AXTAR

Ağıllı qadının 9 əlaməti

ağıllı qadın


1. Ağıllı bir qadın olmaq yaxşıdır, ya yox? Məsələ mübahisəlidir. Hər şey ağlın hansı meyarlara görə təqdim edilməsindən asılıdır. Söhbətin canı da bundadır. Həqiqətən qadının ağıllılığı nə ilə ölçülür?
Sadə desək, “əllaməlik etməməkdir”. Birincisi, ona görə ki, kişilərin əksəriyyəti ağıllı qadınlardan çəkinirlər. Prinsipcə, onları qorxutmaq mənasızdır, ikincisi, hər iki cinnsin tanışları və dostları onu cilovlamağa cəhd edərlər.
Arsızlıq kimi çıxmasın, qadın ağlı xüsusi diqqət ediləcək obyekt deyil. O, rasional istifadə tələb edir və həqiqətən ağıllı olan qadın bunu anlayır. Yüksək intellektə malik ağıllı qadın xırdalıqlara vaxt sərf etmir.
2. Ağıllı qadın kişisinin dominantlığını ona hiss etdirir və eyni zamanda tandemdə özünün əhəmiyyətini vurğulamağı bacarır. Ancaq bunu gözəgörünməz şəkildə və bir yol tapıb öz aralarında edir. Buraya, bildiyiniz kimi, qadın zehninin xüsusiyyətlərindən biri olan qadın hiyləgərliyini də aid etmək olar.. Məhz, izah etdiyimiz aspektdə, bu, böyük əhəmiyyətə malikdir.
3.Bir balaca ağlı olan qadın bir az iblis olur. Lakin diqqətlə müşahidə edəndə görünür ki, o, sadəcə, adamları ələkdən keçirmək üçün onları lazımı məsafədə saxlayır. Bununla belə, ruhən bağlandığı insanlar onun iblisliyinə inanmazlar: həqiqi münasibətlərə o, istehlak tələbləri olmadan qarşılıqlı cavab verər. Adamların baxışında isə ağıllı qadınlar seçilirlər. Müvafiq olaraq, yeri gələndə, kimin haqlı, kimin haqsız, kimin dost, kimin düşmən olduğunu anlayarlar. Əgər ağıllı qadın alçaqlıq etməyə qadirdirsə, bunu elə edər ki, kimsə onun bu işə bağlılığını başa düşməz.
4. Təəssüf ki, bir çox ağıllı qadınların əksəriyyətinin şəxsi həyatının daha yaxşı qurulması arzu olunur, əgər, onlarda bu varsa: onlar ya karyeralarına aludə olurlar, ya da yuxarıda qeyd edildiyi kimi kişilər onlardan, sadəcə, çəkinirlər. Onlar daha təbii ola bilərdilər.
5. Heç də hər qadın “mavi corab” imicinə malik deyil. Koko Şanelin dediyi kimi: “Əgər qadın 30 yaşında gözəlliyə nail olmayıbsa, o, axmaqdır”. Özünə hörmət edən istənilən ağıllı qadın bu barədə düşünür və məmnuniyyətlə ona doğru gedir. 30 yaşından sonra qadınları hər hansı təhlükə izləmir: o, hələ də gənc və gözəldir, amma artıq həmin yelbeyin axmaq deyil. Qadın yalnız yaşı ilə ağıl və gözəlliyi düzgün birləşdirməyi bacarır. Ancaq hansı yaşında onun bu bacarığa yiyələnməsindən asılı olmayaraq, bu, ağlın olmasını göstərən arqumentdir.
6. Ağıllı qadın öz vaxtını və həyatın verdiyi digər mənbələri: gəlir, bacarıq, vərdiş, faydalı təmasları necə düzgün idarə edəcəyini bilir. Ağıl və həssaslıqla. Ağıllılar doğulmurlar, daha çox ağıllıya çevrilirlər. Ağıllı qadın üçün sınaq və səhvlər metodunun vaxt itirilməsi deyil, şəxsiyyətin formalaşmasında axırıncı yerdə olmayan əvəzsiz təcrübə hesab edir. O cümlədən, ağıllı qadın sayılmağa haqqı çatır.
7. Ağıl olan yerdə sağlam yumor hissi və yerinə düşən istehza var. Ağıllı qadın səthi zarafatlar etmır, hər lətifəsi və ya tərifi özü ağırlığında qızıl dəyərindədir. O nadir hallarda, lakin ürəkdən tərifləyir. Yalnız həqiqətən düşündüklərini söyləyir. Kobud yaltaqlıq ona yaddır.
8. O, şəxsi fikrini yeritmək üçün səsi xırıldayana qədər səbəblər gətirmir, ancaq haqlı olaraq, həyatın hər şeyi gec-tez öz yerinə qoyacağına inanaraq əşyayi dəlillər göstərir.
9. Ağıllı qadın, hər vəziyyətdə özünü necə aparmağı bilir, belə ki, onun güclü tərəfləri həmişə qiymətləndirilir, zəif tərəfləri isə gözə çarpmır. Yaxud, hər kəs düşünür ki, “elə belə də olmalıdır. Bu güclü keyfiyyətdir, əgər qadın həqiqətən ağıllıdırsa, heç kim ona şübhə ilə yanaşmayacaq.
Qadına ağıl verməklə Allah onu güclü edir. Çünki, rasional istifadə ilə ağıl - güclü silahdır.
Bəs, siz necə, bu qaydalara əməl edirsinizmi?

 

Oxşar məqalələr