Berlində Şuşa İli çərçivəsində muğam konserti və sərgi təşkil edilib - foto

ssh

Ölkəmizin AFR-dəki səfirliyindən saytımıza daxil olan məlumatda bildirilir ki, 27 iyun 2022-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Şuşa ili çərçivəsində muğam konserti və sərgi keçirilib, habelə ziyafət təşkil olunub. Tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Şuşa şəhəri və onun Azərbaycan xalqının tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib. Bildirib ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, şəhər qısa müddət sonra xanlığın paytaxtına çevrilib. Şəhər bir müddət sonra nəinki ölkəmizin, eləcə də regionun mühüm iqtisadi-ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Səfir vurğulayıb ki, 30 illik Ermənistan işğalı dövründə Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərində olduğu kimi Şuşa şəhərinin də mədəni irs abidələri vəhşicəsinə dağdılaraq yox edilməyə çalışılıb.
Ramin Həsənov qeyd edib ki, Şuşa şəhərinin 44 günlük Vətən müharibəsi dövründə 8 may 2020-ci ildə Azərbaycan Prezidenti, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən işaldan azad olunması ilə Ermənistan atəşkəs imzalamağa və işğal altında olan digər ərazilərimizdən çəkilməyə məcbur edilib.
Səfir Ramin Həsənov Şuşa şəhərinin bərpası ilə bağlı görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qısa bir müddət sonra şəhərin baş planının hazırlandığını, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə ilk xüsusi nümayəndəsinin Şuşa şəhərinə təyin olunduğunu, görülən bərpa işlərinin Azərbaycan Prezidentinin daima diqqətində saxlanıldığını diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti tərəfindən 7 may 2021-c ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və 5 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamlar imzaladığını vurğulayıb.
Azərbaycan səfiri çıxışında Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Mövsüm Nəvvab Qarabaği, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı
Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi bir çox dünya şöhrətli musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin erməni işğalından azad edilməsindən cəmi 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi bərpa olunub və bununla da Azərbaycan müsiqisinin ölkənin mədəniyyət paytaxtına geri dünüşü baş tutub.
Azərbaycan səfirinin çıxışından sonra muğam konserti baş tutub. Konsertdə əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə tanınmış xanəndələr Güllü Muradova və Babək Niftəliyevin ifasında muğam müsiqisinin nümunələri səsləndirilib. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert zamanı həmçinin Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.
Tədbir çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi nümayiş olunub. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri tədbir iştirakçılarının
diqqətinə təqdim edilib.
Konsertdən sonra tədbir münasibətilə təşkil olunmuş ziyafət zamanı iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə
imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.
Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

ssh2

senetkarlar 1

Zal 1

Senetkarlar 4

Zal 2

Sergi 1

Sergi 2

Zal 3

 

 

 

Robert Valserin "Dələduz" əsəri Azərbaycan dilinə tərcümə olunub - fotolar

is1

İyunun 20-də məşhur isveçrəli yazıçı Robert Valserin (Robert Waiser) Azərbaycan dilinə tərcümə olunmuş “Dələduz” əsərinin Bern şəhərində fəaliyyət göstərən Robert Valser Mərkəzində təqdimatı keçirilmişdir. Sözügedən tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Robert Valser Mərkəzinin rəhbəri Reto Sorq R.Valserin mürəkkəb həyat yolu və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Robert Valser Mərkəzi və burada nümayiş etdirilən sərgi ilə tanışlıq olmuşdur.

Tədbirdə iştirak edən Bern Musiqi Məktəbinin tələbəsi Amil Abdullayev qonaqlar üçün pianoda Azərbaycan musiqi incilərini ifa etmişdir.

Təqdimatda çıxış edən Azərbaycanın bu ölkədəki səfiri səfir Fuad İsgəndərov səfirlik tərəfindən həyata keçirilən və müxtəlif sahələri əhatə edən tədbirlər barədə məlumat vermiş və mədəni sahədə təşkil olunan tədbirlərin xüsusi vacibliyini vurğulamışdır. Səfir F.İsgəndərov diasporumuzun üzvlərini bundan sonra da daha fəal olmağa və Azərbaycanla İsveçrə arasında olan münasibətlərin inkişafına öz töhfələrini əsirgəməməyə çağırmışdır.

Tədbirin sonunda Azərbaycan səfirliyi ilə Robert Valser Mərkəzi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair razılıq əldə olunmuşdur.

is2

is3

is4

is5

is6

Yaradıcı nəsil davamçıları ilə yaşayır

calal abasov

Hər bir nəsil öz davamçıları ilə yaşayır. Bu mənada yaradıcı insanların övladları, nəvə, nəticələri də istedadlı və yaradıcı olanda o nəsil şəcərəsinin ömrü daha da uzun olur. Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov unudulmaz sənətkarımız, görkəmli bəstəkar və musiqi xadimi Əşrəf Abbasovun övladı olaraq, onun sənət və nəsil şəcərəsini layiqincə davam etdirir. Təbii ki, görkəmli sənətkardan öyrənib mənimsədiyi keyfiyyətləri Cəlal müəllim öz daxilindən keçirərək təqdim edir. Amma bu təqdimatda görkəmli Əşrəf Abbasovun adı həm bir ata, həm də bir sənət müəllimi kimi fəxrlə çəkilir...

Uşaq yaşlarından ailəsində eşitdiyi musiqi sədaları ilə böyüyən Cəlal Abbasov Bülbül adına Orta İxtisas Musiqi Məktəbini başa vurduqdan sonra sənət təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dahi sənətkar Qara Qarayevin bəstəkarlıq sinfində davam etdirib. Bəstəkarlıq kafedrası nəzdində assistent-stajorluq kursunu da bitirib. Bir sözlə, bəstəkarlıq texnikasının tələblərini peşəkarlıqla mənimsəyən Cəlal Abbasov fərdi yaradıcılıq üslubuna malikdir. O, musiqinin müxtəlif janrlarına müraciət edib. Əsərləri yalnız respublikamızda deyil, dünyanın mötəbər konsert salonlarında musiqi kollektivlərinin ifasında səslənib. Bu sırada “Quator Gaudi” (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Oslo Kammerakademi” (Norveç), “Ensemble Reconsil Wien” (Avstriya), Ukrayna Dövlət Simfonik Orkestri və başqalarını qeyd edə bilərik. Cəlal Abbasovun əsərləri “Music Fabric” (Fransa), “Советский kомпозитор” (Rusiya) kimi nəşriyyatlar tərəfindən çap edilib.

Cəlal Abbasovun əsərlərinin müasir texniki imkanlarla zəngin olmasına baxmayaraq, onun yaradıcılığında xalq musiqisinə maraq mühüm yer tutur. Bəstəkar həm Azərbaycan xalq musiqisinin toplanma, həm də təhlili prosesində də aktiv fəaliyyət göstərir. Naxçıvan, Qarabağ, Gəncə zonalarına folklor-etnoqrafik ekspedisiyaların iştirakçısıdır. Aparılan işlərlə bağlı elmi məqalələrin və mətbu yazıların müəllifidir.

Cəlal Abbasovun yaradıcılığında pedaqoji fəaliyyəti də mühüm yer tutur. O, 2000-ci ildən Azərbaycan Milli Konservatoriyasında bəstəkarlıq sinfi üzrə dərslər aparır.

Bəstəkar müxtəlif janrlı musiqi əsərlərinə və yaradıcılıq fəaliyyətinə görə dəfələrlə təltif olunub. 1982-ci ildə Xalq mahnılarının xor aranjimanı üzrə respublika müsabiqəsinin, 1990-cı ildə Azərbaycan Gənclər İttifaqı mükafatının, 1995-ci ildə S.Yeseninin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsinin, 1998-ci ildə BMT mükafatının, 2000-ci ildə Vətənpərvərlik mahnılarının respublika müsabiqəsinin laureatı olub. 2007-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” adına layiq görülüb, 2020-ci ildə “Dədə Qorqud” Fondu ilə Azərbaycan Dağ Yəhudiləri İcmasının təsis etdiyi “Milli Qəhrəman Albert Aqarunov” ordeni ilə təltif olunub. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibidir.

