Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı
Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və
məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı
olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’
(1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri
Azərbaycan ədəbiyyatında olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun
1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi
keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib
1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn
edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan
Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd
Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii
xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir.
S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə
və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədib Vaqiflə yanaşı
İran hökmdarı Ağa Məhəmməd şah Qacarında obrazını yaratmışdır. Əsərdə Səməd
Vurğun Ağa Məhəmməd şah Qacarı M.P.Vaqifə əks qütbdə yaratmışdır. Hər iki
tarixi şəxsiyyət bir-birinə qarşı qoyulmuşdur. Ədib Ağa Məhəmməd şah Qacarı
əsərdə əsas lakin, mənfi surət kimi təqdim edir. Ağa Məhəmməd şah Qacar Vaqiflə
mədəniyyət, torpaq, xalq, millət, dil, söz, ədəbiyyat, mədəni irs savaşına çıxır.
Vaqif dərin zəkası hesabına Ağa Məhəmməd şah Qacarın bütün sözlərinə cavab
verib, ona yerini göstərə bilir. Səməd Vurğunun Ağa Məhəmməd şah Qacarı
əsərində qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə kin bəsləyən biri kimi
təqdim etməsinin bir səbəbi də Vaqifə olan hədsiz sevgisi idi. Ağa Məhəmməd şah
Qacar əsərdə öz hirsinə qalib gələ bilməyib, dünyanın hər gözəlliyini qəbul
etməyən, yalnız qılınc gücünə güvənən biri kimi təsvir olunur. Onun tanrısı qılınc
və qan olur. Bu səbəblərdə Ağa Məhəmməd şah Qacara hamının qəzəb və nifrətini
qazandırır. O, çox günahsız qanların axmasına bais olmuşdu. Səməd Vurğun Ağa
Məhəmməd şah Qacarı əsərdə etiqadsız və etibarsız biri kimi göstərir. Səməd
Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacarın dilindən tez-tez təkrar
edilən bu sözlər onun insan qanına susadığının, bəşəriyyətə fəlakətlər gətirməyinin
başlıca göstəricisidir. Dramda Qacarın bu qədər çox qəddar təsvir olunmasının əsas
səbəbi kimi onun Şuşaya hücumunu, şəhəri əsarəti altına almasını göstərmək çox
düzgün olardı. Ədib Qacarın əsl niyyətinin soymaq, talamaq, qan tökmək, ona
qarşı çıxanları əsir götürmək, torpağı ələ keçirmək olduğunu böyük dramaturq
qələmi ilə yazıya almışdır.
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə birxanimandır!..
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar özünün
nəsil-nəcabəti ilə daim öyünür. Ədib isə Qacarı şərəfsiz, məsləksiz bir fateh kimi
təqdim edir. O, Şuşanı əsarəti altına ala bilsədə, oranı tabeliyində saxlaya bilmir.
Qarabağda at oynatmaq istəyən Ağa Məhəmməd şah Qacar burada öldürülür.
Səməd Vurğunun İran padşahına nifrətini onun hər misrasında görmək olur. Ədibin
bu nifrətinin səbəbidə odur ki, Ağa Məhəmməd şah Qacar Şuşada ədalətsizlik edir,
qan tökür, başqalarının torpağını işğal edir. Qacarın bu dedikləri onun əsl simasını
oxucuya çatdırır:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ,
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də yer üzünün bir Allahıyam.
Gərək biz qoymayaq daşı daş üstə,
Atın yığın-yığın leşi baş üstə!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır!..
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı ədalətsiz,
qəddar, cani, insan qanına susayan, bəşəriyyətə fəlakətlər gətirən, etiqadsız və
etibarsız biri kimi təqdim olunub. Səməd Vurğun əsərindəki Qacarı öz təxəyyülünə
uyğun olaraq elə canlandırmışdı. Ədib bu yaratdığı Qacar obrazı ilə ədəbiyyatda
bir çox yeniliklər etdi. Səməd Vurğunun “Vaqif” dramındakı Ağa Məhəmməd şah
Qacar obrazını təhlil edərkən, onun yazıldığı zamanı və şəraiti nəzərə almaq
lazımdır. Əlbəttə ki, Səməd Vurğunun yaşadığı zamanda hər hansı şahı tərif etmək
qeyri- mümkün idi. Belə ki, əsər Sovet dönəmində Azərbaycan SSRİ-nin işğalı
altında olan zaman yazılmışdı. Səməd Vurğunun “Vaqif” dramında Ağa
Məhəmməd Şah Qacar Azərbaycana düşmən mövqeyində dayanan, hədsiz
dərəcədə zülmkar, vicdanını tamami ilə itirmiş, bütün bəşəriyyətə nifrət edən,
yalnız qan tökməkdən həzz alan bir hökmdar kimi təqdim olunub. Ədib qəddar
şahın simasını onun öz dili ilə ifşa edir. Səməd Vurğun əsərdə tipi öz dili ilə ifşa
edib, onun xarakterini oxucuya tipin öz dili ilə çatdırır.
Ana qarnındakı o qandanam mən...
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandıır.
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın
Azərbaycanlı olduğunu dönə-dönə bildirir. Lakin Qacar vətəninin Azərbaycan və
soyunun isə türk olmasını heç cür qəbul etmir. Qacar İran torpağının yetişdirdiyi
Firdovsilər ilə bütün əsər boyunca fəxr edir. Ümumilikdə, Qacar türk dilini,
millətini sevməyən, farspərəst bir hökmdar kimi təsvir olunub. Əsərdə Ağa
Məhəmməd Şah Qacarın niyyətinin Qarabağ xanlığını tabe edib, buranın millətini
farslaşdırmaq olmağı fikri təsdiqini tapır. Səməd Vurğun “Vaqif” dramında Ağa
Məhəmməd Şah Qacarın öldürülməsini tarixi reallıqlardan tam fərqli olaraq
qələmə almışdır. Ədib Qacarın ölümünə öz təxəyyülünə uyğun yanaşmışdır. Səməd
Vurğun Ağa Məhəmməd Şah Qacarın M.P.Vaqifi və oğlu Əli bəyi edam etdirdiyi
zaman üsyançı Eldarın dəstəsinin onları xilas etməsinin təsviri ilə əsərinin baş
qəhrəmanının faciəli ölümünü qələmə almır. Qacarla qılınc davası edən Eldar şahı
yaralayır və qapıçı Qacarı arxadan vurub öldürür. Səməd Vurğunun “Vaqif”
dramının sonluğunu belə yazmasının bir səbəbi də sovet idealogiyası idi. Əsərdə
xeyiri təmsil edən Vaqif şərə, yəni Qacara qalib gəlməli idi. Əsər Şah Qacarın
obrazını mənfi şəkildə təqdim etməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında
xüsusi mövqeyə sahibdir.
Həcər Atakişiyeva