AFR ərazisindəki NATO bazalarında xidmət edən 40-a yaxın türk hərbçisi Almaniyada siyasi sığınacaq almaq üçün müraciət edib.
Bu barədə TASS xəbər verir.
"Spiegel" jurnalının məlumatına görə, söhbət əsasən yüksək rütbəli zabitlərdən gedir. Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarədən və AFR DİN-dən bildiriblər ki, onların vəsatəti adi qaydada baxılacaq.
Daha əvvəl məlumat verilib ki, kansler Angela Merkel fevralın 2-də Türkiyəyə rəsmi səfər edəcək.