Qeyd etdik ki, Cəlal Abbasov Şuşa mühitində doğulub, boya-başa çatan görkəmli bəstəkar Əşrəf Abbasovun övladıdır. Təbii ki, otuzillik Şuşa, Qarabağ həsrəti onun yaradıcılığına təsirsiz ötüşməyib. Məhz bu nisgil bəstəkarın “Səni bir daha görə bilsəydim” adlı simfoniyasında qabarıq şəkildə ifadə olunub. Bəstəkar bu əsəri atasının xatirəsinə ithaf etməklə onun da narahat ruhunu musiqi dilində nəzmə çəkib. 1998-ci ildə yazılan bu əsərə sonra digər hissələr də əlavə olunaraq “Qarabağ trilogiyası” yarandı.

Trilogiyanın II hissəsi – “İn memoriam...” rekviyemi Şuşa şəhərinin müdafiəsində qəhrəmancasına həlak olmuş tankçı Albert Aqarunova, Qarabağ müharibəsinin şəhidlərinə ithaf edilib və ilk dəfə 2019-cu ildə ABİ-nin X qurultayında səslənib.

III hissə – “Şanlı Azərbaycan” odası Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni parlaq çalarlarla əks etdirir. Əsər 2021-ci ilin noyabrında Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” konsertində Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Milli Konservatoriyasının birləşmiş xoru (bədii rəhbər Leyla Zalıyeva) tərəfindən ilk dəfə dinləyicilərə təqdim edilib. Ölməz şairimiz Məhəmmədhüseyn Şəhriyarın sözlərinə yazılmış bu əsərdə sanki mələklərin dilindən xalqımıza, vətənimizə, müqəddəs torpaqlarımıza dualar və xoş arzular səslənir.

Onu da qeyd edək ki, Cəlal Abbasovun “Qarabağ trilogiyası” 2022-ci ilin Dövlət mükafatına təqdim olunub.

Mayın 16-da ABİ-də Cəlal Abbasovun anadan olmasının 65 illiyinə həsr olunan tədbir keçirildi. Tədbirdə ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Cəlal Abbasovun yaradıcılıq fəaliyyətindən söz açaraq onun bəstəkarlıq üslubunun özünəməxsus cəhətlərini vurğuladı, ittifaqın katibi kimi fəaliyyətini də yüksək dəyərləndirərək yeni uğurlar arzuladı.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Cəlal Abbasovun “Qarabağ trilogiyası” haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Xatirə Həsənzadə “Cəlal Abbasovun yaradıcılığına bir nəzər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Bəstəkar Cəlal Abbasov: yaradıcılıq kredosu və janr”, BMA-nın dissertantı Sevinc Seyidova “Cəlal Abbasovun simfonik yaradıcılığının üslub xüsusiyyətləri”, bəstəkar Fərid Fətullayev “Cəlal Abbasovun “Where are you, Ulysses?” əsərində kollajın rolu və əhəmiyyəti” mövzularında çıxış etdilər.

Yubiley tədbirində bəstəkarın əsərlərindən bir neçəsi canlı və video formatda səsləndi. “Sonata – solo violin üçün” (1984) beynəlxalq müsabiqə laureatı Umidə Abbasova, “Sonata – piano üçün” (2013) beynəlxalq müsabiqə laureatı Leyla Parlanova tərəfindən ifa olundu. Həmçinin “Qarabağ trilogiyası”ndan “İn memoriam” rekviyemi (Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında, dirijor Mustafa Mehmandarov) və “Şanlı Azərbaycan” odası (Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Milli Konservatoriyasının tələbə xoru) videoyazı olaraq təqdim edildi.

65 yaşına yaradıcılıq uğurları ilə çatan bəstəkar Cəlal Abbasova bu mənalı ömrün davamını cansağlığı və yeni nailiyyətlərlə yaşamağı arzulayırıq.

Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Cavanşir sülaləsinin daha bir ləyaqətli nümayəndəsi: Qəzənfər ağa Cavanşir

Pənahəli xanın nəticəsi Qezenfer ağa Cavanşir Ağdamda müəllim

Qəzənfər ağa Cavanşir (1870-1935)

İbrahimxəlil xanın nəvəsi Münəvvər xanım Cavanşirlə İbrahimxəlil xanın kiçik qardaşı Talıb xanın nəvəsi Nəcəfqulu bəy ailə qurmuşdu. Onların İbrahim, Qəzənfər, Həsən adında uç oğulları və Əfrus adında bir qızları vardı. Nəcəfqulu bəy qoçaqlığı və mərdliyi ilə mahalda ad çıxarmışdı və el arasında “Bığlı Nəcəfqulu” kimi tanınırdı. Ancaq “qabağından yeyən” olmadığı üçün onun düşmənləri də çox idi. Elə bu səbəbdən də gənc yaşında düşmənləri tərəfindən öldürülür və yeniyetməlik yaşında olan uşaqları atasız qalır. Ailənin böyük sıxıntı içərisində yaşamasına rəğmən az sonra üç qardaşdan iki böyüyünü - İbrahimi və Qəzənfəri nəslin adlı-sanlı mesenat xanımı Xurşidbanu Natəvan öz himayəsinə götürür, təlim-tərbiyələri ilə məşğul olur.
Xan qızının sayəsində Qəzənfər ağa dövrünə görə müvafiq təhsil alır və 1894-cü ildə Kizlər (Dağıstan) şəhərində müəllimlik fəaliyyətinə başlayır. Həmin dövrün inqilabi hərəkatına qoşulan Qəzənfər ağanın dünyagörüşü maarifçi-demokrat kimi formalaşır. O, kökü etibarilə hakim nəslə mənsub olsa da haqq-ədalət tərəfdarı idi və cəmiyyətdə inkişafın əsasını xalqın maariflənməsində görürdü.
Təhsili artdıqca, dünyanın bilik xəzinəsinə baş vurduqca, başqa ölkələrdə yetişmiş öncül dünyagörüşə yiyələndikcə gənc Qəzənfər də feodal-patriarxal dünyagörüşündən uzaqlaşır, qabaqcıl burjua-demokratik düşüncəyə sahib olurdu. Bu yeni təfəkkür tərzi isə onu inqilabi hərəkata çəkirdi. Sonralar o, tələbəlik və ilk müəllimlik fəaliyyəti dövründə apardığı inqilabi təbliğat barədə ailəsinə danışarmış.
“Qəzənfər ağa student olan vaxtı hökumətin qadağan etdiyi kağızları oxuyurmuş. Bir dəfə yasovullar onların qaldığı yataqxanaya hücum edəndə oxuduqları vərəqləri gizlətməyə yer tapmayıblar, məcbur olub tikə-tikə edərək öz aralarında bölüşdürüb udublar. Xəfiyyələr studenlərin yataqlarını, kitab-dəftərlərini alt-üst etsələr də heç nə tapmayıb kor-peşman qayıdıb gediblər...” - mən bu əhvalatı ötən əsrin 70-ci illərində Qəzənfər ağanın xanımı Asyabəyimin dilindən qələmə almışam.
Elə həmin illərdə inqilabi ruhun atəşi ilə Qəzənfər ağa Kizlərdə Zeynəb adlı ləzgi gözəlinə aşiq olur və çox keçmədən onunla ailə həyatı qurur. Bir il sonra onun bir qız övladı dünyaya gəlir. Həyatının məqsədini xalqın cəhalətdən qurtulmağı uğrunda azadlıq mübarizəsində görən gənc müəllim övladına Hürriyyət (azadlıq) adı verir.

qz ve av

Ötən əsrin 30cu illərinin əvvəlində Ağdam müəllimləri. 3-cü sırada soldan 5-ci və 6-cı şəxslər: Qəzənfər Cavanşir və Əli Vəliyev

Ötən əsrin əvvəllərində gənc müəllim Azərbaycana qayıdır və maarifçilik ideyalarını Qarabağda həyata keçirməyə başlayır. Onunla Azərbaycana gələn Zeynəb bir müddət sonra öz vətəninə qayıdır, qızı Hürriyyət atası ilə qalır. Bir müddət sonra, 1906-cı ildə Qəzənfər dayısı qızı Asyabəyimlə evlənir və bu nikahdan 3 oğlu, iki qızı doğulur.

