Azərbaycan siyasətinin reallığı erməniləri çətin duruma salıb

mishpasha
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda coşqu ilə qarşılanan son səfərinin eyforiyası qısa zamanda siyasi məyusluqla əvəzlənib. Əvvəlcə məlum olub ki, N.Pelosinin yaşının bu çağında okeanın o tayından durub İrəvana gəlməsi heç də “ermənilərin qaş-gözlərinə aşiq” olmaqdan yox, Amerikadakı erməni milyarderlərin 120 milyon dollarından qaynaqlanır. Sonra da aydınlaşıb ki, bu səfərin nə demokratiyaya, nə də erməni məsələsinə aidiyyəti var. Nəticədə Ermənistanda Pelosinin səfərini az qala “qələbə” kimi qiymətləndirənləri dərin məyusluq bürüyüb.
Erməni politoloq Razmik Akopcanyan “armenianreport.com” saytına yazdığı “Pelosinin səfərinin hər şeyi dəyişəcəyi haqda nağıla inanmaq lazım deyildi” adlı məqaləsində erməni məyusluğunun iç üzü açılır. Və haqlı olaraq Azərbaycanın yürütdüyü xarici siyasətin bu işdə həlledici rol oynhadığı etiraf edilir.
Məsələ burasındadır ki, Rusiyanın Ermənistana havadarlığı artıq keçmişdə qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan yeni havadar axtarışları ilə üzünü Amüerikaya və Avropaya tutub. Amma bu ərəfədə Qərbdə verilən qərarlar və Azərbaycan liderinin Avropaya səfərləri zamanı baş verənlər Paşinyanın, yumşaq desək, “burnunu əzib”. Razmik Akopcanyan məqaləsində yazır: “İki şey var ki, şərhsiz qala bilməz. ABŞ yeni sanksiyalar tətbiq edib. Bu dəfə təkcə Rusiya və Belarusa qarşı deyil. Artıq Ermənistanın ABŞ sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərinin siyahısı dərc olunub. Və bu yalnız narahatlıq doğurmur, bu, sadəcə təhlükəlidir. Hakimiyyətyönlü ruporların Azərbaycanın Rusiya ilə paralel idxalla məşğul olduğunu, müharibə üçün silah tədarük etdiyini və ümumiyyətlə, sanksiyalardan yan keçərək Rusiya qazını Avropaya satacağını iddia etməsi hamımızın yadındadır. Hamımız bunu gördük, eşitdik və buna sevindik. Amma yenə aldandıq. Azərbaycana qarşı heç bir sanksiya yoxdur”.
Erməni cəmiyyəti düşünürmüş ki, Pelosi gəldisə, hər şey dəyişəcək, ABŞ Azərbaycana sanksiya tətbiq edəcək və ermənilər bu amildən istifadə edərək Azərbaycana hücuma keçəcəklər. Bəs, əvəzində nə baş verdi?!
