AXTAR

Amerikalılar ruslara şrift satmaqdan imtina etdi

rift

 

“Arial”, “Verdana”, “Tahoma”, “Times New Roman” şriftlərinin müəllif hüquqlarına sahib olan ABŞ-ın “Monotype Imaging” korporasiyası Rusiyanın “RusBİTex” qeyri-hökumət təşkilatına bu şriftlərdən istifadə etmək üçün lisenziya satmaqdan imtina edib.
RBK-nın yazdığına görə, “RusBİTex” elmi-tədqiqat və konstruktor təşkilatı bu şriftlərdən özünün işləyib hazırladığı “Astra Linux” əməliyyat sistemində istifadə etmək istəyib. İki tərəf arasında danışıqlar əvvəlcə razılaşma mərhələsinə qədər irəliləyib. Lakin son anda sövdələşmə baş tutmayıb. “Monotype Imaging” Rusiya Müdafiə Nazirliyinin maraqları çərçivəsində iş görən şirkətlərə qarşı sanksiyaların mövcudluğunu əsas gətirərək şriftləri rusiyalılara satmaqdan imtina edib.

“RusBİTex” 2010-cu ildən “Astra Linux” üzərində çalışır. Proqramın sifarişçiləri Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Federal Mühafizə Xidməti, Federal Gömrük Xidməti və Səhiyyə Nazirliyidir. 2014-cü ildə şirkət 1,7 milyard rubl dəyərində müqavilələr imzalayıb.

“RusBİTex” “Paratayp” şirkəti ilə birlikdə “Times New Roman”ın analoqlarını (“Astra Sans” və “PT Astra Serif”) hazırlamağa başlayıb. Rusiya hakimiyyət orqanlarının əksəriyyətinin normativ sənədlərində “Times New Roman”ın istifadəsi məcburidir, bu şrift Rusiyada rəsmi sənəd dövriyyəsinin standartına çevrilib.

Oxşar məqalələr