Vətəndə ictimai fəaliyyətini daha da genişləndirmək arzusunda olan gənc ziyalı həyatına Zəngişalı kəndində maarifçilik islahatı ilə başlayır. O, dayısının (həm də qaynatasının) 12 otaqlı malikanəsinin qonaqlar üçün nəzərdə tutulmuş 72 kv.metrlik böyük otaqda kasıb balaları üçün məktəb açır. Bir sinifdən ibarət olan məktəbdə oxumaq arzusunda olan kasıb balaları təhsil alır. Şagirdlərin pal-paltarı, dəftər-qələm ləvazimatı ağanın hesabına alınır. Hətta hər gün uşaqlara günorta yeməyi verilir. Həmin şagirdlərdən sovet dövründə təhsilini davam etdirib vəzifə əldə edənlər çox olub. Onlar haqqında hələlik məlumat toplamaq mümkün olmayıb. Ancaq sonralar kolxozda çalışıb Sosialist Əməyi Qəhrəmanı adını alan Turab kişinin adı bəllidir. Turab kişi ötən əsrin sonlarına qədər Ağdamda yaşayırdı. Daha sonralar Azərbaycanın müstəqilliyi uğrunda genişlənən azadlıq hərəkatına qoşulan Qəzənfər ağa Cavanşir Musavat Partiyasına üzv yazılır. Azərbaycan Demokratik Cumhuriyyətinin (1918-1920-ci illər) 23 aylıq həyatında o, maarifçilik fəaliyyətini uğurla davam etdirir. Lakin bolşeviklər Azərbaycanı “azadlıq” şüarı altında işğal edəndən sonra vəziyyət xeyli dərəcədə dəyişir. Özlərini “fəhlə-kəndli hakimiyyəti” adı ilə korazehin bir statusda təqdim edən şura hökuməti ölkədə əsrlər boyu qazanılmış zəngin “ziyalı və kübar” irsi məhv edir, bu irsin daşıyıcılarının vətəni tərk etməsinə rəvac verir.

q.c. kislovodskda

Qəzənfər Cavanşir müalicə aldığı Kislovodskda həmkarları ilə birlikdə (ayaqüstə soldan 6-cı)

Bu dövrdə Azərbaycanın bütün adlı-sanlı kübar ailələri kimi Cavanşir nəslinin də sanballı nümayəndələrinin əksəriyyətı Türkiyə, İran, ABŞ və Avropaya mühacirət etmək məcburiyyətində qalır. Bir çoxları isə soyadlarını dəyişməklə haqsız cəzalardan qurtulmağa çalışırlar.
Bolşeviklər (oxu: işğalçılar) Qəzənfər ağaya “toxunmurlar”. Yalnız onun varisliklə qazandığı torpaqlarını və maddi sərvətini əlindən alırlar. Keçmiş irsə nifrət ruhu altında keçən oktyabr çevrilişinin dağıdıcı dalğasının təsiri tezliklə ailəni kasıblaşdırır. “Ağalıq” adlanan 10 hektarlıq bağ əllərindən alınaraq kolxoza verilir. Bir neçə onillikdən (1959-cu ildə) sonra isə o vaxtlar kolxoz sədri işləmiş adam şəxsi mənafeyinə görə kolxozun idarə heyətinin qərarını verdirib, malikanəni sökdürür.
Qəzənfər ağa ailəsi üçün Ağdama az qala bitişik Muradbəyli kəndində, vaxtilə Xan qızı Natəvanın çəkdirdiyi və suyunu dağ çeşmələrindən götürən məşhur kəhrizin yaxınlığında ev tikdirir. Var-dövlət sarıdan gözütox olan ailəyə bu itki ciddi təbəddülat yaratmır. Etnik baxımdan türk millətinin və bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin formalaşmasında öz fədakar əməkləri ilə şöhrətlənən bir sülalənin davamçısı olaraq Qəzənfər ağa və arvadı Asyabəyim öz qabiliyyətlərinə güvənən insanlar idi və hər problemə yüksək təfəkkür tərzilə yanaşırdılar. Bütün çətinliklərə rəğmən Qəzənfər ağa müəllimlik fəaliyyətini daha da genişləndirir. Qusarda, Şıxbabalı, Çəmənli, Güllücə kəndlərində müəllim işləyir.
Ötən əsrin 20-30-cu illərində Ağdamda 3 məşhur müəllim vardı: Qəzənfər ağa Cavanşir, Yəhya Şeyda və İsmayıl bəy. Q. Cavanşir xalqın maariflənməsi işində öz ideallarına sadiq idi. Elm, təhsil və tərbiyənin insan şəxsiyyətinin ali mərtəbəyə yüksəlməsində, habelə cəmiyyətin özünün inkişafında mühüm rol oynadığını başlıca amil olaraq görənlərdən biri kimi Qəzənfər ağa xalqın savadlanması, uşaqların məktəblərə cəlb olunması üçün əlindən gələni edirdi. Azad düşüncə yolunda onun ictimai fəallığı da yüksək idi.
1935-ci ildə ailədə sonbeşik olan qız dünyaya gəlir. Qəzənfər ağa adını Lətafət qoyur. Bu dövr Azərbaycanın hər yerində C.Cabbarlının “Sevil” pyesi qadın azadlığının carçısı kimi tamaşaya qoyulurdu. Təsadüfən Lətafətin 3 aylığı tamam olan gün Ağdamda “Sevil” tamaşasının rayon ictimaiyyəti tərəfindən “Mədəniyyət evi”ndə geniş müzakirəsi olur. İclasda o vaxt Agdam rayon qəzetinin redaktoru işləyən yazıçı Əli Vəliyev və rayonun maarifçiləri, o cümlədən Qəzənfər Cavanşirov da iştirak edirlər. Tamaşanın təsir gücünü kütlələrə aşılamaq, qadınların daha cəsarətlə ictimai həyata qoşulmasına rəvac vermək üçün Qəzənfər ağa öz çıxışında dünyaya yeni göz açmış qızı barədə məlumat verir və bildirir ki, “bu gündən etibarən mən qızımın adını dəyişərək Sevil qoyuram” və o, hamını çadranı ataraq ictimai fəallığa çağırır.
Ailəyə daha güclü zərbə 30-cu illər repressiyasının qızğın çağında vurulur. Qəzənfər ağanın keçmiş musavatçı olması, tarixi həqiqətləri saxtalaşdırmayaraq türkçülük ənənələrini davam etdirməsi “qırmızı kommunistlər” imperiyasının irticasına tuş gəlir. Əski kübar cəmiyyətinin əsilzadələrinə və quruculuq dalğası fonunda yetişmiş milli intibah simalarına “pantürkist” damğası vurularaq qazamata salınmaları, sorğu-sualsız Sibirə sürgün edilmələri onun milli ləyaqətinin çərçivələrini titrədir, azadlıq haqqında düşüncələrini sarsıdırdı. Bu səbəbdən onun ürəyi zəifləyir və ciddi xəstələnir.
“Hər axşam emadin (M-1 modifikasiyalı “Moskviç” markalı avtomobil-müəl.) maşınlarında gələn qara meşin kurtkalı NKVD-çilər məhəlləmizdən bir nəfəri tutub aparırdılar. Biz qorxumuzdan işıqları söndürüb pərdəni azacıq aralayaraq baş verənləri təşvişlə seyr edərdik. Dəhşətdən bütün vücudumuz lərzəyə gələrdi. Aparılanların sırası bizim evə yaxınlaşırdı. Bilirdik ki, NKVD-nin qapımızı döyməsinə lap az qalıb. Qəzənfər ağa bizə ürək-dirək versə də, özünün səhhəti gündən-günə ağırlaşırdı. Bir gün qapıbir qonşumuzu da apardılar. Biz həyəcan içərisində növbəti axşamı gözləyirdik, növbəmizin çatdığını hiss edirdik” bu fikirləri də Asyabəyimin dilindən dinləmişəm və o, ötən əsrin 70-ci illərində bu əhvalatları danaşan zaman həmişə gözləri qapı-pəncərədə olardı ki, birdən eşidib-bilən olar.
Səhərisi gün NKVD Qəzənfər ağanın evinə gəlir. Amma gecə vaxtı yox, səhər ertədən, çünki gecə yarısı mənəvi təzyiqlərin təbəddülatına dözməyən Qəzənfər müəllimin ürəyi partlayır.