Akopcanyan qeyd edir: “Əksinə, qonşu ölkənin prezidenti Bolqarıstana, Gürcüstana səfər edir, orada onun ünvanına çoxlu tərifli sözlər eşidir, yeni iqtisadi vədlər verir. Təəssüf ki, indi Avropanın neftə, qaza, elektrik enerjisinə ehtiyacı var. Əliyev isə bütün bunları Avropa ölkələrinə verəcəyini vəd edir. Üstəlik, tədarükü xeyli artıraraq! Xüsusilə, şənbə günü Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan qaz birləşdiricisinin (IGB) açılış mərasimi olub”.
Ermənistanın siyasi elitasını da yandıran budur. N.Pelosiyə xərclənən milyonların havaya sovrulmağı bir yana, avropalılar, xüsusən də Yunanıstan Azərbaycanla əlaqələrin genişlənməsindən sevincək olublar, başqa sözlə, Azərbaycanla iqtisadi əlaqələrini gücləndiriblər.
Azərbaycan sürətlə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilir. Bu rolun arxasında isə nüfuzun artması, daha çox gəlir əldə etməklə iqtisadi və hərbi gücün artırılması, azərbaycanlıların həyat şəraitinin daha da yüksəldilməsi və təbii ki, Ermənistan üzərində hərbi-siyasi üstünlüyün güclənməsidir.
R.Akopcanyan təmsil etdiyi cəmiyyətə sual verir: “Belə bir şəraitdə ABŞ-ın Azərbaycana qarşı sanksiyalarını necə gözləmək olar?! Aydındır ki, etməyəcəklər. Və bizə əksini söyləyən bütün Amerika siyasətçiləri sadəcə yalan danışdılar. Amma istənilən yalana inanmağa hazır olanlara yalan danışırlar. Deməli, problem daha çox özümüzdədir. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda coşqu ilə qarşılanması nümunəsi də sübut edir”.
İndi biz Ermənistan siyasilərinə sual edirik: “Aldana-aldana hara getdiyinizi bilirsinizmi?! Revanşizmdən uzaqlaşmaqdan başqa yolunuzun qalmadığını dərk etmirsinizmi?”.
Mətbuat xəbər verir ki, Ermənistan hakimiyyəti yeni hərbi təchizata başlayıb. Yalana aldananları həqiqi ölümə göndərmək fayda verməz, Azərbaycanın təkliflərini qəbul etmək isə, bizə düşmən olsalar da, ermənilərin xilas yolu olar. Yeri gəlmişkən, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın baş redaktor olduğu “Haykakan Jamanak” qəzeti sülh sazişinin bağlanması üçün Bakının İrəvana irəli sürdüyü şərtləri dərc edib. Qəzetin yazdığına görə, aşağıdakı şərtlər irəli sürülüb: Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinin ləğvi; Qarabağın sıfır statuslu Azərbaycanın ayrılmaz hissəsi kimi tanınması, yəni. heç bir muxtariyyət olmadan; Zəngəzur dəhlizinin açılması; 1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlamaq; Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirildi.
Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir. Ermənilərin isə yalnız birinci yola əməl etmək imkanları var.

