20 Yanvar Faciəsinin 33-cü ildönümü İsveçrədə ehtiramla yad edilib

Bernde 20 yanvar tedbiri 2023

Cari ilin 20 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunun yekunlaşmasından dərhal sonra burada iştirak edən Səfirliyin bütün heyəti Bern şəhərindəki diplomatik nümayəndəliyimizə qayıdaraq 20 Yanvar Faciəsi şəhidlərinin əziz
xatirəsini ehtiramla yad etmişlər.
Bir dəqiqəlik sükutla başlayan tədbirin əvvəlində səfir Fuad İsgəndərov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin doğma Vətənimizin siyasi və iqtisadi inkişafına, regionda lider mövqelərinin bərpasına yönəlmiş Davos Dünya İqtisadi Forumunda keçirtdiyi görüşlərin artıq baş tutmuş və gələcəkdə də həyata keçiriləcək nəticələri Azərbaycan Respublikasının müstəqilliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə ən səmimi töhfə kimi qiymətləndirilməlidir.
Səfir onu da vurğulamışdır ki, Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərdə səmərəli iştirakı bir daha onu göstərir ki, müstəqilliyimizin bərpa olunması uğrunda həyatlarını qurban vermiş Azərbaycanlıların yeni nəsilləri müstəqil, qüdrətli, inkişaf etmiş digər dövlətlər sırasında öz
layiqli yerini tam tutmuş bir ölkədə yaşayırlar.

Türkiyədə möhtəşəm kitab təqdimatı

IMG 20221222 WA0041

Türkiyənin paytaxtı Ankarada Prezident Adminstrasiyasının Millət Kitabxanasında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin, Türkiyə Milli Müdafiə Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı və konsert proqramı keçirilib. Ba haqda İksmedia.az-a Türkiyədəki səfirliyimizdən məlumat verilib.
"Qarabağ Azərbaycandır!" şüarı ilə keçirilən tədbir Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərə həsr olunan foto və kitab sərgisinin nümayişi ilə başlayıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun, Türkiyə milli müdafiə naziri Hulusi Akarın, Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi təhsil məktəblərində təhsil almaqda olan azərbaycanlı kursantların, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin rəsmi hissəsində Bakı şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun türk dilində birgə nəşri olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının təqdimatı baş tutub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunduğunu qeyd edib və təqdim edilən kitabın bu baxımdan önəmini vurğulayıb.
AMEA Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov çıxış edərək kitabın yaranma prosesi barədə məlumat verib. Tarixçi alim Qarabağ probleminin yaranmasından danışıb və sözügedən kitabın öz ərazi bütövlüyünü uğurla bərpa edən qüdrətli Azərbaycanı, onun müzəffər liderini tərənnüm etdiyini bildirib.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda milli ordu quruculuğunun Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladığını qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndiyini bildirib.
Nazir Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün əməliyyatlara birbaşa rəhbərlik etdiyini bildirib.
Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycanın dünyada tətbiq edilən ikili standartlara rəğmən, cənab Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsində şanlı qələbə qazandığını qeyd edib.
Nazir Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığından danışıb və qardaşlığımızın əbədiyyətə qədər davam edəcəyinə əminliyini ifadə edib.
Tədbirin davamında Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən hazırlanmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bağlı qısa film nümayiş etdirilib.
Mərasim bədii hissədə Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi orkestrinin və azərbaycanlı sənətçi Çinarə Məlikzadənin ifaları ilə davam edib.

Tədbirdən fotolar:

IMG 20221222 WA0022

IMG 20221222 WA0037

IMG 20221222 WA0034

IMG 20221222 WA0028

 

IMG 20221222 WA0027

Ardını oxu...

Dekabrın 12-də Ankarada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub

IMG 20221212 WA0022
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Səfirlik kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan,SOCAR Türkiyə Enerji Şirkəti və TANAP əməkdaşları, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Ankaradakı Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüşlər.
Anım mərasiminin davamı olaraq Ankaradakı Azərbaycan Evinin Şuşa Konqres Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyi, Ədalət və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin birgə təşkilatçılığı ilə “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin rolu” mövzusunda simpozium keçirilib.

IMG 20221212 WA0028
Tədbir Ulu Öndərin Azərbaycanın rifahına həsr olunmuş mənalı həyatını əks etdirən filmin nümayişi ilə başlayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin oxunmasından sonra tədbir iştirakçıları çıxışlar ediblər.
Simpoziumun açılışını edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının mənafeyi naminə həyata keçirdiyi faəliyyəti vurğulamış, onun həyatının xalqına həsr olunduğunu qeyd etmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov gələn ilin Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliye ili elan olunduğunu və gələn il bu çərçivədə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Səfir bildirib ki, ümumxalq sevgisi qazanmış Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

IMG 20221212 WA0025

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanmasından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından danışıbvə Ulu öndərin yalnız Azərbaycanın deyil, türk dünyasının nəhəng siyasi şəxsiyyəti olduğunu qeyd edib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ümummilli liderlə bağlı xoş xatirələrini bölüşüb və onun türk dövlətlərinin vahid platformada birləşməsində müstəsna rolunu qeyd edib.
Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” prinsipi ilə səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olan xalq məhəbbətini onun tarixi xidmətlərinin nəticəsi olaraq dəyərləndirib.
Natiqlərin çıxışlarında Ümummilli lider Heydər Əliyevinxüsusi önəm verdiyi Azərbaycan-Türkiyə münasibtlərinin hazırda daha da inkişaf edərək qardaşlıq səviyyəsinə çatdığı, dünyada analoqunun olmadığı vurğulanıb.
Çıxışların sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş panel sessiyaları baş tutub.
Ankarada Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar digər bir tədbir paytaxtda Ulu öndərin adını daşıyan orta məktəbdə təşkil olunub. Azərbaycanın Türkiyədəki Səfirliyinin də iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrinin qalibləri olan məktəb şagirdləri dinlənilib, onlara Səfirliyin hədiyyələri təqdim olunub.
Türkiyədə Ümummilli liderin anım günü tədbirləri davam edir.

Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb

hey1

Bu gün AR-in İsveçrədəki səfirliyində ulu öndər Heydər Əliyevin anım günü qeyd olunmuşdur. Tədbirdə səfirliyin əməkdaşları iştirak etmişlər.

Sözügedən anım tədbirində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi mürəkkəb və şərəf dolu həyat yolundan və dövlətimizin müstəqilliyinin əbədiləşdirilməsi istiqamətində əsirgəmədiyi səylərdən ətraflı danışılmışdır.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstünə əklil qoymaqla və bir dəqiqəlik sükutla yekunlaşmışdır.

7 -dən səhifə 133

Oxşar məqalələr