q.c. defni

Qəzəbnfər Cavanşirin dəfni

Kübar cəmiyyətin qaydalarına uyğun olaraq ailə özünü sındırmır, məsələni açıb-ağartmır, lap acıb-ağartsa belə bunun faydasız, bəlkə də daha təhlükəli olduğunu anlayır. Mərhumun xalq arasında “qarayara” adlanan Sibir xorasından vəfat etdiyi bildirilir. Hökumət üçün də bu versiya tamamilə məqbul sayılır. Qəzənfər ağa maarifçi-vətənpərvər kimi hökumət tərəfindən təmtəraqla dəfn olunur. Onun məzarı üçün Cavanşir nəslinin ən görkəmli nümayəndələrindən Pənahəli xanın və Xurşidbanu Natəvanın basdırıldığı “İmarət” adlı bağda (Xanlıq dövrünün Fəxri xiyabanında) yer seçilir. Ancaq tezliklə də büsbütün unudulur, “İmarət”də olan digər qəbirlər kimi onun da qəbri dağılır, (oxu:dağıdılıb) itirilir. Ermənilərin Qarabağı işğalda saxladıqları müddətdə isə (1993-2020-ci illər) İmarət xarabalığa çevrilir.

Qəzənfər Cavanşırın ölüm səbəbi barədə indiyədək qeyri-müəyyənlik vardı. Erməni işğalı zamanı Ağdamın arxivi büsbütün məhv edildiyindən onun həyat və fəaliyyəti haqda heç bir sənəd əldə etmək mümkün olmayıb. Bütün yazılanlar isə ailə üzvlərinin dedikləri əsasında qələmə alınıb. Lakin bu yaxınlarda yenə də ailə arxivindən tapılmış bir fotoşəkil Qəzənfər ağanın həqiqətən ürəktutmasından vəfat etdiyini təsdiqləyir. Belə ki, ötən əsrin 30-cu illərinə aid olan foto Q.Cavanşırin Şimali Qafqazdakı Kislovodsk kurort şəhərində ürək xəstəliyindən müalicə olunduğu vaxt digər pasiyentlərlə birlikdə çəkilib. Şəkil onun ürək xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən ölməsi versiyasını təsdiqləyir.
Ötən əsrin 80-ci illərinin axırında – mənəvi özünəqayıdış dövründə Pənahəli xanla Xurşidbanu Natəvanın qəbirüstü abidələri hökumət tərəfindən bərpa olunur. Qəzənfər ağanın övladları, nəvələri onun qəbrini tapıb bərpa etmək üçün axtarışlara başlayırlar. Təəssüf ki, qəbir tamamilə itdiyindən axtarışlar xeyli genişlənir, arxivlərə müraciət olunur. Lakin yenə də Rusiya imperiyasının təhrikçiliyi ilə ermənilərin Qarabağı işğal etməsi axtarışları yarımçıq qoyur.
Ümid edirik ki, Vətən Müharibəsində qazahılmış Zəfərdən sonra yenidən qurulan Ağdam şəhərindəki İmarətdə (fəxri xiyabanda) aparılan bərpa işləri zamanı Azərbaycan tarixinin görkəmli siması Pənahəli xanın şəcərəsinə daxil olan Qəzənfər Cavanşırın də xatirəsi diqqətə alınacaq, sadəcə, onun qəbrinin həmin məkanda olması xatirə lövhəsində qeyd ediləcəkdir.

Novruz Novruzov
jurnalist

 

“Bir ömrün işığı” kitabının və eyniadlı sənədli filmin təqdimatı-Masallıda tədbir

bir omur

14 may 2022-ci il tarixdə Masallı çəhər Gənclər Mərkəzində tanınmış şair-publisist Süleyman Əlisanın “Bir ömrün işığı” kitabının və eyniadlı sənədli filmin təqdimatı keçirilib.
Kitab və filmdə “Şərəf nişanı” ordenli (1971-ci il) gözəl insan, unudulmaz müəllim Kamil Yadulla oğlu Nurullayevin əziz xatirəsinə ithaf olunub, onun ömür yolundan bəhs edilir.
Kitabda Kamil müəllim haqqında doğmalarının, müəllim yoldaşlarının, onu yaxından tanıyanların xatirələri toplanıb. Onun nümunəsində müəllimlik peşəsinin sadəcə iş sənət deyil, böyük fədakarlıq tələb edən çox gərəkli fəaliyyət sahəsi olduğu əksini tapıb. Ona görə də müəllimlər bütün dövrlərdə və cəmiyyətdə ən hörmətli peşə sahibləri sayılıb. İnsanlardan varını, biliyini, bacarığını əsirgəməyən müəllimin xoşbəxtliyi ondadır ki, bu ömür qətrə-qətrə, damla-damla şagirdlərin qəlbinə hopur, onlar üçün örnəyə çevrilir, neçə-neçə gəncin həyat yolunu işıqlandırır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, təqdimat mərasimində rayon rəsmiləri, müəllimin doğmaları, vaxtilə onunla çiyin-çiyinə çalışan Yardımlı və Cəlilabad rayonundan gələn müəllim yoldaşları, şagirdləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən «Masallı ziyalıları» İctimai Birliyinin sədrı, «Tərəqqi» medallı Qardaş Fətullayev qeyd edib ki, mən rəhmətlik Kamil müəllimi görməmişəm. Amma onun övladları Rahim və Rasim Nurullayevləri yaxşı tanıyıram. Bu yaxınlarda öyrəndim ki, Rasimin atası Kamil müəllim vaxtilə rayonumuzda təhsilin inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub. Təəssüf ki, SSRİ dövründə hansısa məmurun səhlənkarlığı ucbatından həmin orden ona təqdim olunmayıb və sənədlər it-bata düşüb. Rasim və Rahim dostları Murad Nəzərovun vasitəsi ilə bununla bağlı Rusiya Dövlət Arxivinə müraciət ünvanlayıb və həmin təşkilat cavab məktubunda Nurullayev Kamil Yadulla oğlunun 1970-ci il iyulun 21-də həmin ordenlə təltif olunması barədə sənədləri göndərib. Bu özü də Nurullayevlər ailəsinin necə nəcib əməllərə sahib olduğunu bir daha göstərir. Yadımdadır, 15-20 il bundan əvvəl Kosakül məktəbinin direktoru Fəyyaz müəllim də o dövrdə Kamil müəllimin bu fəaliyyətindən ürəkdolusu danışar, rayonumuzda təhsilin inkişafına böyük töhfə verdiyini söyləyirdi. Bütün bunlar göstərir ki, Kamil müəllim peşəsinin vurğunu olub, əsl pedaqoq kimi ad çıxarıb. Oğlu, mənim dostum Rasim də hazırda ATİAHİ Masallı rayon komitəsinin baş məsləhətçisi kimi öz işini yaxşı bilir, nəcib əməlləri ilə özünə hörmət qazanır. Bu təşkilatın üzvü kimi mən bütün bunların şəxsən şahidiyəm. O ata xoşbəxtdir ki, özündən sonra övladları həyatda onun yolunu davam etdirirlər. Kamil müəllim belə xoşbəxt insanlardandır.
Q.Fətullayev həmçinin 65 iliiyi bu günlərdə tamam olan şair Süleyman Əlisanı ictimaiyyət qarşısında təbrik edib, şeirləri ilkə tanınan S.Əlisaya gələcək yaradıcılıq yollarında uğurlar arzulayıb.

