AXTAR

Laçında bu qədər erməni qalıb

lacin

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmək üçün avqustun 25-nə kimi vaxt verib.

İksmedia.az Herbiand.az-a istinadla bildirir ki, Laçın şəhərindəki qanunsuz erməni icmasının başçısı Narek Aleksanyan bu gün “Hraparak” qəzetinə oradakı son vəziyyət barədə danışıb.

O bildirib ki, ermənilərin əksəriyyəti artıq Laçın şəhərini tərk edib: “Hazırda şəhərdə yəqin ki, 20 nəfərə yaxın, bizimlə birlikdə 4 ailə var. Bu ailələrin də bir hissəsi bu gün, digər hissəsi sabah çıxacaq”.

Onun sözlərinə görə, Laçını tərk edənlər əmlaklarını da çıxarıblar. Narek Aleksanyan təxliyə işləri zamanı hökumətdən pul və yanacaq şəklində birbaşa dəstək aldıqlarını qeyd edib.

“Laçın şəhərini tərk edənlər hara köçüblər” sualına cavab verən icma başçısı deyib ki, 3 ailə Xankəndiyə və Qarabağın başqa yerlərinə köçüb, qalanları Ermənistanda yerləşib. Onlara yeni mənzillər veriləcəyi vəd olunub.

 

Oxşar məqalələr