. Vaqif xarici işğalçılara qarşı mübarizədə xalqını əsla tək,
yalnız qoymur. O, əsərdə düşmənə qarşı barışmaz mövqe alaraq, aparıcı qüvvə

kimi çıxış edir. Əsərdə Vaqif Azərbaycan xalqının siması kimi təqdim olunur.
Səməd Vurğunun Vaqifə Azərbaycan xalqına göstərdiyi xidmətlərə görə böyük
hörməti vardı və bu hörmətidə əsərində çox gözəl bir şəkildə əks etdirə bilmişdir.
Səməd Vurğunun "Vaqif" əsərini yazmaqda bir məqsədi də o idi ki, Azərbaycan
xalqının dəyərli oğlu olan Molla Pənah Vaqifin şəxsiyyətini tanıtdırsın və ona olan
sevgisini bir əsərində cəmləşdirsin. Səməd Vurğunun "Vaqif" əsəri Molla Pənah
Vaqifin şöhrətini xalq arasında, ədəbiyyatçılar, ziyalılar, şeir pərəstişkarları
arasında çox yüksəklərə qaldırdı. Səməd Vurğunun əsas məqsədi o idi ki, Vaqifin
şeirlərini, XVIII əsrdə Azərbaycan ədəbiyyatındakı mövqeyini, xidmətlərini
özündə birləşdirən əsər yazsın və Vaqifi geniş tanıtdırıb, onu xalqa daha da
yaxınlaşdırsın. Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi
xalqa doğma etmək - bunların hamısı Səməd Vurğunun Azərbaycan ədəbiyyatı
tarixinə göstərdiyi xidmətlər idi. Səməd Vurğun "Vaqif" əsəri ilə Vaqif obrazını
xalqa o qədər çox sevdirdi ki, çox ailə yeni doğulan övladlarına Vaqif adını verdi.
Səməd Vurğunun “Vaqif” dramında Azərbaycan xalqının dahi şəxsiyyəti olan
Vaqifin şəklini, heykəlini görürük. Səməd Vurğun “Vaqif” dramı ilə
mədəniyyətimizdə, ədəbiyyatımızda, mənəviyyatımızda Vaqifin adını
əbədiləşdirdi. Həmçinin əsər oxucuya Vətənə məhəbbət, xalqa inam, Azərbaycan
dilinə, milli ənənələrimizə məhəbbət aşılayır. Səməd Vurğun "Vaqif" əsərində
Vaqif obrazını xalqına, millətinə sadiq, millətinin oyanışına, milli dirçəlişinə
xidmət edən insan kimi təsvir edib. Vaqif həmişə azadlıq, müstəqillik tərəfdarı kimi
çıxış edib. O, Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyibdir. Səməd
Vurğun Vaqifin xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin
ümumi səviyyəsinin qalxmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir.
"Vaqif" dramında azərbaycançılıq amili önəmli möyqedə dayanır. Səməd Vurğun
Vaqifin mədəniyyətimizə, tariximizə, torpaqlarımızın qədimiliyinə, xalqımızın
müdriklikliyinə, Azərbaycan varlığının və Azərbaycan sənətinin yüksəkliyinə,
böyüklüyünə göstərdiyi xidmətləri yüksək dəyərləndirmişdir. Səməd Vurğun
"Vaqif" əsərində Vaqif obrazını tərənnüm etmişdir. Vaqif xalqın sevgisinə və
rəğbətinə güvənərək, İbrahim xanın sarayında yaşaya bilmişdir. Onun üçün millət,
dil, vətən sevgisi daim ön planda olmuşdur. Səməd Vurğun "Vaqif" əsərində tarixi
şəxsiyyətlərə və hadisələrə öz mövqeyindən münasibət göstərmişdir. Səməd
Vurğun "Vaqif" dramında ayrı-ayrı şəxsiyyətlərin tarixdəki rolunu özünəməxsus
şəkildə qiymətləndirməklə, onları üzə çıxarmaq, tanıtmaq və təbliğ etmək istəyirdi.
Əsərdə azərbaycançılıq və vətənpərvərlik ən mühüm duyğudur. Əsərdə
Azərbaycan dili Azərbaycan xalqının danışıq dili kimi yüksəklərə qaldırılır. Səməd
Vurğunun Azərbaycan dilinin müasir səviyyəsinin formalaşmasında və