bir omur2

Sonra söz “Bir ömrün işığı” əsərinin müəllifi, həmyerlimiz, istedadlı qələm sahibi, Azərbaycan Yazışılar Birliyinin üzvü Süleyman Əlisaya verilib.

Şair-publisist S.Əlisa çıxışında Kamil Yadulla oğlu Nurullayevin 1931-ci il oktyabrın 1-də Masallının Köhnə Alvadı kəndində anadan olduğunu qeyd edib, doğulduğu kənddə ibtidai təhsil aldıqdan sonra Böyük Xocavar yeddiillik məktəbini, daha sonra isə Masallı şəhər 1 nömrəli orta məktəbini bitirdiyini bildirib. 1950-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olan Kamil bir il bu ali təhsil ocağında oxuyub. Ancaq növbəti il müəyyən səbəbdən həmin ali təhsil ocağından ayrılaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib. 1955-ci ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirərək təyinatla Astraxanbazar (indiki Cəlilabad) rayonunun Xanəgah kənd orta məktəbinə göndərilib. Kamil müəllim beş il bu dağətəyi kənddə işləyərək təcrübəli və qabaqcıl müəllim kimi püxtələşdi, yerli camaatın dərin hörmətini qazandı. 1960-1962-ci illərdə Təzə Alvadı kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirdi. Xoşbəxtlikdən həm Xanəgah məktəbində, həm də Təzə Alvadı məktəbində Kamil müəllim yüksək səviyyəli pedaqoqlarla əhatə olunmuşdu. 1962-ci ildə təcrübəli müəllim kimi öz doğma kəndinə qayıdan Kamil burada gənc nəslin maariflənməsində böyük rol oynadı. Kamil müəllim heç bir mükafat, ad-san gözləmədən bütün bacarığını xalqın maariflənməsinə sərf edirdi. Tale elə gətirir ki, SSRİ Ali Sovetinin 1971-ci il 20 iyul tarixli fərmanına əsasən, təhsilin inkişafında göstərdiyi xidmətlərə görə o, “Şərəf nişanı” ordeni ilə təltif olunur. Ancaq həmin ərəfədə xəstə olması səbəbindən və ya hansısa bilinməyən səbəbdən orden sahibinə çatdırılmır. 2020–ci ildə bu hadisədən xəbər tutan övladları Rahim və Rasim Moskvada təhsil alan yaxın dostları Murad vasitəsi ilə Rusiya Federasiyası Dövlət Arxiv idarəsinə sorğu məktubu ünvanlayırlar. Arxiv rəhbərliyi sorğuya cavab olaraq Kamil Yadulla oğlu Nurullayevin həqiqətən də “Şərəf nişanı” ordeni ilə təltif olunması barədə arayış göndərir. «Yaşadığı ömrün işığı ayları, illəri adlayaraq günümüzə qədər yetişib. Düşünürəm ki, bu işıqdan hələ neçəneçə nəsillərə də pay çatacaq. Doğma Köhnə Alvadıda Kamil müəllimin 90 illiyi ilə əlaqədar keçirilən anım mərasimini 50 ildən sonra baş tutan görüş və yaxud bir ömrün keçmişdən bu günümüzə düşən işığı adlandırmaq olar. Bu görüş həm də həyatda çətinliklərə mətanətlə sinə gərən bir ailənin el-oba qarşısında hesabatı və ömür-gün yazısını özündə ehtiva edir… Kamil müəllim təkcə məktəbdəki tədrislə kifayətlənmir, dərsdənkənar vaxtlarda şagirdləri öz evinə dəvət edib onlarla təmənnasız məşğul olardı. Onun yetirmələri riyaziyyata digər fənlərdən daha çox maraq göstərirdilər. Hər bir şagird istəyirdi ki, riyaziyyatdan ona Kamil müəllim dərs desin. Kamil müəllim bütün şagirdlərini diqqətdə saxlayır, onların problemlərini öyrənir, lazımi qayğı göstərir, dərsi şagirdlərə onların anladığı səviyyədə çatdırırdı. Buna görə şagirdlər evə döndükdə verilən çalışmaları çətinlik çəkmədən həll edə bilirdilər...»-deyə Süleyman müəllim qeyd edib.

Sonra “Bir ömrün işığı” sənədli filminə baxış keçirilib.
Folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Azərbaycan Diplomatiya Akademiyasının professoru Rəşad İbadov, Azərbaycan İqtisad Universitetinin dosenti Fariz Əhmədov və başqaları da çıxış edib, müəllim işığı, müəllim ziyası haqqında söz deyib, Kamil Nurullayevin həyatı və pedaqoji fəaliyyəti haqqında danışıblar.
Cəlilabaddan gələn şair İman Abdulla Ulu Öndər Heydər Əliyevin müəllim sənəti haqqına sözlərini və həsr etdiyi şeirini, müəllim ömrü haqqında şeirlərini söyləyib.
Kamil müəllimin böyük oğlu Rəhim Nurullayev tədbirə görə Masallı RİH başçısı cənab Şahin Məmmədova ailələri və doğmaları adından minnətdarlıq edib.
Tədbirdə Masallı RİH başçısının məsul işçisi Abbas Abbaszadə iştirak edib.

Axırda S.Əlisanın “Bir ömrün işığı” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.

Əlihüseyn ŞÜKÜROV

Rusif Kərimov : “Ulu öndər Heydər Əliyev xalqın yaddaşına əbədi köçmüş liderdir"

h.eliyev

Tarix olduqca nəhəng, qarşısıalınmaz bir prosesdir. Tarixi hadisələr isə zaman və məkan
çərçivəsində cərəyan edən, cəmiyyətin inkişafını öz axını ilə tənzimləyən dəyişikliklərdir. Lakin
bəzən tarix elə şəxsiyyətlər yetişdirir ki, bu şəxsiyyətlərin fəaliyyəti zamanın axınına qarşı
gəlmək gücündə olur və heç bir çərçivə, məhdudiyyət tanımır. Məhz belə şəxsiyyətlər özləri
tarix yazır, əbədiyyət qazanır, xalqın və millətin sonsuz məhəbbəti, sevgisi ilə mükafatlandırılır.
Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyevdir.
Müstəqil Azərbaycanın qurucusu, müasir tariximizin banisi Ümummilli Liderimiz Heydər Əliyev
bütün həyatı və karyerası boyunca Azərbaycan, onun müstəqilliyi, işıqlı sabahı naminə
çalışmışdır.O böyük şəxsiyyət bizi bir millət kimi məhv olmaqdan, dövlətimizi bir dövlət kimi
xəritədən silinməkdən xilas edərək bu günümüzün və sabahımızın qarantına çevrilmişdir.
Azərbaycan tarixinin ən qürurverici dövrü Heydər Əliyev dövrüdür. Çünki, Azərbaycan xalqının
Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan
tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir və Azərbaycanın 30 ildən artıq bir dövrünü
əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün
sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində
Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək
inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar
atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə
Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin
bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun
yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.
Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli
dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik
ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
1969-cu il Azərbaycan SSR in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu
Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib
hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz
əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi
daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin
dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni
sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma
kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və
yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-
mədən sənayesinin genişləndirilməsi prosesi başlanmışdır. Azərbaycan bu illərdə neft
məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri,
tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça

