Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı
kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca
zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca
zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937),
“Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan
ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı
ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona
Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may
ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd
Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair,
həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif»
dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə
olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif»
dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin
həyat və yaradıcılığına həsr olunmuşdur. Ədibin əsərinin əsas qəhrəmanı Vaqifdir,
hadisələr onun ətrafında cərəyan edir. Səməd Vurğun “Vaqif” dramında onu vəzir,
şair, əyilməz bir şəxsiyyət kimi təqdim edir. Əsərdə Vaqifin xalq arasında
hörmətindən, şöhrətindən, saraydan şikayətindən, nüfuzundan, diplomatik
hünərindən, cəsarətindən, kəskin zəkasından geniş bəhs olunur. Səməd Vurğun
Vaqifin qəzəl və qoşmalarının məclislərdə ifa etməsini, xalqın ona olan böyük
məhəbbətini çox yüksək qiymətləndirmişdir. Səməd Vurğun “Vaqif” dramında
oxucuya göstərir ki, Vaqifin şeirləri Azərbaycan xalqının mənəvi sərvətidir. Vaqif
xarakter olaraq, təbiəti və gözəllikləri vəsf edən, gözəlliyə vurğun, xeyir işə,
şadlığa can atan, insanları azad və xoşbəxt görmək istəyən, şairlik əzəmətini uca
tutan, insanlıq ləyaqətini hər şeydən önəmli sayan, mənən sadə və zəngin olan,
düşmən qarşısında xalqı tək qoymayan, xalq hikmətini dəyərləndirən, məğrur və
əyilməz insanları qiymətləndirən, təcrübəli, əyilməz, məğrur durmağı bacaran biri
kimi təsvir olunmuşdur. Vaqif əsərdə vətənpərvər, humanist keyfiyyətlərə sahib
insan kimi dəyərləndirilir. Səməd Vurğun Vaqifi əsərində əyilməz vicdanın böyük
heykəli kimi təqdim edir. Vaqif xarici işğalçılara qarşı mübarizədə xalqını əsla tək,
yalnız qoymur. O, əsərdə düşmənə qarşı barışmaz mövqe alaraq, aparıcı qüvvə
kimi çıxış edir. Əsərdə Vaqif Azərbaycan xalqının siması kimi təqdim olunur.
Səməd Vurğunun Vaqifə Azərbaycan xalqına göstərdiyi xidmətlərə görə böyük
hörməti vardı və bu hörmətidə əsərində çox gözəl bir şəkildə əks etdirə bilmişdir.
Səməd Vurğunun "Vaqif" əsərini yazmaqda bir məqsədi də o idi ki, Azərbaycan
xalqının dəyərli oğlu olan Molla Pənah Vaqifin şəxsiyyətini tanıtdırsın və ona olan
sevgisini bir əsərində cəmləşdirsin. Səməd Vurğunun "Vaqif" əsəri Molla Pənah
Vaqifin şöhrətini xalq arasında, ədəbiyyatçılar, ziyalılar, şeir pərəstişkarları
arasında çox yüksəklərə qaldırdı. Səməd Vurğunun əsas məqsədi o idi ki, Vaqifin
şeirlərini, XVIII əsrdə Azərbaycan ədəbiyyatındakı mövqeyini, xidmətlərini
özündə birləşdirən əsər yazsın və Vaqifi geniş tanıtdırıb, onu xalqa daha da
yaxınlaşdırsın. Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi
xalqa doğma etmək - bunların hamısı Səməd Vurğunun Azərbaycan ədəbiyyatı
tarixinə göstərdiyi xidmətlər idi. Səməd Vurğun "Vaqif" əsəri ilə Vaqif obrazını
xalqa o qədər çox sevdirdi ki, çox ailə yeni doğulan övladlarına Vaqif adını verdi.
Səməd Vurğunun “Vaqif” dramında Azərbaycan xalqının dahi şəxsiyyəti olan
Vaqifin şəklini, heykəlini görürük. Səməd Vurğun “Vaqif” dramı ilə
mədəniyyətimizdə, ədəbiyyatımızda, mənəviyyatımızda Vaqifin adını
əbədiləşdirdi. Həmçinin əsər oxucuya Vətənə məhəbbət, xalqa inam, Azərbaycan
dilinə, milli ənənələrimizə məhəbbət aşılayır. Səməd Vurğun "Vaqif" əsərində
Vaqif obrazını xalqına, millətinə sadiq, millətinin oyanışına, milli dirçəlişinə
xidmət edən insan kimi təsvir edib. Vaqif həmişə azadlıq, müstəqillik tərəfdarı kimi
çıxış edib. O, Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyibdir. Səməd
Vurğun Vaqifin xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin
ümumi səviyyəsinin qalxmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir.
