Azərbaycan və Türkmənistan xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər (FOTO)

 

elmar memmedyarov ve reshid meredovunun gorushu 3 1

 

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü keçirilir.

İKSmedia.az-ın xəbərinə görə, əvvəlcə nazirlərin ikitərəfli görüşləri olacaq. Sonra görüşlər üçtərəfli formatda davam edəcək. İki gün davam edəcək üçtərəfli görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

APA

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

 

manat 290814

 

Azərbaycan Mərkəzi Bankı 19 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan İKSmedia.az-a verilən məlumata görə, iyulun 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7017 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9632 manat təşkil edir.

1 türk lirəsi 0,4827 manat, 1 rus rublu 0,0288 manat, 1 gürcü larisi isə 0,7062 manatdır.

Ermənistan silahlı qüvvələri atəşkəsi 149 dəfə pozub

 

cebhe xettimiz 130213 10

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 149 dəfə pozub.

İKSmedia.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bakı sakini özünü 17-ci mərtəbədən atdı

 

intihar 0254

 

Bakıda 34 yaşlı kişi intihar edib.

İKSmedia.az report-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Cəlal Qazanov özünü Yasamal rayonunda yeni tikilmiş hündürmərtəbəli binalardan birinin 17-ci mərtəbəsindən atıb.
C.Qazanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı istintaq aparılır.

İrandan Azərbaycana daxili orqanlarında narkotik keçirən şəxs saxlanılıb

 

serhed tikanli meftil serhed tikanli meftil 1

 

Dövlət Sərhəd Xidmətinin əməkdaşları «Astara» sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı alıblar.

DSX-nin Mətbuat Mərkəzindən İKSmedia.az-a verilən məlumata görə, iyulun 16-da İrandan Azərbaycana qayıdan Cəlilabad şəhər sakini, 1989-cu il təvəllüdlü Abıyev Səbuhi Zakir oğlunun davranışı şübhə doğurduğundan saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə düz bağırsağından narkotik vasitələr olan 242 qram həşiş, 56 qram kokos, 72 qram metamfetamin aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

75 -dən səhifə 136

Oxşar məqalələr