və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu.
Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində,
Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri,
dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə
təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mətbuatın
inkişafında əsaslı dönüş yarandı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan
ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman ana
dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet
Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması,
demək olar ki, bütün qaranlıqlara işıq saçdı.
Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə
çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində
yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı.
Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq
səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə
qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən
yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika
fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə
Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında
mühüm və müstəsna rolunu oynadı.
Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşamış,
paytaxt Bakının, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks
tədbirlər həyata keçirilmişdi. Bütün bu görülən işlər Azərbaycanın gələcək müstəqilliyi üçün
hazırlanan möhkəm təməlin tərkib hissələri idi.
Bəllidir ki, 90-cı illərin əvvəlləri Azərbaycanda olduqca əlverişsiz siyasi mühit yaranmış,
hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və səhvləri üzündən torpaqlarımız düşmən tərəfindən
işğal olunmuşdur. Xalqımız olduqca çarəsiz duruma düşmüş, dövlətimiz məhv olmaq təhlükəsi
ilə üz-üzə qalmışdı. Belə ağır bir dönəmdə xalqın səsinə səs verən yenə də
ÜmummillimLiderimiz Heydər Əliyev oldu. Belə ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər
Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldi.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi
imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində
Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya
siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz
çəkisi, öz sanbalı ilə seçilmişdir.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan
bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi
baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin
və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin
əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh,
beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi
bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya
azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan
ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin
fəaiiyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə
azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin və iki minilliyin qovuşuğunda
xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə

inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe
qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də möhkəm təməl yaradan Ulu Öndər
Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha
qüvvətli edir ” fikri öz təsdiqini 44 günlük Vətən Müharibəsində bir daha tapdı. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad
edərək xalqımıza sonsuz Qələbə sevinci bəxş etdi. Xalqımız öz Prezidenti və ordusu ətrafında
bir yumruq kimi birləşdi, dəmir bir yumruğa çevrilərək düşmənin başını əzdi. Unutmamalıyıq ki,
bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin
edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz
xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş tikinti-quruculuq, bərpa işləri aparılır.
Sevindirici haldır ki, bizim rayonumuzun ərazisində də bu işlər uğurla davam etdirilir. Bu gün
Füzulidə müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur, strateji
əhəmiyyətli dəmir yol xətləri çəkilir, xüsusi əhəmiyyətli obyektlər inşa olunur.
Ümumiyyətlə, müasir Azərbaycan tarixinin istənilən sahəsinə nəzər salsaq Ulu Öndər Heydər
Əliyevin misilsiz rolunu və əməyini görmüş olarıq. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət,
fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal
biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində,
uzaqgörənliyində və müdrikliyində idi.
Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Rusif Kərimov - Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi

Ulu öndərin doğum günü

h
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur.
Azərbaycan Sənaye İnstitunun memarlıq fakultəsində təhsil almışdır. 1941-1944-cü illərdə
Naxçıvan MSSR –də Daxili işlər Komissarlığında çalışmışdır. Heydər Əliyev 1944-cü ildən
dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlamışdır. O, Leninqrad və Moskva
şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix
fakültəsini əla qiymətlərlə bitirmişdir.
Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsində çalışmışdır.
Heydər Əliyevin Azərbaycanda birinci rəhbərliyi dövrü 1969-1982-ci illəri əhatə etmişdir.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilərək bu imkanından dövlətçiliyimizin
inkişafı üçün istifadə etmişdir. Belə ki, 1969-cu ildə 2000 hektardan çox Azərbaycan
torpağının ermənilərə verilməsi mərkəz tərəfindən razılaşdırılsa da lakin Heydər buna
imkan vermədi. O, Azərbaycan SSR-nın 1978-ci il qəbul edilmiş konstitusiyasında dövlət
dilinin azərbaycan dili olmasını təmin etmişdir. 1975-ci ildə Bakıda Məişət Kondisionerlər
zavodunu inşa etdirdi. Yeni – yeni iş yerlərinin açılması iqtisadiyyatımızın inkişafına şərait
yaratdı.
Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edildi. 1987-ci ildə vəzifəsindən istefa verərək doğma vətəninə qayıtmışdır. O,1990-
cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün
(yanvarın 21-də) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək,
xalqımıza qarşı törədilmiş cinayətkarların cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq
Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinə dəfələrlə
məlumat vermişdir. Lakin mərkəz bu məsələyə əhəmiyyət vermədiyi üçün 1991-ci ildə
Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Heydər Əliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
olmuşdur. 1993-cü ilə qədər orada çalışmışdır. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan
Partiyasını yaradaraq, onun sədri seçilmişdir. Ozamankı iqtidarın Naxçıvanı blokadaya
saldığı dövürdə Heydər Əliyev 1992-ci ildə Türkiyə ilə Sədərək-Dilucu ümüd körpüsünün
açılmasına nail olmuşdur.
1993-cü ilin ortalarında Gəncədə Surət Hüsynovun başçılığı ilə prezident Əbülfəz
Elçibəyə qarşı baş vermiş qiyam vətəndaş müharibəsinə gətirib çıxaracaqdı. O zaman
xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Azərbaycan Ali
Sovetinin sədri seçildi. O zamankı Prezidentin vəzifəsindən uzaqlaşdığına görə İyunun
24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Heydər Əliyevə verildi.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycanda siyasi, sosial,
iqtisadi və mədəni sahələrdə inkişaf başlandı. İlk öncə ordu quruculuğu formalaşdırıldı.
Ermənilərin işğalçı yürüşlərinin qarşısı alındı. Separatçıların özbaşınalığına son qoyuldu.
1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
1994-cü il sentyabrın 20-də Bakıda Dünyanın bir sıra nüfuzlu neft şirkətləri ilə
Xəzər dənizinin Azərbaycan sektorunda neftin birgə hasili və pay şəklində bölüşdürülməsi
haqqında Əsrin Müqaviləsi imzalandı. Onun birinci prezidentliyi zamanında ordu daha da
mökəmləndirildi. Düşmənə əks-zərbələr endirildi. 1994-cü il mayında Ermənistan –
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsini başa çatdıran Bişkek
protokolu ilə cəbhədə atəşkəs elan olundu. Siyasi sahədə bir sıra nailiyyətlər əldə edildi.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının konstitusiyası və həmin gün
Azərbaycan Respublikasının parlamentinin yaradılmasına nail olundu. 1998-ci ildə ölüm
cəzası ləğv edildi. 1998-ci ildə Konstitusiya məhkəməsi yaradıldı. Xarici dövlətlərlə
diplomatik əlaqələr daha da genişləndirildi. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı.

Azərbaycanlıların 1948-1953-cü illərdə tarixi torpaımız olan İrəvandan deportasiya
siyasətini 1997-ci il fərmanı, 1918-ci il xalqımıza qarşı məqsədli şəkildə təşkil edilmiş mart
soyqrım siyasətini 1998-ci il fərmanı ilə tarixin yaddaşına həkk etdirdi. 1998-2003-cü
illərdə ikinci dəfə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Minlərlə iş
yerlərinin açılması, ictimai və dövlət binalarının inşası, xalqın rifahının yüksəldilməsi məhz
Heydər Əliyevin humanist siyasətinin bariz nümunəsi idi. 2003-cü il prezident seçkilərində
O, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdür. 2003-cü il dekabrın 12-də
Azərbaycanın Ümümmilli Lideri Heydər Əliyev vəfat etmiş, Bakıda I Fəxri Xiyabanda dəfn
olunmuşdur. Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 2020-ci ildə 44 günlük vətən müharibəsində erməni
ordusunu darmadağın edərək, işğal olunmuş torpaqlarımızı azad etdi və bununlada
Heydər Əliyevin başlatmış olduğu missiyanı layiqincə yerinə yetirmiş oldu.