təkmilləşməsində əvəzsiz rolu vardır. "Vaqif" dramında Vaqif istər Qarabağ xanı
İbrahim xanın sarayında, istərsə də Məhəmməd şah qacarın hüzurunda özünün
dəyanətini və qürurunu qoruyub, saxlaya bilmişdir. Yazıçı Vaqifin xalqın
taleyindəki rolunu, güclü və haqlı mövqeyini xalqın qəhrəmanına çevirməsi üçün
əsas bir cəhət görür. Vaqif xalqın çox arzuladığı bir sənətkar idi, çünki o, haqq
sözünü, ədalətli kəlməni dilinə gətirə bilirdi. O, hökmdarların hökmünün
qarşısında sınmayan bir şəxsiyyət idi. Vaqif saraylarda xalqın ruhunu təmsil edən
şəxsiyyət idi. Əsərdə Vaqif XVIII əsrin məşhur Azərbaycan şairi kimi layiqli
mövqedə təmsil olunmuşdur. O, İran hökmdarı Ağa Məhəmməd şah Qacara qarşı
kəskin mövqedə dayanaraq, xalqının mənafeyini hər şeydən uca tuturdu. Səməd
Vurğun "Vaqif" dramında Vidadi ilə Vaqifin yaxın dostluq münasibətlərinin təsviri
ilə əsərdə əsl dost problemini qoymuşdur. Dostun dar və şad gündə tanınması
mövzusu əsərdə aparıcıdır. Vidadi əsərdə həm dar, həm də şad günün dostu kimi
təqdim olunur. Əsərdə Vaqifin xarakterinin bir çox özəllikləri Qarabağ xanı
İbrahim xanla, Eldarla, Xuramanla, Əli bəylə, Əli bəyin sevgilisi Gülnarla, Şeyx
Alı ilə söhbətlərində təqdim olunur. Səməd Vurğun Vaqifin bir həyat yoldaşı kimi
obrazını Xuramanla olan münasibətində vermişdir. Vaqif Xuramana qarşı son
dərəcə səbirli, nəzakətli, mehriban, qayğıkeş rəftar edir. Lakin vəfasız Xuraman
Vaqifi məyus və peşman edir. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah
Vaqifin şəxsiyyətini onun oğlu olan Əli bəy ilə münasibətində göstərir. Vaqif
oğluna qarşı olduqca mehriban və qayğıkeş ata idi. Səməd Vurğun Vaqifin atalıq
hissini əsərdə çox dolğun bir şəkildə təsvir etmişdir. Əsərdə Vaqifin şəxsiyyəti hər
tərəfli oxucuya çatdırılmışdır. Vidadi və Eldar xətti ilə dostluq məsələsinə
toxunmuş, əsl dostluq problemini qabartmışdır. Səməd Vurğun “Vaqif” dramında
Molla Pənah Vaqifin şəxsiyyətini hər tərəfli oxucuya çatdıra bilmişdir. Əsərdə
Vaqifin vəzirliyinin təsviri ilə Qarabağ xanlığının diplomatik əlaqələrinədə yer
verilir. Vaqif hər bir çətinlikdən xalqına güvənərək, çıxa bilir. Səməd Vurğunun
“Vaqif” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

