AXTAR

Düşməni əməllə çökdürmək vaxt tələb etsə də, dərin bir siyasətdir

20221121 121211
Torpaqlarımızın işğaldan azad olunmasında 44 günlük müharibə və qazanılan böyük Zəfər müasir tarixdə dərin izlər qoyub. Bu, həm ictimai-siyasi dairələrdə, həm də hərb elmində dünyada əks-səda yaradıb. Ancaq torpaqlarımızın əsas hissəsi azad olsa da, Ermənistanın Azərbaycana təcavüzü bitməyib və bayrağımızın Xankəndidə dakğalanacı günü səbrlə, amma böyük inamla gözləyirik. Əminik ki, bu baş verəcək, sadəcə, ortada zaman məsələsi var.
Azərbaycan özünəməxsus yolla gedir - regionda və beynəlxalq aləmdə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq və inkişaf yolu ilə. Biz və dünya ölkələri bunu görür və qiymətləndirir. Ermənistan və separatçı ermənilər isə bunu ya görmürlər, ya da xislətlərinə uyğun olaraq görmək istəmirlər. Halbuki, görsələr və qiymətləndirib bu yola quşulsalar yanız və yalnız öz əhalilərinə böyük ölçüdə faydalı olan işlərlə məşğul olarlar. Çünki, dünya xalqları iqtisadi və mənəvi cəhətdən birgə inkişaf yolu ilə gedir, uğur qazanırlar, əks yolu seçənlər əvvəl-axır özlərini yandırırlar.
Azərbaycanın ərazisində qanunsuz olaraq faydalı qazıntı yataqlarını istismar etmək heç bir beynəlxalq və yerli qanuna sığmır, yəni, bu, cinayətdir. Lakin ermənilər tərəfindən davam edən işğal faktoru bu cür cinayətlərin törədilməsinə hərtərəfli şərait yaradır. Təbii ki, ermənilər özbaşına olsalar da, təkbaşına bu cür fəaliyyət göstərməyə cəsarət etməzlər. Onlara “dilverən” var. Olsun, bu da bir siyasətdir, amma təcavüzkarlıq siyasətidir. Dünya isə yaşamaq, yaratmaq və gələcəyə addımlamaq üçündür.
Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların ermənilər və xarici ölkə vətəndaşları tərəfindən təbitən korlanmasına və qanunların pozulmasına qarşı keçirdikləri dinc aksiya torpaqlarımızın bütünlüklə işğaldan azad olunmasına, regionda sülhün və firavanlığın bərqərar olmasına yönəlib. Sülh və qanunçuluq, xalqlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq olduqca vacib amildir. Bu gün Azərbaycan dövlətinin apardığı digər dövlətlərlə birgə fəaliyyət siyasətinin sabitliyə söykənən gələcəyə yönəlib. Hazırda İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq görüşdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bu istiqamətin mahiyyəti dəqiq ifadə olunub: “Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır”.
Azad Vətən Partiyası hesab edir ki, Ermənistan Respublikasının rəsmiləri, eyni zamanda Azərbaycanın suyu, havası, nemətləri ilə dolanan Qarabağdakı separatçı ermənilər bu fikirləri sözbəsöz oxuyub diqqətə almalıdırlar. Qlobal siyasət meydanında onlar bir zərrədirlər və hamının bəyənib qoşulduğu ümumi faydalılıq düsturunun əleyhinə getmək həm ağılsızlıq, həm də təcavüzkarlıqdır. Qarabağımıza gəlib yaşayan ermənilər unutmasınlar ki, onlar Azərbaycan ərazisindədirlər, yerli və beynəlxalq qanunlara görə Azərbaycan vətəndaşlarıdırlar və bir vətəndaş olaraq hüquq və vəzifələrini yerinə yetirməyə borcludurlar. Ölkəmiz, dövlətimiz böyük humanizm göstərərək onları siyasi yollarla sülhə gətirməyə səy göstərir. Düşməni dinc yolla çökdürməyin özü də bir sülh siyasətidir. Sabitlik və firavanlıq Azərbaycanın yürütdüyü siyasətin əsasını təşkil edir.
Novruz Novruzbəyli
Az.VP Siyasi Şurasının sədri

Oxşar məqalələr