Tərlan İslamov

Masallı rayon Ərkivan qəsəbəsi 1 saylı orta məktəbin müəllimi

Ege Universitetinin professoru Özgür Tatar ADAU-da seminar keçib

ege

ege1
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar Ege Universitetinin professoru Özgür Tatar tərəfindən “İklim değişikliği ve tarım” mövzusunda keçilib.

Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor Azad İbrahimov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlihüseyn ŞÜKÜROV.

ADAU-da Novruz şənliyi keçirilib

n foto1
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik baş tutub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

Sonra tədbir iştirakçıları universitetin Mühəndislik korpusunun həyətində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları güşələrlə tanış olublar.

Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Türkiyənin Ege Universitetinin bir qrup professoru, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbə və müəllimlər fəxri fərman və hədiyyələrlə təltif olunub.

Sonda Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.

n foto3

n foto2

n foto4


ƏLİHÜSEYN ŞÜKÜROV.

Cəfər Cabbarlının hekayələrindəki qadın obrazları

cabbarli
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan
olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri
olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə
yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər
Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında
danılmaz xidmətləri vardır. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”,
“Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara
Qənbər”, “Gülzar”, “Gülər”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”,
“Firuzə” adlı hekayələri vardır. Cəfər Cabbarlı hekayələrinin əksəriyyətini qadın
adları ilə adlandırmışdır. Bu təsadüfi deyildir. Belə ki, ədibin hekayələrinin əsas
mövzusunu qadın azadlığı, Azərbaycan qızının səhnəyə gətirilməsi, qızların təhsildən
uzaqlaşmasının qarşısının alınması, qadınların acı həyatı, qadın çarəsizliyi təşkil edir.

cabbarli qadin 1

Yazıçı azərbaycanlı qızları təhsilli, azad, öz qərarlarını özləri verə biləcək və özlərini

qoruya biləcək durumda görmək istəyirdi və bunun üçün də qadınlara öz əsərləri
vasitəsilə bunun yollarını göstərirdi. Cəfər Cabbarlı ailədə, cəmiyyətdə əzilən,
alçaldılan, hüquqları əlindən alınan qadını öz əsərinə gətirdi. Bəzən bu vəziyyətdən
çıxış yolunu göstərdi, bəzən isə bu ailədə, cəmiyyətdə əzilən, alçaldılan qadınların
məhv olmasını təsvir etdi. Bu təsvir onlarla qadının gözlərini açdı. Onları mübarizəyə
səslədi. Cəfər Cabbarlının bu mövzuya həsr olunmuş hekayələrinin içində ən
təsirlilərindən biri də “Gülər” hekayəsidir. Ədibin “Gülər” hekayəsi həcminin və
obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və
problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları
özündə ehtiva edə bilir. Müəllif mühitin təsiri ilə mövcud acınacaqlı vəziyyəti
oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının “Gülər” hekayəsi qadın
hüquqlarının, haqlarının pozulmasının təsviri baxımından olduqca qiymətlidir. Yazıçı
qadın qəhrəmanı olan Güləri bir azərbaycanlı qızı kimi tamaşaçıların qarşısına çıxıb,
aktrisalıq etməsini istəyirdi. Cəfər Cabbarlı “Gülər” hekayəsindəki qadın obrazı olan
Güləri nə qədər çalışsa da, ilk azərbaycanlı qızı kimi kinо səhnəsinə çıxarmağa nail
ola bilmədi. Bu hekayədə yazıçı Gülərin istəkləri ilə bərabər ona olan basqılarıda çox
dolğun bir şəkildə təsvir etməklə, qadın qəhrəmanının mövcud vəziyyətini göstərirdi.
Cəfər Cabbarlının qadın hüquqsuzluğuna, Azərbaycan qızının cəmiyyətdə
alçadılmasına həsr olunmuş hekayələrinin içində ən təsirlilərindən biri də “Gülzar”
hekayəsidir. Cəfər Cabbarlının “Gülzar” hekayəsi mühitin təsiri ilə mövcud
acınacaqlı vəziyyəti oxucunun gözləri önündə canlandıra bilmişdir. Yazıçının qadın

qəhrəmanı olan Gülzarın daxili qorxularının, iztirablarının, çətinliklərinin təsviri ilə
Gülzarın vəziyyətini, çəkdiyi əziyyətləri insanlara hayqırır. Gülzar uşaqlıqdan yetim
qalmışdı, onun kоr anası və yоxsul qardaşı Aslandan başqa heç kimi yox idi.
Anasının gözləri görmədiyi üçün Gülzar uşaqlıqdan evin bütün zəhmətini çəkmişdi.
O, mal-qaranı saxlayır, xalça-palaz tоxuyurdu. Gülzar Cəfər Cabbarlının cəfa çəkmiş
qadın obrazlarından biri idi. Müəllif bu cür cəmiyyəti zavallı qızların kimsəsizlikdən
çəkdiyi iztirabların, əzabların və göz yaşlarının, həmişəlik xоşbəxtlikdən məhrum
olunmaqlarının səbəbkarı görürdü. Cəfər Cabbarlı “Gülzar” hekayəsində təcavüzə
məruz qalmış Gülzar obrazı ilə cəmiyyətdəki təcavüz qurbanlarının həyatını
ədəbiyyat vasitəsilə mühitə çatdırırdı.
Cəfər Cabbarlının “Dilbər” hekayəsinin qadın qəhrəmanı olan Dilbər bir
dəqiqə dinc оturmayan, dinclik verməyən, gurultu ilə bütün sinifdə bir həvəs, bir
dirilik оyadan qız idi. Dilbərin məktəbdən, təhsildən, sinif yоldaşlarından,
müəllimlərindən məcburi bir şəkildə ayrılaraq, ərə verilməsi bu gənc qızın faciəsi
olur. Ədib bu kiçik bədəni ilə bu qədər böyük dərdləri tək başına çəkmək
məcburiyyətində qalmış qızın dərdlər qarşısında dözə bilməyib, əsəbi sarsıntılar
keçirərək, bütün günü hönkürtü ilə ağlamasını təsvir etməklə və onun həyatının acı
sonunu göstərməklə, valideynləri qızlarını erkən yaşda məktəbdən, təhsildən
ayırmamağa çağırır. Dilbər Cəfər Cabbarlının çox böyük arzuları olan qadın
qəhrəmanı idi. O оxuyub həkim оlub, ağ paltar geyinib xəstələrə baxmaq, atasına
kömək etmək, qоca atasının başını ucaltmaq istəyirdi. Lakin yazıq, zavallı Dilbərin
bu xəyalları cəmiyyət tərəfindən məhv edilir. Zavallı Dilbər atasının ölmüş atının və
altı yüz manat bоrcunun ödənməsi müqabilində məcbur qalıb, Mirzə Kərimlə
evlənməyə razı olur. Dilbərin həyatının təsviri ilə Cəfər Cabbarlı göstərirdi ki, hələ də
qızlar satılır. Cəfər Cabbarlının “Dilbər” hekayəsinin mövzu və problematikası bütün
dövrlər üçün aktualdır. Əsərdə qadınların məhkum olduğu mühit ifşa edilə bilmişdir.
Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsində Züleyxa obrazı ilə fədakar
qadının simasını yaratmışdır. O, Əsgərin arvadı оlduqdan sonra da bütün cəfalara
qardaşlarına görə dözürdü. Züleyxa əri Əsgər tərəfindən çоx incidilirdi. Əsgər hər
xırda bir söz üçün оnun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz оnunla
yaşayırdı. Cəfər Cabbarlının əzabkeş qadın surəti olan Züleyxa əlacsızlıqdan bu qədər
dərdə dözürdü, ümid edirdi ki, Fərhad oxuyub gələndən və əli çörəyə çatandan sonra,
mühəndis bir qardaş üçün bacısını saxlamaq ağır оlmaz. Cəfər Cabbarlının “Aslan və
Fərhad” hekayəsinin digər bir qadın obrazı Gülzar idi. O, ərinə xəyanət edən bir
qadın kimi təsvir olunur. Gülzar xəyanətin qan ilə yuyulduğunu yaxşı bildiyi üçün bir
stəkan kislоtanı əri Aslanın üzünə atır və onu kor edir. Cəfər Cabbarlı “Aslan və
Fərhad” adlı hekayəsində xəyanətkar Gülzar qadın obrazına qarşı sadiq, vəfalı

