Türkiyənin Hatay bölgəsində güclü külək ağır fəsadlar yaradıb.
Vilayətin İskenderun rayonunda külək ağırtonnajlı maşınları devirib. Elektrik dirəkləri, avtomobil yollarındakı nişanlar aşıb. İskenderun-Adana magistralında iki “TIR”ın aşması nəticəsində həmin yollarda avtomobillərin hərəkətini məhdudlaşdırılıb. Yollarda baş verən hadisələr zamanı iki nəfər yaralanıb.