AXTAR

Tereza Mey həmvətənlərini pərişan edib: onun dəri şalvarı britaniyalıları hiddətləndirib

tereza mey

 

Bəhreynə uçmamışdan əvvəl The Sunday Times-ın fotoreportyoru tərəfindən şəki çəkilmiş baş nazir Tereza Meyin əynindəki 995 funt-sterlinq qiymətində dəri şalvar və 295 funt-sterlinqlik Burberry krossovkasına görə Britaniyanın KİV-də qalmaqal qızışır.
The Gardian yazır ki, Birləşmiş Krallığın təbəələri sanki xalqın ehtiyacları üçün qayğılanan siyasətçi üçün bu geyim həddən ziyadə bahadır.
Nəşrin jurnalistinin, o bu cür bahalı geyimdə görünməyi normal sayırmı sualına Mey cavab verib ki, əynindəki bahalı geyimə görə onun sadə britaniyalılardan ayrılmsı fikrini qəbul etmir.
Baş nazir müsahibəsində təsdiq edib ki, o, xalqın rifahı naminə işləyir, krallığın təbəələrinin ehtiyacları ilə yxından tanışdır və siyasətçinin işində bunu başlıca missiya hesab edir.
Keçmiş təhsil naziri Nikki Morqan bu insidenti şərh edərək bildirib ki, baş nazirin şalvarını hətta Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar patiyası da müzakirə edib. “Mənim dəri şalvarım yoxdur, mən heç vaxt geyimə bu qədər məbləğ xərcləmirəm, hətta mənim bəylik paltarım da belə bahalı olmayıb”-deyə, nəşr eks-nazirin sözlərini misal çəkir.
Buna baxmayaraq həmin partiyanın digər parlament deputatı Nadin Dorris isə Meyi müdafiə edərək deyib: kişi olsaydı, mətbuat onun geyiminə fikir verməzdi.
Xatırladaq ki, bu ilin noyabrında The Sunday Times-a müsahibəsində Mey demişdi ki, onun stilisti yoxdur, bütün pltarlarını ərinin məsləhəti ilə alır, çünki o, dəb və aksessuarlardan yaxşı baş çıxarır, hətta onun üçün çanta və bilərzikləri də əri seçir.

IKSmedia.az

Oxşar məqalələr