AXTAR

İsveçrədiki səfirimiz mətbuat konfransı keçirəcək

azisvec

Azərbaycan Respublikasının İsveçrədə Konfederasiyasındakı səfiri Fuad İsgəndərovun İsveçrə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ingilis dilində keçirəcəyi mətbuat konfransına dair səfirlikdən saytımıza məlumat daxil olub.
Məlumatda media nümayəndələrinə müraciətlə deyilir: "Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərovun cari ilin 26 oktyabr tarixində yerli vaxtla 10:00-dan 12:00-dək (Bakı vaxtı ilə 12:00-dan 14:00-dək) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən nüfuzlu “Cenevrə Mətbuat Klubu”nda (Geneva Press Club/ Club Suisse de la Presse – https://pressclub.ch/ ) yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ingilis dilində mətbuat konfransı keçiriləcəkdir.

Mətbuat konfransının keçirilməsinin əsas məqsədi Azərbaycan ilə İsveçrə arasında son zamanlar müşahidə olunan və müxtəlif sahələri əhatə edən müsbət inkişaf dinamikası, regionumuzda davam edən sülh prosesləri, ölkəmizin Avropa ilə Asiya arasında logistika, nəqliyyat və enerji sahələrində oynadığı rol haqqında ətraflı məlumat vermək, qonaqları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.

Sözügedən mətbuat konfransı canlı olaraq internet vasitəsi ilə yayımlanacaq və iştirak etmək istəyənlər canlı olaraq bu tədbirə qatıla və suallar vermək imkanına malik olacaqlar.

Tədbirlə bağlı ətraflı məlumatı göstərilən internet ünvanlarından almaq mümkündür:

Səfir Fuad İsgəndərovun İsveçrə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ingilis dilində mətbuat konfransının elanı: https://us4.campaign-archive.com/?e=%5bUNIQID%5d&u=15619c2f2d033dd353575d696&id=61d4358772

Şəxsən iştirka etmək üçün qeydiyyat: https://www.eventbrite.fr/e/billets-discussion-with-he-mr-fuad-isgandarov-443910386917

Onlayn iştirak üçün qeydiyyat: https://us06web.zoom.us/meeting/register/tZckcu2hqjkrEtVFjz81m0lbdoMijYee8OCp

Mətbuat Konfransının canlı yayımlanacaq internet səhifəsinin ünvanı: https://pressclub.ch/discussion-with-h-e-mr-fuad-isgandarov/

Oxşar məqalələr