Həcər Atakişiyeva

Hüseyn Cavidin “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti

iblis

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri olan “İblis” pyesini 1918-ci ildə yazmışdır. Dramaturqun pyesi ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “İblis” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin “İblis” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “İblis” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavid yaradıcılığının bədii-estetikasının bütün özəlliklərini bu əsərdə görürük. “İblis” pyesi Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarını özündə ehtiva edir. Ədib əsərdə romantik bədii düşüncənin, fəlsəfi lirikanın orijinal nümunələrini yaratmışdır. Hüseyn Cavidin “İblis” pyesi onun yaradıcılığını bədii növ, janr və forma cəhətdən zənginləşdirmişdir. Dramaturqun əsərdə yüksək bədii sənətkarlığı, dərin emosionallığı açıq-aşkar görünür. Əsərdə ümumbəşəri problemlər qaldırılmışdır və milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur. Ədibin “İblis” faciəsinin mövzusu İstanbul həyatından alınmışdır. Dramaturq əsərdə İblis və Mələk adlı mifik obrazlar yaratmışdır. Əsər İblisin məmnun qəhqəhələrlə dediyi monoloqu ilə başlayır.
Dəryalara hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan...
Hüseyn Cavid “İblis” pyesində insanlığa qarşı olan bu dəhşəti, fəlakəti, vəhşəti, zəlaləti bəşəriyyətin bəlası sayır. Əsərdə Mələk adlı mifik obraz bəşəriyyətdə olan bütün vəhşiliklərin, cinayətlərin, xəyanətlərin, fəlakətlərin günahkarı kimi İblisi görür. Onun insan oğlunu yolundan çıxarıb, fəlakətlərə düçar etdiyini söyləyir. Əsərdə İblisin şiddətli, məğrur qəhqəhələr içində özünün tərifi verilir.
Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp Xaliqə təsbih idi, təhlil idi virdim,
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,
Allah ilə bir zikr edilir namü nişanım.
Hüseyn Cavid “İblis” pyesində mədəni vəhşəti, zülmü, cinayəti, fəlakəti, xainliyi pisləyən, əsər boyu bəşəriyyətə insanlıq duyğusu, vicdanlı olmağı məsləhət bilən Arif axırda özü İblisə qul olur. O, silah, qurşun, qızıl imtahanından keçə bilməyib, nəfsinin köləsinə çevrilir. Ədib İblisin bu sözləri ilə dində, məzhəbdə dəhşətin hakim olduğunu bildirir.
Hər din ilə, məzhəblə, siyasətlə cihanda
Hər fırtına qopmuşsa, əvət, bən varam orda.
Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət,
Hakimdir o yerlərdə şu qarşındakı xilqət.
Hüseyn Cavid “İblis” faciəsində Şərqdəki abidlərin, Qərbdəki rahiblərin, qazi olub fitnələr icad edənlərin, mürşid olub aləmi bərbad edənlərin iç üzünü ifşa edir. Ədib bu fikirləri ilə din adından istifadə edənləri tənqid və ifşa edir.
Bəzən olurum bir papa!
Cənnət satarım bən,
İsa dirilib gəlsə də qorqar qəzəbimdən.
Bəzən olurum bir çoban, azadə bir insan,
Bəzən olurum zülmü fəsad aşiqi sultan.
Hüseyn Cavid “İblis” pyesində xəyal ilə həqiqəti, fəlakət ilə əmin-amanlığı, xeyir ilə şəri, elm ilə cəhaləti vəhdətdə təqdim edir. İblisin sözlərinin əsiri olan Arif əsəbi və xırçın hərəkətləri ilə İblisə uyub, bir çox cinayətlərə bais olur. Ədib çılğın və qorqunc İblisin hər ölkədə, hər diyarda, hər evdə, viranədə, hər bütxanada, meyxanadə olduğu fikrini söyləyir. Hər kəsin İblisi dinlədiyini, lakin ona nifrət də etdiklərini bildirir. İblis məğrur qəhqəhələr ilə hər kəsin ona aciz qul olduğunu, insanların pəncəsində əzilib, qıvrılıb, məhv olduqlarını söyləyir. İblis insanlara rəhbərlik edən qan püskürən, atəş savuran kinli kralları, şahları, ulu xaqanları, qızıl və qadın düşkünü olanları, min hiylə quran tülkü siyasətçiləri, hər an məzhəb çıxaran, yol ayıran din xadimlərini, xalqı soyan əyanları, bütün fitnəkar şərləri, zülmü, xəyanəti yer üzünün həqiqi İblisi sayır. Dramaturqun “İblis” pyesi İblisin aşağıdakı sözləri ilə bitir. Ədib cümlə xəyanətlərə bais, hər kəsə xain olan insanı yer üzünün İblisi adlandırır.
İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? – İblis!..
Hüseyn Cavid irsinin ən kamil nümunəsi olan “İblis” pyesi daim araşdırmaçılar tərəfindən öyrənilmişdir. Əsərdə dahi dramaturq bəşəri problemlərə toxunmuşdur. Hüseyn Cavid irsinin dünyada layiqincə təbliğ olunmasında “İblis” pyesinin mühüm rolu vardır. Dahi dramaturqun yaradıcılığının ən yüksək zirvəsi olan “İblis” pyesinə bütün tədqiqatçılar həssaslıqla yanaşmışlar. Hüseyn Cavidin “İblis” pyesinin dünyanın bir çox ölkələrində səhnəyə qoyulmasında, bir çox dillərə tərcümə olunub, nəşr edilməsində əsərin bədii gücünün yüksək olmasının böyük rolu vardır. “İblis” faciəsi Hüseyn Cavid irsinin tanınmasında və çox yüksək qiymətləndirilməsində mühüm əhəmiyyətə malikdir. “İblis” əsəri dramaturqun Azərbaycan ədəbiyyatı tarixinə bəxş etdiyi növbəti həqiqi dəyəri olan bir əsərdir.

Həcər Atakişiyeva

İsmayıl Şıxlının “Dəli Kür” əsərində qadın obrazları

dkqo

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan
olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv
qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay
oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin
zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”,
“Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir.
İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir.
İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn
olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman
janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır.
Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX
əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib
əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş
şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən
Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri
yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanında insan psixologiyası ən dərin
qatlarına kimi yazıçı tərəfindən təsvir olunmuşdur. Əsərdə təsvir olunan qadın
obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç
dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli
Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın
obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən
fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin
xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli
Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar
xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı,
Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya
bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə
mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü
gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün
Cahandar ağanı heç cür bağışlaya bilmirdi. Zərnigar xanıma Cahandar ağanın bu

hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə
razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan
Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında
bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu
qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox
təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın
başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona
özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən
çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi
onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda
olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun
düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi
və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq
demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar
xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin
qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir
olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi.
Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından
olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək.
İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı
olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat
yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır.
Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı
Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin
Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki,
Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı
aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın
ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə
boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın
öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü
psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü
bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb,
başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki,
bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də
bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir
qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf,
mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun

bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə
atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin
köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü
dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının
arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının
həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının
başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan
alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın
atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı
qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası
Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin
qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə
bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur,
məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar
xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı
Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı
Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür”
əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın
həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb
bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz,
saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri
özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli,
ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük
şöhrət qazanmasında “Dəli Kür” əsərinin çox böyük rolu vardır. Ədibin əsərdə
yaratdığı qadın obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır.
İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük
əhəmiyyətə malikdir.

Həcər Atakişiyeva

2 -dən səhifə 10

Oxşar məqalələr