Novruz Novruzbəyli
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

27 sentyabr – Anım Günü İsveçrədə qeyd edilib

isv2

27 sentyabr Anım günündə dünyanın müxtəlif guşələrində torpaqlarımızın azadlığı canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.  Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin heyəti yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 12:00-da) diplomatik nümayəndəliyin önündə qoyulmuş güllər yanında unudulmaz şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

isv3

isv4

Daha sonra səfirliyin nümayəndə heyəti İsveçrənin Lüsern şəhərinə səfər edib.

Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidənin üzərinə gül dəstəsi qoyulmuş, vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda həyatlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

isv1

Sözügedən abidənin ziyarəti bütün dünyada və hər bir ölkədə müstəqillik və azadlıq uğrunda həlak olmuş hərbçilərin xatirə rəmzi kimi qəbul edilir və onları məhz bu abidə qarşısında yad etmək bəşəri səviyyədə bir ənənəyə çevrilib.

Səfərbərlik Rusiyanı xilas edəcəkmi?!

rus ukr
Dünyanın siyasi isteblişmentində Rusiyanın Ukraynaya təcavüzkarlığı barədə ikimənalı fikirlər, demək olar ki, yoxdur. Çünki, prezident Putin “xüsusi əməliyyat” adlandırsa da, başqa ölkənin ərazisinə bu cür soxulmağın işğalçılıq müharibəsindən başqa adı yoxdur. Bir çox siyasi analitiklər Putini günahlandıraraq onun səhv etdiyini bildirir. Ancaq, fikrimizcə, Rusiya prezidentinin alternativ yolu yox idi. Yəni, Ukraynanın dünya güclərinin Qərb cəbhəsinə qoşulması Rusiya imperiyasının parçalanmasının növbəti mərhələsi demək idi. Donbasın, Luqanskın, habelə Krımın ilhaqı, əslində, Ukraynanın məhvinə yox, Rusiyanın indiki sərhədlər daxilində qorunub saxlanmasına hesablanmış addımdır. Bəlkə də Putin necə bir çətin yola girdiyinin fərqində idi. Lakin o, bu addımı atmalı idi ki, ölkədaxili mümkün iğtişaşların qarşısını ala bilsin. Kreml siyasətçilərinin səhvi onda idi ki, onlar imperiyanın dağılması ya görmürdülər, ya da görmək istəmirdilər. Səhvin ana xətti budur. Köməkçi xətlər isə beynəlxalq birliyin bu işğala qarşı əlbir olacağını proqnozlaşdıra bilməməkdən irəli gəlir.
Artıq demək olar ki, Rusiya-Ukrayna müharibəsinin kulminasiya nöqtəsi geridə qalıb. Ukrayna dərin bataqlığa çevrilib. Və bu bataqlığın ilk qurbanı Rusiyadır. Bu günlər prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik həyata keçirməsi uğursuzluğun açıq etirafıdır. Bu etirafın arqumenti isə əhalinin böyük əksəriyyətinin səfərbərlikdən yayınması, başqa sözlə, müharibənin əleyhinə çıxmasıdır. İnformasiya kanallarının yaydığı məlumata görə, 300 min nəfərin səfərbərliyə alınacağı planlaşdırılan aksiyanın ilk həftəsində artıq 261 min nəfər rusiyalı kişi xaricə qaçıb. "Mash" teleqram kanalı isə Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonundakı hərbi komissarlıqda baş vermiş silahlı insident barədə məlumat yayıb. Hadisə zamanı səfərbərliyə cəlb olunan 25 yaşlı Ruslan Zinin hərbi komissar Aleksandr Yeliseyevi güllələyib. Ağır yaralanan hərbi komissar xəstəxanaya yerləşdirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 25 sentyabr məlumatında bildirilir ki, Rusiya komandanlığı itki vermiş bölmələrini yenidən təchiz etmək üçün hərbi personalı təlim keçmədən birbaşa təmas xəttinə səfərbər edir: “Rusiya silahlı qüvvələrinin komandanlığı yeni gələnləri birbaşa təmas xəttinə qaytarmaq üçün təlim keçmədən hərbi heyəti səfərbərliyə göndərir. Bu, düşmən hərbi
qulluqçularının mənəvi-psixoloji vəziyyətinin səviyyəsinin və vəzifələrini yerinə yetirmə keyfiyyətinin azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir”.
Bütün bu faktlar Rusiyanın daxilində ciddi iğtişaşların baş qaldıracağı ehtimalını artırır. Belə olarsa, onda Rusiyanın subyektlərində suverenlik haqda şüarların meydana çıxması qaçılmaz olacaq. Axı, batan gəmidə kim qalmaq istəyər?!
Novruz Novruzbəyli
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası təsis olunub

tes4

“İksmedia.az” saytına Azərbaycanın İsveçrədəki səfirliyindən daxil olan məlumatda bildirilir ki, sentyabrın 21-də İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib.
İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

tes7

tes2

Tədbirdə Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaude Haegi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, “SOCAR Trading”in prezidenti Məryəm Almaszadə və “İSR Holdinq”in baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər.

tes5

 

 

tes6

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Platasının təsis konfransına dair İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr şöbəsinin müdiri və Federal Şuranın Ticarət Sazişlər üzrə Nümayəndəsi, Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrəli həmsədri, səfir Ervin Bollinger tərəfindən konfrans iştirakçılarına təbrik məktubu ünvanlanıb. Məktubda Palatanın fəaliyyətinə uğurlar arzu edilib və İsveçrə Hökumətinin dəstəyi ifadə olunub.
Konfrans çərçivəsində KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmlərinə, AZPROMO tərəfindən Azərbaycanın investisiya potensialına, SACCI tərəfindən palatanın interaktiv platformaları və saytına dair təqdimatlar keçirilib.
Sonra palatanın yeni strukturu təsdiqlənib, idarə heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib.