Züleyxanı yaratmışdı. Gülzar xarakter olaraq xəyanətkar bir qadın olduğundan
qardaşı Əhmədin onun üçün ölüm təhlükəsi olduğunu bildiyi üçün əlində bıçaq
Gülzarın evinə onu öldürmək üçün gələn Əhmədə tələ qurub, onu xəfiyyəçini
əlindəki bıçaqla öldürmək vəziyyətinə gətirir. Pоlislər Əhmədi tuturlar. Əhmədin
həbsxanaya aparılması hadisəsi ilə daha Gülzar və Fərhadın heç kəsdən qоrxusu
olmur. Vəfalı Züleyxa dоlanmağın mümkün оlmadığını görüb, qardaşı Aslanın və
özünün acından ölməməsi üçün bir evdə qulluqçuluq etməyə başlayır. Züleyxa min
bir əzabla qardaşı Aslanı saxlayırdı. Züleyxa xəstələndikdən sonra onlar günlərlə
evdə ac qalmağa dözə bilməyib, utana-utana dilənməyə məcbur оlurlar. Vəfalı
Züleyxa son nəfəsinə kimi kor qardaşını atmır.
Cəfər Cabbarlının “Altun heykəl” adlandırdığı hekayənin qadın obrazı Ceyran
adlı on beş yaşında al rəngli şalına bürünmüş, özü yaşda qızlarla bulağa gedən,
оnlarla danışan, gülən, atılıb-düşən bir gənc qız idi. Ceyranın eşqindən divanə olmuş
Müzəffərin məhəbbətini, sevgisini qəbul etməyən yazıçının qadın qəhrəmanı Ceyran
qohumlarından birisinə ərə gedir. Müzəffər Ceyranın evlənmək xəbərini eşidib,
vərəm xəstəliyinə düçar olmuşdu. Bu eşq Müzəffəri fəna bir hala salmışdı, həyatdan
büsbütün küsdürmüşdü və xəstəliyinidə daha da şiddətləndirmişdi. Müzəffər kimi
Ceyranında talehi gətirmir. Az müddətdən sоnra dul qalan Ceyran məsum günlərini
xatırlamaq üçün bulaq başına gəlir və orada dilənçi qiyafəsində özünü günəşə verən
bir xəstə insanı görür. Etdiyi səhvlərdən peşman olmuş Ceyran Müzəffərin bu zavallı
hala düşməsində özünün baiskar оlduğunu dərk edib, Müzəffərin əllərini öz əllərinə
alıb, bundan sоnra оna ömür yоldaşı оlacağına söz verir. Lakin Müzəffərin həyatının
sоnu gəlmişdi, artıq gec idi.
Cəfər Cabbarlının “Dilarə” hekayəsinin qəhrəmanı isə gülərüzlü, dinc, gözəl,
təmiz, sevimli kiçik məktəbli qız olan Dilarə idi. Dilarənin tək istəyi məktəbə gedib,
təhsil ala bilmək idi. Fədakar ata obrazı olan Bəşir qızının bu arzusunu reallaşdıra
bilmək üçün əlindən gələn hər bir şeyi edir. Lakin Bəşirin başına gələn müsibət bu
arzunun yerinə yetməsinə imkan vermir.
C.Cabbarlının yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüququnu
tapdayanlara qarşı mübarizənin kəskinliyi bütün dövrlər üçün aktualdır. C.Cabbarlı

Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurum, əhatə olunduğu
qaranlıq mühiti təsvir baxımından ən dəyərli bir ədibimizdir.

Həcər Atakişiyeva

"AĞDAM, ŞUŞA, QARABAĞ..." DEYƏ-DEYƏ DÜNYADAN KÖÇƏN FAMİL MEHDİ...

famil mehdi

Famil Mehdi Ağdam, Şuşa, Qarabağ... deyə-deyə getdi Haqq dünyasına! Amma inanıram ki, bu gün ruhu şaddır, çünki Ağdam da, Şuşa da... azaddır! Azadlıq aşiqi Famil Mehdinin bu gün ad günüdür! Allah rəhmət eləsin!
Bir dəfə yas yerindən çıxdıq, Famil müəllim, "Ədalət"in baş redaktor müavini Nazim Ağamirov və mən... (Tez-tez redaksiyaya gələrdi. O vaxt dillər əzbəri olan "Dilən, professor, dilən!" şeirini "Təzadlar"da dərc etmişdik...). Ərkiyana zarafatımız vardı, dedim, professor, gəlin bu dəfə də sizi evəcən pulsuz aparım... Gəldik, Yasamalda Şərifzadə küçəsinə, indiki ASAN Xidmətin yanına. Dedim, Famil müəllim, küçənizi tanımıram, istiqaməti deyin... Dedi sağa sür... Sonra bir də dedim ki, indi hara sürüm maşını? Dedi, sola... Üçüncü dəfə bir də dedim, indi hara? Təəccüblə dedi, "Əəə, sən bizim evi tanımırsan ki?" Mən də yumor hissi ilə dedim: "Yoldaş professor, böyük şair, sizi tanımaq mənim borcumdur, sizin evinizi tanımaq isə sizin borcunuzdur...". O qədər güldü... Gəldik beşmərtəbəli evin həyətinə, xudahafizləşəndə, dedi, yox, mən nəinki tənqidi sevənəm, həm də tənqiddən nəticə çıxardanam, gedirik evə... Nə qədər çalışsaq da əl çəkmədi, dedi, sən öl qalxmasanız, bu həyətdə qan düşər... Bu dəfədə məqamı gəldi deyə, yenə zarafata saldım ki, bəlkə bizi sərbəst buraxa. Əlindən tutdum, dedim, Famil müəllim, qan Qarabağda tökülməlidi, amma hələki burda tökülür... Bunu deyib, həyətin o biri başında qoyun kəsən qəssabı göstərdim... Qoyunun qanı yerlə bir idi... Güldü, amma inadkarlığından dönmədi, bizi mənzilinə dəvət etdi. Sözündən çıxmadıq, amma sözümdən də qalmadım. Dedim, Famil müəllim, kaş sizin bu inadkarlığınız külli Qarabağ camaatında ola, inadkarlıq edib iki ayağlnı bir başmağa dirəyib deyə ki, biz niyə Ali Baş Komandanın əmrini gözləyirik, gedirik qoyub gəldiyimiz dədə-baba evimizə... Famil müəllim də zarafatından qalmadı: "Məni yumşaltma, qalxırıq ən azından hələlik kəklikotulu çayı içib sonra Allah verəndən yeməyə..."
Allah Famil müəllimə və Nazim Ağamirova rəhmət eləsin! Hər ikisi Ağdamın dəyərli ziyalılarından idi...

Asif MƏRZİLİ

"Təzadlar"

25 dekabr 2021-ci il.

4 -dən səhifə 9

Oxşar məqalələr