London-2012 Olimpiya Oyunlarında Türkiyənin boks üzrə millisinin şərəfini qorumuş 31 yaşlı Adəm Kılıççının qanında dopinq aşkar edilib.
Beynəlxalq Olimpiya Komitəsindən edilən açıqlamada 69-75 çəki dərəcəsində döyüşən və 5-ci yerə çıxan Kılıççının diplomu, qanında testosteron (turinabol) adlı qadağan edilmiş maddə aşkar edildiyi üçün əlindən alınıb.
Qeyd edək ki, Adəm Kılıççı hal-hazırda davam edən "Survivor" yarışmasında "Məşhurlar" komandasının tərkibində mübarizə aparır./milli.az