AXTAR

Ermənilərin “Arsak” iddialarına elmi cavab: “Arsak və müasirlik” kitabı çapdan çıxdı

arsak kitabi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Qarabağ Azadlıq Təşkilatının və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə 2021-ci il dekabrın 6-da Bakı şəhərində onlayn və əyani formatda keçirilmiş “Arsak: tarix və müasirlik” konfransının materialları kitab şəklində Azərbaycan, ingilis və rus dillərində çap olunmuşdur. Kitabda 20 müəllifin “Arsak” sözünün mənşəyi, etimologiyası, qrammatik şəkilləri və tələffüzü ilə bağlı sanballı elmi mənbələrə əsaslanan məqalələri yer alıb. Bu tədqiqatlarda sübut olunur ki, arsak sözü qədim türk sözüdür və ermənilərə heç bir aidiyyəti yoxdur.
Konfransın Təşkilat komitəsinə daxil olan Ph.D. Akif Nağı (Azərbaycan), Ph.D. Boran Əziz (Azərbaycan), Elxan Həsənli (İsveçrə), Elşən İbrahimov (Rusiya), professor Əli Abasov (Azərbaycan), Fəxrəddin Hacıbəyli (Almaniya), professor Fərhad Turanlı (Ukrayna), Ph.D. Firdovsiyyə Əhmədova (Azərbaycan), Gürsoy Solmaz (Türkiyə), İradə Əliyeva (İsveç), professor Kamran Rüstəmov (Rusiya), professor Kərəm Karabulut (Türkiyə), professor Qasım Hacıyev (Azərbaycan), professor Quram Marxuliya (Gürcüstan), Maisə Ağamirzəyeva (Niderland), Natiq Hümbətov (Gürcüstan), Novruz Novruzov (Azərbaycan), professor Oleq Kuznetsov (Rusiya), professor Rəfael Qəribov (Rusiya), Ziya Zakir Acar (Türkiyə), Ph.D. Şamil Mehdi (Azərbaycan) Forumun keçirilməsinə, materialların toplanıb işlənməsinə, digər dillərə tərcümə edilməsinə böyük əmək sərf ediblər.
Tərcümə sahəsində ingilis dili mütəxəssisi Adilə Ağabəyova və Əli Əfəndiyevin, Azərbaycan-rus dillərinə qarşılıqlı tərcümələrdə Şamil Mehdi, İradə Səfərova, Fəxrəddin Hacıbəylinin səyləri xüsusilə faydalı olub.
AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi tərəfindən verilən rəydə kitabın elmi səviyyəsi dəyərləndirilib.
Kitabda Akif Nağı, Əli Abasov, Elnarə Məmmədova, Elxan Həsənli, Firdovsiyyə Əhmədova, Güntəkin Nəcəfli, Gürsoy Solmaz, Hilal Şüheda Solmaz, İsmayıl Hacıyev, Kamran Rüstəmov, Kerem Karabulut, Mühmüt Özmenli, Natiq Hümbətov, Nurlan Nəsirov, Oleq Kuznetsov, Qasım Hacıyev, Quram Marxuliya, Ramin Əlizadə, Serpil Bayrak, Şamil Mehdi və Ziya Zakir Acarın məqalələri verilib.
Kitaba yazılmış ön sözdə bildirilir: “İkinci Qarabağ müharibəsindən sonra erməni tərəfi Arsak regionu, onun tarixi, etnik və siyasi mənsubiyyəti, adın etimologiyası ilə bağlı xüsusi can¬fə-şan¬lıqla saxtakarlıq edir, beynəlxalq rəydə Arsak adının və tarixinin guya er¬mə¬nilərə aid olması ilə bağlı yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Əslində bu adın və tarixi bölgənin ermənilərə heç bir aidiyyatı yoxdur, Azərbaycana mən¬sub olduğu isə danılmaz faktlarla sübuta yetirilir. “Arsak: tarix və müasirlik” konfransının keçirilməsi bu faktların bir daha gündəmə gətirilməsi, elmi müza-ki¬rələrin aparılması, məqalə və digər materialların müxtəlif dillərdə çap oluna¬raq beynəlxalq birliyə təqdim olunmasına xidmət edir”.
“Adiloğlu nəşriyyatı”nda nəfis tərtibatla nəşr olunmuş “Arsak: tarix və müasirlik” kitabı elmi sanbalı və məzmunu ilə alimlər və Cənubi Qafqaz regionu üzrə çalışan politoloqların marağına səbəb olacaq.
Kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunub.

Beynəlxalq Qarabağ Forumunun mətbuat xidməti

 

Oxşar məqalələr