İKSmedia.az Ria Novosti-yə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Amerikanın Forbes jurnalının versiyasına görə dalbadal dördüncü dəfə dünyanın ən nüfuzlu adamlarının siyahısına başçılıq edir.
Jurnal yazır: “Öz ölkəsinin nüfuzunu yer kürəsinin bütün guşələrinə yayan Rusiya prezidenti dördüncü dəfə dalbadal dünynın ən nüfuzlu adamıdır”.
Reytinqə görə ikinci yerdə ABŞ seçilmiş prezidenti Donald Tramp, üçüncü isə, 2015-də ikinci olan AFR-ın federal kansleri Anjela Merkeldir.
Reytinqə həmçinin Mikrosoft-un qurucusu Bill Qeyts (7-ci yer), Hindistanın baş naziri Narendra Modi (9-cu yer), Facebook-un əssını qoyan Mark Sukerberk (10), BMT-nin yeni seçilmiş baş katibi Antoniu Quterriş, Filippin prezidenti Rodriqo Duterte (70) “Əl-Qaida” terror qruplaşmasının lideri A7yman az-Zavahiri (71) daxildir.
2015-ci ildə üçüncü olan ABŞ-ın hazırkı prezidenti Barak Obama cari reytinqdə yalnız 48-ci pozisiya ilə kifayətlənib. Bu il Rusiyadan yalnız Putin jurnaın reytinq siyahısında yer alıb.
RİA Novostinin məlumatına görə, hələlik Kremldə jurnalın reytinq siyahısınadan xəbərsizdirlər.