İran aktrisası Təranə Əlidusti ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə etiraz olaraq “Oskar” mükafatları mərasiminə qatılmayacağını açıqlayıb.
Trend-in məlumatına görə, aktrisa bu barədə Twitter-dəki səhifəsində yazıb.
T.Əlidustinin rol aldığı “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” kateqoriyasında namizəd göstərilib.
Aktrisa öz səhifəsində yazıb: “Trampın iranlılara viza verilməsini qadağan edən qərarı irqçi qərardır. Bu mədəniyyət tədbirlərinə şamil olunsa da, olunmasa da mən “Oskar” mərasimində iştirak etməyəcəyəm”.
Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-ı Los-Ancelesdə təqdim olunacaq.