Masallıda Paralimpiyaçı çempionla görüş

medallı1

Bu gün, 28 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Boccia İdman növü üzrə dəfələrlə Paralimpiya çempionu olmuş Bəhruz Mirzəyevi qəbul etmişdir. Qəbul zamanı rayon rəhbəri çempionu yarışlarda qazandığı uğurlar münasibəti ilə təbrik etmiş və ona gələcək yarışlarda uğurlar arzulamışdır. Eyni zamanda çepmionun qayğıları ilə maraqlanan RİH başçısı Azərbaycanın şanlı üçrəngli bayrağını müxtəlif ölkələrdə dalğalandıran hər bir idmançımızla xalqımızın fəxr etdiyini və rayon icra hakimiyyətinin hər zaman onlara dəstək olmağa hazır olduğunu vurğulamışdır.

Paralimpiya çempionu Bəhruz Mirzəyevdə öz növbəsində ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya, Bocia Federasiyasına daim dəstək olan Leyla xanım Əliyevaya, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova və kollektivinə dərin minnətdarlığını ifadə etmişdir.

Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə qızıl medala layiq görülüb. Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazandırıb. Beləliklə, boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı bu möhtəşəm zəfərlə B.Mirzəyev İtaliyada tarix yazıb. Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) da Bəhruz Mirzəyev qızıl medal qazanıb. Nəhayət 2018-ci ildə Bəhruz Mirzəyev Boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.
Əlihüseyn ŞÜKÜROV

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

xankend

Vətən müharibəsində işğala son qoyulduqdan sonra “Google maps” Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib.

İşğal dövründə Qarabağdakı əraziləri, şəhər və qəsəbə adlarını erməni dilində təqdim edən “Google maps”da artıq ermənilərin qoyduğu qondarma adlar silinib.

Ermənilərə ən çox təsir edən isə işğal dövründə “Stepanakert” olaraq təqdim edilən Xankəndinin gerçək adının bərpa olunmasıdır. Hətta Xankəndidəki yer adları, küçələr, o cümlədən separatçı-terrorçu rejimin müvəqqəti qalmış qondarma “inzibati binaları” belə Azərbaycan dilində qeyd olunur: restoranlar, parklar, mağazalar, “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, qondarma “parlament”, “xarici işlər nazirliyi”, “poçt”, “dövlət universiteti” və s;

xankend1

xankend2

İşğal dövründə bu adlar erməni, ingilis, yaxud rus dilində idi. İndi isə yalnız Azərbaycan dilində qeyd olunur, erməni dilində variantı belə yoxdur.\\Qazet.az

Rusif Kərimov : “Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin dinamik inkişafı Prezident İlham Əliyevin xarici siyasətinin nəticəsidir”

azlit1

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri
zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli
zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər
imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva
Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə
idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf
etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi.
Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdi:
“Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli
inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında
heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir.” Möhtərəm dövlət
başçımızın dediyi sözlər bu gün gedən proseslərdə öz təsdiqini tam olaraq tapır. O cümlədən
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana rəsmi səfərə
gəlişi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva uzun
illərdir ki, strateji tərəfdaşdırlar. Həqiqətən də bu gün Azərbaycan və Litva arasında güclü
siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq
mövcuddur. Təbii ki, dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi
Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən
sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Prezident İlham Əliyev bir daha
Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və
qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən
müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud
olmamış geniş imkanlar meydana çıxıb. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər
hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına
həvəs göstərmir. Bununla belə dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan

rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi
qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir.
Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də
Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə
maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş
Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə
məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı
fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya
gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki
ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes
mühiti investorlar üçün çox əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar
qoyulur. Əlbəttə ki, bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox
vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə
investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Dövlət başçımızın da öz çıxışında qeyd
etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Əlbəttə ki, enerji
sektoru ənənəvi olaraq ölkənin iqtisadiyyatında aparıcı sektor olub və bu, davam edəcək.
Həmçinin demək lazımdır ki, hazırda Azərbaycanın inkişaf dinamikasının əsas göstəriciləri
kifayət qədər yüksəkdir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkənin iqtisadiyyatı
7,2 faiz artmışdır. O cümlədən qeyri-neft sektorunda artım 11,4 faizdir. Ümumi ixrac 85 faiz
artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu ilin əvvəlində xarici investorlar ilə 470
meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə
imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə
demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına
güclü təkan verəcək.
Dövlət başçımızın öz çıxışında toxunduğu daha bir vacib məqam bu oldu ki, Litvanın
Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi də çox müsbət bir haldır. Qeyd edək
ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf
səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham
Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir. Bu gün Avropa İttifaqı bizim əsas
ticarət tərəfdaşımızdır. Eyni zamanda da Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi
maraqları getdikcə böyüyür. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin
olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu
maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış
yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni
reallıq isə ilk növbədə möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli
töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz
Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı
danışıqların nəticəsi olaraq yaranıb. Dövlət başçısının dediyi kimi, Azərbaycana etibarlı və
uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır.
Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır.
Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul
edilir.
Rusif KƏRİMOV
Viləşçay SAİİ-nin rəisi

İtaliya mətbuatında Azərbaycan diplomatından ermənipərəst məqalələrə tutarlı cavab

opinio

 

İtaliyanın “Opinio Juris” və “Paese News” kimi online mətbuat orqanlarında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bölgədəki hazırkı vəziyyət ilə bağlı erməni tərəfinin yalan iddialarına və saxta məlumatlarına əsaslanan məqalələr dərc olunub. Bu məqalələrə cavab olaraq Azərbaycanın İtaliyadakı Səfirliyinin birinci katibi Elvin Əşrəfzadə tərəfindən hər iki mətbuat orqanının redaksiyalarına cavab məktubları göndərilib və məktublar həmin mətbuat orqanlarının internet səhifələrində işıq üzü görüb.

Azərbaycan diplomatının dərc olunmuş məktublarında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, bu münaqişənin dini xarakter daşımadığı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına əsaslandığı, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün həyata keçirildiyi, 30 il müddətində Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanıldığı, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə, çoxsaylı müharibə cinayətləri, Xocalı soyqırımının həyata keçirildiyi, çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş sənədlərə Ermənistanın məhəl qoymadığı qeyd edilib.
Məktublarda Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək BMT TŞ-nin qətnamələrini təkbaşına yerinə yetirdiyi, işğal vaxtı Ermənistan tərəfindən həmin ərazilərin darmadağın edildiyi, yaşayış məntəqələrinin, infrastrukturun, maddi-mədəni irsin məhv edildiyi və ərazilərdə çoxsaylı minaların yerləşdirildiyi və münaqişənin bitməsinə baxmayaraq, çoxsaylı günahsız insanların mina partlamasının qurbanı olduğu bildirilib.
Məktublarında E.Əşrəfzadə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən böyük bərpa və yenidənqurma işləri, eyni zamanda bölgədə davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın mövqeyi və fəaliyyəti, eyni zamanda Ermənistanda revanşist qüvvələrin sülhə qarşı təxribatları barədə də məlumat verib.
Azərbaycan diplomatının aidiyyəti mətbuat orqanlarında dərc olunmuş məktubları ilə aşağıdakı keçidlərlə tanış olmaq mümkündür: https://www.opiniojuris.it/riceviamo-e-pubblichiamo-la-replica-di-elvin-ashrafzade-primo-segretario-dellambasciata-della-repubblica-dellazerbaigian/
https://www.paesenews.it/?p=227708

Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olundu

ilham07

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanları artıracaq.
Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.
Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni, kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.

Ülvi Rufullayev
Masallı rayon Binə Xocavar kənd orta məkrəbin müəllimi

 

14 -dən səhifə 135

Oxşar məqalələr