AXTAR

Geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq - DİQQƏT

72741385.jpg

Hazırda Günəşdə 28 ləkə və fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur, gündüz isə onun səthində nisbi sakitlik hökm sürür və alışma ehtimalı çox aşağıdır. Buna baxmayaraq, yanvarın 31-də başlayan geomaqnit həyəcanlaşması ötən günlər ərzində G1 sinifli geomaqnit qasırğasına çevrilib (maksimum G5). Bu gün isə heomaqnit həyəcanlaşması müşahidə olunub. Qasırğa getdikcə zəifləsə də, geomaqnit həyəcanlaşması müxtəlif səviyyələrdə yaxın iki gün ərzində də davam edəcək.

 

Bu barədə XəzərXəbər-ə məlumat verən AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev qeyd edib ki, əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti hazırda 4-ə çatıb (maksimum 9-dur) və geomaqnit qasırğasının davam etməsi ehtimalı var. Buna səbəb Günəş səthində mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli (650-700 km/san) Günəş plazma küləyidir (“tac dəlikləri” demək olar ki açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir). Planetlərarası maqnit sahəsinin (PMS) Z komponenti cənub istiqamətini göstərdiyi halda isə həyəcanlaşma daha da arta bilər (bu halda, Günəş küləyinin yüksək enerjili plazma zərrəcikləri asanlıqla Yer maqnitosferinə daxil olur və Yerin maqnit sahəsində həyəcanlaşma yaradır).

E.Babayev deyib: “Bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün ciddi narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər. Lakin risk qrupuna daxil olan insanlar (ürək və qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və aktiv istirahət etməkdir. Meteroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdiyindən, neqativ hallar daha da güclənir. Ümimiyyətlə isə bu təsirlər hər bir funksional sağlam individum üçün fərqli ola bilər”.

Oxşar məqalələr