AXTAR

İsveçrədə keçirilmiş bir tədbirdə iki hadisə qeyd olunub

azerbaijan switzerland 310522 03

May ayının 31-də Azərbaycan Respublikasının 28 may – Müstəqillik Günü və Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş rəsmi tədbir İsveçrənin aparıcı və nüfuzlu “Neuer Schweizer Zeitung” internet saytında işıqlandırılmışdır.

Məqalədə iki ölkə arasında əlaqələrin inkişafı və respublikamızın müstəqillik tarixi barədə faktlar öz əksini tapıb. Səfir Fuad İsgəndərovun sözlərinə görə, yeni qlobal çağırışlara cavab vermək üçün kiçik, lakin mühüm ölkələr bir-birinə yaxın olmalıdır.

“Bern şəhərinin meri H. E. Alek fon Qraffenried və mən Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-İsveçrə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdəki çıxışlarımızda bu barədə razılığa gəldik”, deyə səfir bildirib. F.İsgəndərov qeyd edib ki, tədbir çərçivəsində dünya şöhrətli azərbaycanlı muğam ustası Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ muğam qrupu və skripka ifaçısı Ceyla Seyidovanın iştirak etdiyi konsert proqramı keçirilib.

 Səfirin sözlərinə görə "Konsert proqramında dünya siyasətində daha bir tendensiya nümayiş etdirildi: mədəniyyət insanları birləşdirir, onların ruhunu bir-birinə daha da yaxınlaşdırır". Azərbaycandan dəvət edilmiş incəsənət ustaları bu hipotezi öz çıxışları ilə bir daha təsdiqləyiblər.

Qeyd edək ki, Azərbaycan və İsveçrə müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il yanvarın 21-də qurulub. Təsadüfi deyil ki, Bakı ilə Bern arasında qeyri-neft sektorunda qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bundan əlavə, bu il Bakıda İsveçrə ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələr komissiyasının iclası keçiriləcək. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 457,2 milyon dollar, ixrac 272,5 milyon dollar, idxal isə 184,7 milyon dollar təşkil edib.

Material ilə aşağıda qeyd olunan linkdə tanış olmaq mümkündür: https://www.neueschweizerzeitung.ch/die-schweiz-feiert-den-unabhaengigkeitstag-aserbaidschans-photo/.

 

Oxşar məqalələr