Azərbaycan və Latviya Prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB - FOTO

 

 

563872 000 1

 

 

12:40

İKSmedia.az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin Riqada geniş tərkibdə görüşü olub.

------------

12:03

İyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

İKSmedia.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edildi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

------------

12:01

İyulun 17-də Latviya Prezidentinin iqamətgahında - "Riqa" qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.İKSmedia.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev "Riqa" qəsrinin "Gerblər" salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonra hədiyyələr təqdim edildi.

Hava haqda XƏBƏRDARLIQ

 

deniz hava 2

 

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən İKSmedia.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37°, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Qızı olduğuna görə arvadını vəhşicəsinə döydü - VİDEO

 

korpe usaq 5478 1

 

"Sən nə axmaq, yaramaz, ailəni düşünməyən qadınsan! Sənin bu ailədə yaşamağa haqqın varmı?!"

Bu sözləri qışqıra-qışqıra deyən ər yerə çöməlmiş arvadını zopa ilə döyməyə başlayıb.

Aldığı zərbələrdən qıvrılan qadının ah-naləsinə rəğmən, qəddar ər sakitləşməyib.

Movqe.az milli.az-a istinadən bildirir ki, olay Hindistanın Pəncab ştatındakı Patiala şəhərində yaşanıb. Çox ağır travmalar və xəsarətlər alan, 3 qabırğası sınan 35 yaşlı Mina Kaşyap kəllə-beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıb.

Minanın əri, onu vəhşicəsinə döyən Dalcit Sinqh həbs olunub.

Onun dediyinə görə, yeganə günahı qız doğması olub.

"Doğum evindən çıxanda məni kimsə qarşılamadı. Taksi tutub evə gəldim. Evə girəndə qaynanam uşağı məndən alıb yuxarı, ikinci mərtəbəyə qalxdı. Ərim isə xoş sözlər demək əvəzinə söyməyə, vurmağa başladı. Yumruqla vurub yerə yıxdı, sonra zopa ilə döydü. Ürəyi soyumadı, başıma təpiklə vurdu", - Mina Kaşyap söyləyib.

Onun sözlərinə görə, döyülməsinin bir səbəbi də onun cehizindən ərinin məhrum olmasıdır. Hindistandakı adətlərə görə, ərə getmiş qız oğul doğarsa ona "doki" adlı ikinci cehiz verilir.

Mina Kaşyap da qız yox, oğlan doğsaydı, onun valideynləri ərinin ailəsinə 700 min rupi, yəni təqribən 8300 dollarlıq ikinci cehiz verməliydilər.

Fəqət, Mina qız dünyaya gətirdiyi üçün ərinin ailəsi ikinci cehizdən məhrum olub.

Polisdən verilən məlumata görə, D.Sinqhlə bahəm, onun qardaşı Kamalheyt Sinqh və dostu Qaurav tutulublar.

Hindistanda "doki"ni ödəyə bilməyən ailənin acığını gəlindən çıxırlar. Belə gəlinlər döyülür, aşağılanır, bəzənsə qətlə yetirilirlər.

Videonu buradan izləyə bilərsiniz:

77 -dən səhifə 136

Oxşar məqalələr