15 iyun 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şuşada müttəfiq münasibətlərə dair ortaq
Bəyannamə imzaladılar. Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə
siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub
Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi
yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb.
Azərbaycan tarixşunaslığında Bəyannamə tarixi və siyasi əhəmiyyətə malik
müttəfiqlik haqqında hüquqi sənəddir: “Bu Bəyannamənin imzalanması Azərbaycan
–Türkiyə münasibətlərini yeni müstəviyə çıxarır. Bəyannamədə ölkələrimiz arası
əməkdaşlığın çoxşaxəliliyi əsas yer tutur. Burada hər iki ölkənin müdafiə sənayesi, milli
təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial,
gənclər və idman sahələrindəki imkan və potesialların birləşdirilməsi nəzərdə tutulur.
İmzalanmış sazişə əsasən Azərbaycanın Silahlı Qüvvələri təkmilləşdirilərək Türkiyə
təcrübəsi səviyyəsinə gətiriləcək. Ordumuz birgə təlimlərdə iştirak edərək
modernləşdiriləcək və döyüş qabiliyyəti daha da artırılacaqdır”Şuşa Bəyannaməsində
tarixi Qars müqaviləsinin analoqu olduğu qeyd olunur və Azərbaycanın ərazi
bütövlüyünü xarici təsirlərdən birgə müdafiə edilməsinə hüququ baza yaradır: “Məhz
imzalanmış Şuşa Bəyannaməsi ölkələrimizi məğlubedilməz və sarsılmaz gücə
çevirəcək. Artıq dünya da görəcək ki, Türkiyə və Azərbaycan tək deyillər. Ümummilli
Lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamı imzalanmış Şuşa Bəyannaməsi ilə
real həyatda öz əksini tapdığını bir daha sübut etdi”.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizlə ölkəmiz ərazi
bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda yeni reallıq yaratdı: “Bu yeni
reallıq regionda sülhün və əməkdaşlığın dərinləşdirilməsinə şərait yaratdı. Qafqaz
regionu iki qardaş ölkənin Prezidentlərinin təklif etdiyi altılıq platformada əməkdaşlıq
edərək inkişaf etmək imkanlarını əldə etmişdir. Kommunikasiyaların açılması, Zəngəzur
dəhlizinin istifadəyə verilməsi Qafqaz regionun dünya üçün əhəmiyyətini artırır.
Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi bu əməkdaşlıq
imkanlarının realizə olunmasına yol açır”.
Son olaraq onu da göstərmək lazımdır ki,Şuşa Bəyannaməsi ölkəmizin artan
sürətlə inkişaf etdiyini,həmcinin ölkəmizin qüdrətini göstərən bir sənəddir.
Fazil Şəvəqqətov
Masallı Rayon Mololon Kənd Ümumi Orta məktəbinin Tarix və Coğrafiya müəllimi