"Vaqif" dramında azərbaycançılıq amili önəmli möyqedə dayanır. Səməd Vurğun
Vaqifin mədəniyyətimizə, tariximizə, torpaqlarımızın qədimiliyinə, xalqımızın
müdriklikliyinə, Azərbaycan varlığının və Azərbaycan sənətinin yüksəkliyinə,
böyüklüyünə göstərdiyi xidmətləri yüksək dəyərləndirmişdir. Səməd Vurğun
"Vaqif" əsərində Vaqif obrazını tərənnüm etmişdir. Vaqif xalqın sevgisinə və
rəğbətinə güvənərək, İbrahim xanın sarayında yaşaya bilmişdir. Onun üçün millət,
dil, vətən sevgisi daim ön planda olmuşdur. Səməd Vurğun "Vaqif" əsərində tarixi
şəxsiyyətlərə və hadisələrə öz mövqeyindən münasibət göstərmişdir. Səməd
Vurğun "Vaqif" dramında ayrı-ayrı şəxsiyyətlərin tarixdəki rolunu özünəməxsus
şəkildə qiymətləndirməklə, onları üzə çıxarmaq, tanıtmaq və təbliğ etmək istəyirdi.
Əsərdə azərbaycançılıq və vətənpərvərlik ən mühüm duyğudur. Əsərdə
Azərbaycan dili Azərbaycan xalqının danışıq dili kimi yüksəklərə qaldırılır. Səməd
Vurğunun Azərbaycan dilinin müasir səviyyəsinin formalaşmasında və
təkmilləşməsində əvəzsiz rolu vardır. "Vaqif" dramında Vaqif istər Qarabağ xanı
İbrahim xanın sarayında, istərsə də Məhəmməd şah qacarın hüzurunda özünün
dəyanətini və qürurunu qoruyub, saxlaya bilmişdir. Yazıçı Vaqifin xalqın
taleyindəki rolunu, güclü və haqlı mövqeyini xalqın qəhrəmanına çevirməsi üçün
əsas bir cəhət görür. Vaqif xalqın çox arzuladığı bir sənətkar idi, çünki o, haqq
sözünü, ədalətli kəlməni dilinə gətirə bilirdi. O, hökmdarların hökmünün
qarşısında sınmayan bir şəxsiyyət idi. Vaqif saraylarda xalqın ruhunu təmsil edən
şəxsiyyət idi. Əsərdə Vaqif XVIII əsrin məşhur Azərbaycan şairi kimi layiqli
mövqedə təmsil olunmuşdur. O, İran hökmdarı Ağa Məhəmməd şah Qacara qarşı
kəskin mövqedə dayanaraq, xalqının mənafeyini hər şeydən uca tuturdu. Səməd
Vurğun "Vaqif" dramında Vidadi ilə Vaqifin yaxın dostluq münasibətlərinin təsviri
ilə əsərdə əsl dost problemini qoymuşdur. Dostun dar və şad gündə tanınması
mövzusu əsərdə aparıcıdır. Vidadi əsərdə həm dar, həm də şad günün dostu kimi
təqdim olunur. Əsərdə Vaqifin xarakterinin bir çox özəllikləri Qarabağ xanı
İbrahim xanla, Eldarla, Xuramanla, Əli bəylə, Əli bəyin sevgilisi Gülnarla, Şeyx
Alı ilə söhbətlərində təqdim olunur. Səməd Vurğun Vaqifin bir həyat yoldaşı kimi
obrazını Xuramanla olan münasibətində vermişdir. Vaqif Xuramana qarşı son
dərəcə səbirli, nəzakətli, mehriban, qayğıkeş rəftar edir. Lakin vəfasız Xuraman
Vaqifi məyus və peşman edir. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah
Vaqifin şəxsiyyətini onun oğlu olan Əli bəy ilə münasibətində göstərir. Vaqif
oğluna qarşı olduqca mehriban və qayğıkeş ata idi. Səməd Vurğun Vaqifin atalıq
hissini əsərdə çox dolğun bir şəkildə təsvir etmişdir. Əsərdə Vaqifin şəxsiyyəti hər
tərəfli oxucuya çatdırılmışdır. Vidadi və Eldar xətti ilə dostluq məsələsinə
toxunmuş, əsl dostluq problemini qabartmışdır. Səməd Vurğun “Vaqif” dramında
Molla Pənah Vaqifin şəxsiyyətini hər tərəfli oxucuya çatdıra bilmişdir. Əsərdə
Vaqifin vəzirliyinin təsviri ilə Qarabağ xanlığının diplomatik əlaqələrinədə yer
verilir. Vaqif hər bir çətinlikdən xalqına güvənərək, çıxa bilir. Səməd Vurğunun
“Vaqif” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Həcər Atakişiyeva