AXTAR

Berlin terrorçusu Milanda öldürüldü

56823999.jpg
Berlində yeni il yarmarkasında terrorda şübhəli bilinən Tunis əsilli Anis Əmri İtaliyanın Milan şəhərində atışmada öldürülüb. Bu barədə Röyters İtaliya xüsusi xidmət orqanlarına istinadla xəbər yayıb.
Atışma dekabrın 23-nə keçən gecə  1 May  meydanını yaxınlığında dəmir yolu stansiyasında baş verib. Bildirilir ki, atışma zamanı o, polislərdən birini yaralayıb.
Xatırladaq ki, dekabrın19-da  Berlində yeni il yarmarkasında terrorçu  yük maşınını kütlənin üzərinə sürmüşdü. Hücum nəticəsində 12 nəfər həlak olub, 48 nəfər isə yaralanmışdı./FaktXəbər

Oxşar məqalələr