 

Ermənistan nə qisasçılıqdan qurtara bilir, nə də alət olmaqdan

az guc
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bu təcavüzkar dövlətin qisasçı xarakterinin ifadəsi idi. Həmin təxribatların cavabı təcavüzkara güclü əks-zərbə oldu və düşünmək olardı ki, nəhayət İrəvanın siyasi hakimiyyəti strategiyasının absurd olduğunu anlayacaq. Lakin belə görünür ki, bu ölkə, onun hakimiyyəti və cəmiyyətinin aparıcı qüvvəsi olan millətçi daşnak tör-töküntüləri hələ də siyasi korazehinlikdən uzaqlaşa bilmirlər. Halbuki, artıq erməni siyasi analitiklər də mümkün hərbi əməliyyatların ssenarisindən danışanda açıqca bildirirlər ki, döyüşlər paytaxt İrəvanın 2 km-lik məsafəsində gedəcək.
Keçmiş deputat, “Alternativ layihələr” ekspert qrupunun rəhbəri Vahe Ohanesyan sentyabrın 21-də “Novosti Armenii”-nin müxbiri ilə söhbətində bildirib ki, erməni cəmiyyəti indi nəyi necə edəcəyini bilmir: “Biz dövlətçilik təfəkkürü ilə çalışmırıq, erməni elitası isə bu gün dedi-qodularla məşğuldur”.
“Məsuliyyət hissi olan liderlərin, sosial təbəqələrin həqiqətən də konsolidasiyası çox vacibdir. Biz birlikdə çalışmalıyıq. Bu gün Ermənistanda mövcud olan bu avantüra – siyasi ehtiyatsızlıqdır, sanki baş verənlərin Ermənistana heç dəxli yoxdur, bu isə bizi gözləyən fəlakətin qapısını açır”,-deyə o, fikrini yekunlaşdırıb. Təbii ki, siyasi ekspert ölkəsi tərəfdən Azərbaycana qarşı yönəlmiş təxribatlara və bu əməllərin təxribatçılara, başqa sözlə, erməni cəmiyyətinə gətirdiyi bəlalara işarə edir. Ermənistanda dövlətçilik təfəkkürünün olmaması isə məlum həqiqətdir. Bunun yerini ermənilər faşist ideologiyası ilə doldurmağa çalışırlar. Azərbaycana qarşı qisasçılıq strategiyasını yürüdürlər. Nəticə etibarı ilə “yedikləri qapaza” görə isə Rusiyanı günahlandırırlar. Bu cür taktika isə Ohanesyanın çıxardığı nəticələri təsdiqləyir, belə ki, dövlətçilik təfəkkürü olan cəmiyyət, adətən, öz hamisinin əleyhinə çıxmır. İş o yerə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə, yəni öz silahdaşlarına müraciət edib ki, Rusiyanın rəhbərlik etdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nı kəskin tənqid etməkdən çəkinsinlər.
İş burasındadır ki, sentyabrın 21-dən 22-nə keçən gecə erməni diversiya qrupları yenidən Azərbaycana qarşı təxribata cəhd ediblər. Aydındır ki, təxribatçılıq yolunun seçilməsi də ermənilərdə dövlətçilik təfəkkürünün zəif olmasından irəli gəlir. Buna görədir ki, erməni qəzeti “Qraparak” yazır ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan digər iki keçmiş prezident Robert Koçaryanı və Serj Sarkisyanı yığıb Azərbaycana qarşı qisasçılıq fəaliyyətinə son qoymağı, hazırkı hakimiyyəti müdafiə etməyi məsləhət görəcək, arqumenti də bu olacaq ki, Azərbaycana qarşı vuruşmaq ermənilərə fayda gətirməyəcək.
Pis addım deyil, təki səmərəsi olsun. Ancaq bir məsələ şəksizdir: Levon Ter-Petrosyan bu addımı Azərbaycanın hərbi-siyasi gücü qarşısında atmağa məcburdur. Çünki, Ermənistan hakimiyyəti həmişə gücə tabe olub.
Novruz NOVRUZBƏYLİ
Azad Vətən Partiyası,
Siyasi Şuranın sədri

10 -dən səhifə 133

Oxşar məqalələr