Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-u davam etdirilib. O, son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib, dahi şairimiz Məhəmməd Füzulinin şeerini oxuyub.

"İksmedia" “Unikal”a istinadən məlumatına görə, sözügedən şeir Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsidir.

Qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.

Son günlər trend olan bu əməllər qanun pozuntusudur? - DYP-dən açıqlama

tebrbbrbrbrbrbrbrkkkk

Bakıda avtomobilin arxasına elan yapışdıran qadın müzakirələrə səbəb olub.

İksmedia.az “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, görüntüləri Təhminə adlı xanım “TikTok” səhifəsində paylaşıb. O, maşının arxasına doğum günü ilə bağlı kağız yapışdırıb və bunu oxuyan digər sürücülərdən səs siqnalı verərək onu təbrik etmələrini xahiş edib.

Görüntülərdən məlum olur ki, digər sürücülər hərəkətdə olarkən səs siqnalı verərək qadını təbrik edirlər. Pozitiv görüntülər isə birmənalı qarşılanmayıb. Bir çoxları bu əməllərin yol hərəkətinin təhlükəsizliyi baxımından yolverilməz olduğunu vurğulayıb.

Son günlər qonşu Türkiyə və digər ölkələrin “TikTok” seqmentində bu kimi elanlar trend olub. Belə ki, bəzi insanlar övladının dünyaya gəlməsi, doğum günü, boşanması və digər əlamətdar günləri ilə bağlı avtomobillərinə elanlar yapışdıraraq diqqəti özlərinə cəlb edirlər. Hətta maşının üzərinə bank kartının nömrəsini yazıb yardım istəyənlərin olduğu da bildirilir.

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli  bildirib ki, yollarda avtomobillərin lüzumsuz olaraq səs siqnalından istifadə etməsi qanun pozuntusudur: “Nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən belə hallar istər-istəməz sürücülərin marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.

Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildiririr ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Mövcud qanunvericiliyin tələblərinə əsasən səs siqnallarında iki halda, yəni yol-nəqliyyat hadisəsinin qarşısının alınması məqsədilə və yaşayış yerlərindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Digər hallarda isə lüzumsuz olaraq səs siqnallarından istifadə etmək qadağandır.

AR İXM-nin 329.3-cü maddəsinə əsasən səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə də nəzərdə tutulub”.

Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək

pensiya

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq. 

“İksmedia" az.Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb. 

Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək

Kremldən Vensin səfərinə - Münasibət

peskov

“Ermənistan və Azərbaycan suveren dövlətlərdir. Buna görə də ABŞ də daxil olmaqla, istənilən ölkə ilə münasibətlər qurmağa tam haqları var”.

İksmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfərini şərh edərkən bildirib.

Xatırladaq ki, Ceyms Devid Vens fevralın 9-u Ermənistana, 10-u isə Azərbaycana səfər edib.

Yeni sədr kimdir? - Dosye

 

 

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

“İksmedia" Qafqazinfo”-ya istinad olan  məlumata görə, Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra isə müavini vəzifəsində çalışıb. Evlidir, iki övladı var.

5 -dən səhifə 145

Oxşar məqalələr