AXTAR

Müsəlmanlar terrorçudur, yoxsa terror müsəlmanlaşdırılır

terrorçu

 

 

Şərqdə tüğyan edən terror Avropaya yeriyir. Fransada, Belçikada, Almaniyada və digər regionlarda vaxtaşırı baş verən faciəli hadisələr qədim qitəni ağuşuna alır. Bunlar dəhşətdir. Hətta şərqdə baş verənlərin yaxud törədilənlərlə müqayisədə yüngüllük kəsb etsə də dəhşətdir. Ancaq bundan da dəhşətli görünən odur ki, terroru törədənlər əsasən İslam dininin daşıyıcıları olurlar. Niyə?
Yaxşı olar ki, 200-250 il əvvəl Azərbaycan ərazisində məskunlaşdırılmış ermənilərin törətdiyi terror hadisələrinin səbəbləri üzərində bir balaca düşünək. Azərbaycanı işğal edən çar Rusiyası idi. Bütün koloniyalarda olduğu kimi bu hadisədə də koloniyaçı gələcək üçün pozucu planlar qurmağı plankaşdırır və bunu həyata keçirir. Koloniyaya alınmış ölkəsinin köklü əhalisinin İslam inanclı türk olduğunu nəzərə alan imperiya sahibləri müsəlmanlığa düşmən olan xristian inanclı xalq seçməli midilər ki, bunda da çətinlik çəkmədilər. Digər regionlarda yeri-yurdu bilinməyən, dövlətçiliyi olmayan ermənilər bunun üçün ən “layiqli” namizəd idi. Hərəkət başlandı, ermənmilər Azərbaycan xanlıqlarının ərazilərinə köçürüldü və imperiya təbəəliyinə alındı. İmperatorun qanunları və məmurları vasitəsilə onlar üçün yerlərdə inkişaf üçün əlverişli zəmin hazırlandı. Xristian dininin yerli təəssübkeşləri və gəlmələr kilsələr vasitəsilə qaynayıb qarışmağa təhrik olundu. Məqsəd bu idi ki, elə bir kütlə formalaşdırılsın ki, onlar bu yerləri öz dədə-baba torpaqları sansınlar və itaətkar olsunlar. İmperiyanın rus məktəblərində ruslaşdırma, ayrıca gəlmələr üçün hazırlanmış erməni məktəblərində isə erməniləşmə aparılır, ümumilikdə isə xalqlar dostluğunun təntənəsindən danışılırdı. Yetişən erməni gənclərinin şüurlarına belə bir fikir yeridilirdi ki, vaxtilə bu torpaqlarda onların “dənizdən dənizə böyük Ermənistan” adlı dövlətləri olub və türklər buraları işğal edərək onları məhvə sürükləyiblər. İndi fikir verin: Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni gəncləri təbii ki, bu torpaqda doğulub böyüyüblər. Qarabağ onların vətənidir. Amma onlar düşünürlər ki, azərbaycanlılar bu torpağa gəlmədirlər və onları sıxışdırırlar. Bax, tarixin saxtalaşdırılması və həqiqətin 180 dərəcə döndərilərək yenidən əkilməsinin nəticələri insanlara necə bədbəxtliklər gətirib. Həmin ermənilər heç cür inana bilmirlər ki, Qarabağ azərbaycanlıların dədə-baba torpaqlarıdır.
İndi Avropada da eyni siyasət baş alıb gedir. Birinci və ikinci dünya müharibəsindən sonra demoqrafik tənəzzül keçirən Avropa ölkələri müsəlman dünyasından sağlam və işlək gəncləri şirnikləndirib öz ölkələrinə işçi qüvvəsi qismində cəlb etdilər. Amma “ehtiyatı əldən vermədilər”. Siyasilər bu prosesi xüsusi proqram əsasında həyata keçirir və lazımı anda əks-zərbə qüvvəsinə çevrilmələri üçün hazırlayırdılar. Birincisi, həmin şəxslərin hamısına siyasi mühacir adı verməklə siyasiləşdirirdilər. Yəni, istər iqtisadi vəziyyətə, istər inancına, istər siyasi mövqeyinə görə olsun, fərq etmir, bütün mühacirlər siyasi statusda qəbul edilirlər. Demək, “domokl qılıncı” onların başı üzərindədir. Əgər siyasisənsə, demək, öz ölkənin siyasi hakimiyyəti ilə problemin var və Avropa ölkəsində vətəndaşlıq alıb tam hüquqla yaşamaq istəyirsənsə, mütləq siyasiliyini sübut etməlisən. İkincisi, mühacirlərə, xüsusilə siyasətlə məşğul olanlara nisbətən üstün şərait yaratmaqla (əslində yerli camaatla müqayisədə acınacaqlı) onları həvəsləndiri və yeni mühacir dalğasının yaradılmasında istifadə edirlər. Daha sonra, məsələn, Türkiyəyə olan münasibət kimi, kürd millətindən olanlara daha asan status verirlər ki, bu da elə öz vətənlərində yer tapmayan türklərin də kürd adı ilə Avropaya yönləndirilməsinə xidmət edir. Yəni, Türkiyədə yaşayan kürdlərin sayı süni surətdə artırılır, Avropada isə türklərin kürd icmalarında birləşdirilməsi prosesinə start verilir. Sonra həmin adamlar hazırlaşdırılıb “milli-azadlıq hərəkatı” adı aktında PKK terror təşkilatının sıralarına cəlb olunur. Avropada doğulub böyüyən kürdlər isə artıq fundamental təfəkkürlü terroçu kimi formalaşırlar. Bunların idarə olunması üçün xüsusi xidmət orqanlarının elə avropalıların öz millətlərindən hazırladıqları, amma guya etnik qrupların azadlıq fədaisi olan qılaflı xristian agentlər yetişdirilir. Beləliklə, Qərb ölkələrində əvvəl idarə olunan, artıb əndazəni aşandan sonra isə limiti və sərhədləri aşan terror nəşli fəaliyyət göstərir. Nəticəsi də göz qabağındadır. Bu bataqlıqdan çıxmaq isə tarixi yenidən qurmaq kimi çətin və əzablı prosesdir.
Dünyada gedən qloballaşma prosesi bütün bunları udub əritməsə, yəni terroçu yetişdirən, terroru ixrac edən və onu müsəlmanlaşdıran bütün dövlətlər əlbir olub vahid konsepsiya əsasında sədaqət və etibarlı mübarizə aparmasa hələ bu cür terror hadisələri bəşəriyyətə çox bədbəxtliklər bəxş edəcək. Çünki, dövlətlərin öz əməllərinin nəticəsidir və özlərindən başqa heç kim bu mübarizədə uğur qazana bilməz.

IKSmedia.az

Oxşar məqalələr